Icma.az
close
up
RU
Paşinyanı hakimiyyətdə saxlayacaq SEÇİM

Paşinyanı hakimiyyətdə saxlayacaq SEÇİM

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan müxalifəti “Biz yaşayırıq” təşəbbüsü tərəfindən irəli sürülmüş impiçment prosedurunu dəstəkləyərsə, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru və Vətən Partiyasının lideri Artur Vanetsyan baş nazirliyə namizəd ola bilər. 

Bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr qeyd edir ki, Ermənistanın üçüncü prezidenti SerjSarkisyanın komandası Vanetsyanı məqbul namizəd kimi görür. Bundan fərqli olaraq, ikinci prezident RobertKöçəryan prosesin özünə şübhə ilə yanaşmaqda davam edir. RobertKöçəryan daşnak deputat İşxanSaqatelyan vasitəsilə Vanetsyana bəzi mesajlar göndərib: 

“Sabiq prezident bildirib ki, nəticəsi əvvəldən müəyyən edilən ümidsiz bir prosesə qoşulmağa ehtiyac yoxdur. Eyni zamanda, Köçəryan bəyan edib ki, Vanetsyan öz namizədliyi ətrafında 8 deputatın imzasını toplaya bilsə, fraksiyasının 28 deputatının dəstəyini alacaq. 

Bundan başqa, o bildirib ki, Vanetsyan kifayət qədər yüksək reytinqə malikdir və növbəti seçkilərə hazırlaşması daha düzgün olar. Xüsusilə də o, impiçment proseduruna başlasa, komandasının Vanetsyanı tənqid etməyəcəyinə zəmanət verə bilməz. 

Həmçinin, Artur Vanetsyanın Moskvaya getdiyi də məlum olub. Yaxınları iddia edirlər ki, o, namizədliyi ilə bağlı Moskvada yaşayan qardaşı ilə məsləhətləşməyə gedib və mayın 31-də qayıdacaq. Siyasi dairələr onun səfər zamanı bəzi Rusiya rəsmiləri ilə də görüşəcəyini istisna etmirlər”,-deyə məlumatda bildirilir. 

Qeyd edək ki, parlamentdə R.Köçəryana bağlı “Ermənistan” və SerjSarkisyanıntərəfdarlarından ibarət “Şərəfim var” fraksiyaları baş nazirliyə öz namizədlərini irəli sürməsələr, Vanetyana belə bir imkan yarana bilər. Son vaxtlar Ermənistanda müxalifət tərəfindən Baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı iki təşəbbüs irəli sürülüb. 

Aprel ayında müxalifət fəalları NarekMalyan və EdqarKazaryan parlament üzvlərinə müraciət edərək impiçment elan ediblər. “Şərəfim var” müxalifət bloku impiçmenti dəstəkləməyə hazır olduğunu bildirsə də, “Ermənistan” fraksiyası bu təşəbbüsün müəlliflərinin səmimiliyinə şübhə edərək küçə təzyiqlərinə çağırıb. 

Daha sonra “Mülki müqavilə” fraksiyasından ayrılmış deputatlar AkopAslanyan və OvikAğazaryan baş nazir postuna keçmiş səfir EdmonMarukyanın namizədliyini irəli sürərək parlament fraksiyaları ilə danışıqlara başlayıblar. Lakin parlament müxalifəti Marukyanı Paşinyan hökumətinin “astar üzü” adlandıraraqdəstəkləməkdən imtina edib. Bu baxımdan, Artur Vanetsyan bütün siyasi qüvvələrin qəbul edəcəyi vahid namizəd kimi təklif edilə bilər. 

Vanetsyan 2019-cu ilin noyabr Nikol Paşinyan hökumətindən istefa verərək müxalifətə keçdikdən sonra onun adı yeni siyasi lider kimi hallanmağa başlayıb. Lakin seçkilərdə Vanetsyan ciddi siyasi nəticə əldə edə bilməyib. O, 2021-ci ildə “Şərəfim var” blokundan deputat seçilsə də, bir müddət sonra SerjSarkisyanın siyasi kölgəsində qalmağın onun siyasi reputasiyasına problem yaratdığını anlayıb mandatdan imtina etdi. Ermənistanda aparılan son rəy sorğuları Artur Vanetsyanın siyasi reytinqinin hələ də xeyli aşağı olduğunu göstərir. 

“GallupInternationalAssociation” mərkəzinin mayın 6-da elan etdiyi rəy sorğusu zamanı Ermənistan vətəndaşlarına “Əgər növbəti bazar günü seçkilər keçirilərsə kimə səs verərdiniz?” sualı ünvanlanıb. Ancaq 1100 nəfər respondentin heç biri nə Artur Vanetsyanın, nə də onun liderlik etdiyi Vətən Partiyasının adını çəkib. 

Ona görə də parlament müxalifətinin baş nazirliyə Vanetsyanın namizədliyini irəli sürəcəyi inandırıcı görünmür. Vanetsyan baş nazirliyə namizəd olmaq üçün 29 yerlə əsas müxalif çoxluğa malik “Ermənistan” fraksiyasının dəstəyini qazanmalıdır. 

“Şərəfim var” fraksiyası isə 4 mandata malikdir. Ermənistan qanunvericiliyinə görə, impiçment prosedurunun parlamentin müzakirəsinə təqdim edilməsi üçün 36 deputatın imzası lazımdır. Artur Vanetsyanı hazırda 4 deputat dəstəkləyir. Ötən il arxiyepiskop BaqratQalstanyanın başlatdığı etiraz aksiyaları zamanı müxalifət 36 imza toplaya bilmədiyinə görə impiçment təşəbbüsünü irəli sürmək mümkün olmadı. 

Bu, həm də Ermənistan müxalifəti arasında fikir ayrılığı ilə bağlıdır. Son vaxtlar siyasi fəallıq nümayiş etdirən RobertKöçəryan 2026-cı ildə keçiriləcək seçkilərdə Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə qayıtmağa iddialı görünür. 

Bu səbəbdən, “Ermənistan” blokunun Vanetsyanın baş nazirliyinə namizədliyini dəstəkləyəcəyi ehtimalı çox azdır. Qeyd edilən situasiya hazırda siyasi reytinqi xeyli aşağı düşmüş Nikol Paşinyanın maraqlarına cavab verir. Müxalif düşərgədə artan ziddiyyətlər və Köçəryanın baş nazir olmaq istəyi seçiciləri indiki hökumətə səs verməyə məcbur edə bilər. 

Müşfiq Abdulla
​​​​​​"Cebheinfo.az"

Açar sözlər: Paşinyan hakimiyyət seçim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri