Icma.az
close
up
RU
Paşinyandan yeni təkliflər: Bircə Azərbaycanın “hə” deməsi qalır

Paşinyandan yeni təkliflər: Bircə Azərbaycanın “hə” deməsi qalır

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Ermənistan Respublikasının ərazisindən keçməklə Qərbi Azərbaycandan Naxçıvan Muxtar Respublikasına və əks tərəfə, Azərbaycan ərazisindən (Naxçıvan Muxtar Respublikası) keçməklə Meğridən Ermənistan Respublikasının Yerasxına (Arazdəyən) və əks istiqamətdə bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmağa tamamilə hazırdır və bunun həyata keçirilməsi üçün yalnız Azərbaycanın razılığı lazımdır”.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bilıdirib.

Onun sözlərinə görə, Ermənistanın birtərəfli öhdəliyi yoxdur, “hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağı öhdəsinə götürüb”. Bununla belə, Azərbaycanda bircə belə nəqliyyat və ya iqtisadi kommunikasiya Ermənistan üçün açıq deyil, amma Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır.

Paşinyan bildirib ki, tranzit yüklərin daşınması üçün lazım olan fiziki ifrastruktur hazırda hazırdır, de-yure qərar vermək qalır, Azərbaycan və Türkiyədən də maraq olarsa, İrəvan bu qərarı verməyə hazırdır:

"Yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik. Amma bir daha rəsmi şəkildə bildirmək istəyirəm ki, Ermənistan heç vaxt öz üzərinə heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb və hətta eyham vurmayıb ki, öz ərazisində təhlükəsizliyin təmin edilməsi, o cümlədən beynəlxalq və ya Azərbaycanın sərnişin və ya yük daşımaları başqa ölkəyə həvalə olunmalı və ya verilə bilər. Belə bir şey olmayıb, sadəcə olmayıb".

Baş nazirin sözlərinə görə, Ermənistan, əksinə, tranzit təhlükəsizliyinə zəmanət vermək öhdəliyini üzərinə götürüb və bunu etməyə hazırdır.

“Ermənistan heç vaxt öz üzərinə heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb və hətta onun suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı məhdudlaşdırılmasına, o cümlədən Qərbi Azərbaycandan Naxçıvan Muxtar Respublikasına Ermənistan Respublikasının ərazisindən keçməklə kommunikasiya məsələsində razılaşa biləcəyinə eyham vurmayıb”, - deyə Baş nazir vurğulayıb.

O xatırladıb ki, Azərbaycanın narahatlığına cavab olaraq, “biz qarşılıqlılıq prinsipi əsasında sərhədi keçərkən malların və vətəndaşların pasport, gömrük və digər nəzarət funksiyalarının ön funksiyalarını beynəlxalq ixtisaslaşmış təşkilata verməyi təklif etmişik, lakin Azərbaycan bununla razılaşmayıb”.

Paşinyan qeyd edib ki, indiki mərhələdə İrəvan Bakıya Zəngilan-Meğri-Ordubad və əks istiqamətdə, eləcə də Yerasx (Arazdəyən)-Ordubad-Meğri və əks istiqamətdə dəmir yolu yük daşımaları ilə kommunikasiyaların açılmasını təklif edib.

"Eyni zamanda, biz yazılı şəkildə heç bir tərəfin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə xələl gətirməyən variant təklif etmişik. Əgər Bakının narahatlığı Naxçıvana və Naxçıvandan yüklərin etibarlı daşınmasını təmin etməkdirsə, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın "hə" deməsi qalır", - Baş nazir vurğulayıb.

O, bəyan edib ki, Yerevan Azərbaycandan Naxçıvana boru kəmərləri, elektrik xətləri və kabellərin tranzitini təmin etməyə hazırdır.

"Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil. Ümid edirəm ki, bu, eskalasiya üçün saxta bəhanə yaratmaq məqsədi daşımır", - Paşinyan qeyd edib.

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri