Icma.az
close
up
RU
Fuad Abbasov: Ukraynanın “sülh planı”na “hə” deməsi də itkidir, “yox” deməsi də MÜSAHİBƏ

Fuad Abbasov: Ukraynanın “sülh planı”na “hə” deməsi də itkidir, “yox” deməsi də MÜSAHİBƏ

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Dolad Trampın Ukrayna üçün “sülh planı” müzakirə mövzusudur. Bəzi ekspertlərə görə, Ukraynanın bu plana “hə” deməsi də ölkənin itkisidir, “yox” deməsi də. Bu durumda Ukrayna nə etməliidir?

Bakıvaxtı.az analitik Fuad Abbasovla müsahibədə bu və digər suallara aydınlıq gətirib.

Onunla söhbəti təqdim edirik.

- Rusiya-Ukrayna savaşına dair Amerikanın təqdim etdiyi məlum "Sülh planı" ədalətlidirmi?

- ABŞ Prezidenti Donald Trampın ən son təklif etdiyi sülh planı Ukraynanı ciddi seçim qarşısında qoyur. Eyni zamanda Ukraynaya sülhə razılaşana qədər heç bir yardım olmayacaq deyə bir mesaj göndərir. Bu mesaj Ukraynaya göstərilən bir təzyiqdir. Bu, bir ultimatumdur.  Hər kəs yaxşı bilir ki, Amerika və Avropanın yardımı olmadan Ukraynanın Rusiyaya uzun illər tab gətirməsi qeyri-mümkün idi.

Tramp Ukraynanı seçim qarşısında qoyur. Bildirir ki, yardım istəyirsənsə, sülhə razılaşmalısan. Amma Ukraynanın sülhə razılaşıb-razılaşmaması onun üçün hansı nəticələr verəcəyini hər kəs yaxşı bilir.

- Məsələn, hansı nəticələr ola bilər?

- Həm Rusiya, həm də Ukrayna üçün müharibəni sona qədər davam etdirmək mümkün deyil.  Bu, Ukraynada çoxlu sayda əsgər itkisinə səbəb olacaq. NATO və Avropa İttifaqının resurslarını tükədəcək. Ukrayna iqtisadi cəhətdən onsuz da illərlə geri atılıb. O, daha da geri gedəcək. Daxildə siyasi böhran, gərginlik daha da şiddətlənəcək. Bu gərginlik fonunda Zelenski administrasiyasının hakimiyyətdən getməsinə qədər gətirib çıxara biləcək. İnanmıram ki, Zelenski bunu istəmiş olsun. Amma Trampın “sülh planı”nı qəbul edərsə, bu, onun Rusiyaya təslim olması, Rusiyanın tələblərini qəbul etməsi, Krımın işğalı,  eləcə də Luqans və Donetsk bölgələrinin Rusiyaya birləşdirilməsi anlamına gəlir. Yəni bu, ərazi itkisidir. Ukraynanın təhlükəsizlik baxımından çox ciddi zərər görməsidir. Ukrayna cəmiyyətinin, eləcə də Zelenksinin hakimiyyətə gətirilməsində maraqlı olan siyasi elitanın belə bir sülhə razı olub-olmayacağı da məlum deyil.

- Amerikanın sülhlə bağlı canfəşanlığının alt qatında nələr dayanır?

- ABŞ-nin özünəməxsus yanaşması var. Tramp üçün lazım olan “Amerika yenidən möhtəşəm ölkə olacaq” şüarıdır. Tramp üçün vacib olan Amerikanın “sudan quru çıxmasını” təmin etməkdir. İstədiyi qədər silah göndərib, Ukraynanı kreditlərlə “yükləyib”, pulunu qazanıb. Bundan sonra “sudan quru çıxmaq” məqsədilə Rusiya tərəfi ilə sülh müqaviləsi imzalamaq üçün Ukraynaya ultimatum göndərir.

- Bu ultimatumu niyə işğalçı Rusiyaya göndərmir?

- O, bunu edə bilməz. Amerika Rusiyanın tamamilə məhv edilməsini, onun dünya xəritəsindən silinməsini istəmir. Çünki Rusiyadan başqa Çinə Avrasiya materikində cavab verəcək qüvvə yoxdur. Amerika da bunu yaxşı bildiyi üçün Rusiyanı Çin ilə balanslı saxlamaq üçün müəyyən bir geopolitik qüvvə kimi saxlamağa davam edir.

- Ukrayna Amerika kimi tərəfdaşı itirərsə, bundan sonrakı aqibəti necə olacaq?

- Əlbəttə ki, Donald Trampın son tələbi Ukraynanı ciddi seçim qarşısında qoyub. Bu seçimin nəticəsində Ukrayna üçün hər durum - sülh planı ilə razılaşmaq da, razılaşmamaq da itki deməkdir. Razılaşsa da, razılaşmasa bu, bu, Ukrayna üçün itkidir.

- İndiki məqamda Ukrayna bu planla razılaşmır, belə olan halda onu sülhə məcbur edə biləcəklərini?

- Mənə elə gəlir ki, bütün bunların hamısını Ukrayna prezidenti Volodimir Zelenski öz ətrafında olan insanlarla müzakirə edərək, həm dövlət, həm cəmiyyət, həm də tarix üçün ən yaxşı nəticələr verə biləcək qərar qəbul edəcək.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Dekabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri