Icma.az
close
up
RU
Paşinyandan ermənisayağı MANEVR: “Bu fikirlərin arxasında xarici ölkələr dayanır”

Paşinyandan ermənisayağı MANEVR: “Bu fikirlərin arxasında xarici ölkələr dayanır”

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Paşinyan sülh müqaviləsini uzatmaq üçün vaxt udmağa çalışır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfinə silahlara qarşılıqlı nəzarət mexanizminin tətbiq edilməsini təklif etməsinə münasibət bildirib:

“Paşinyanın dedikləri ilə əməlləri heç vaxt düz gəlmir. Çünki o, bir tərəfdən sülhdən, əməkdaşlıqdan, sülh müqaviləsinin imzalanmasından danışır, digər tərəfdən isə xarici ölkələrdən – ABŞ-dan, Fransadan, Hindistandan silah alır, əraziyə saxta müşahidəçilər gətirir, müharibəyə hazırlaşır. Bunlar hamısı yalan vədlərdir, yalan sözlərdir. Bütün bunlar vaxt udmaq və sülh müqaviləsini gecikdirmək məqsədilə edilir. Paşinyan mənfur bir siyasət yürüdür. Şübhəsiz ki, bu siyasətin arxasında yalnız Paşinyan deyil, onu himayə edən qüvvələr dayanır. Ermənistan başqa dövlətlər tərəfindən idarə olunur – Fransa, Avropa İttifaqı, ABŞ tərəfindən. Onların diktəsi Paşinyan üçün çıxış yoludur. İndi də silahlara qarşılıqlı nəzarət məsələsini ortaya atıb. Hansı nəzarətdən danışırsan sən? Kütləvi qırğın silahları alıb, sonra da nəzarətdən danışırsan?”

“Nəzarət o deməkdir ki, sülh müqaviləsi imzalanmalıdır və bu müqavilədə müəyyən məsələlər əksini tapmalıdır ki, bundan sonra silahlanmaya gedilməsin, qarşılıqlı əlaqələr yaradılsın. Lakin ikitərəfli bəyanatda belə bir nəzarət mexanizmi nəzərdə tutulmur. Ona görə də Paşinyanın bu fikirləri absurddur, həqiqəti əks etdirmir və reallığa əsaslanmır”, – deyə o, əlavə edib.

Millət vəkili əlavə edib ki, Azərbaycan tərəfi Paşinyanın bu absurd bəyanatlarının şantaj xarakteri daşıdığını bildiyi üçün onlara önəm vermir:

“Bir daha qeyd etmək istəyirəm ki, bu fikirlərin arxasında xarici ölkələr və onun havadarları dayanır. Əlbəttə ki, Azərbaycan belə fikirlərə ciddi yanaşmır. Azərbaycan tərəfi bilir ki, deyilənlər yalandır, şantaj xarakterlidir və ilk növbədə Azərbaycan istəyir ki, ikitərəfli bəyanatda əksini tapan müddəalar həyata keçirilsin – sülh müqaviləsi bağlansın, sərhədlər müəyyənləşdirilsin, dəhliz açılsın və nəqliyyat infrastrukturu bərpa edilsin. Bu da bu günün reallığıdır”.

Yenicag.az

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Fevral 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri