Putin Avropa İttifaqı xəyalı ilə yaşayan Paşinyanı çətin seçim qarşısında qoydu
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə İrəvanın Avropa İttifaqına inteqrasiya səyləri fonunda ölkə qarşısında çətin seçim qoyub.
Bizim.Media xəbər verir ki, Putin bildirib ki, Ermənistan ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü qoruyub saxlamalı, ya da Aİ ilə inteqrasiya yolunu seçməlidir və şərtlər dəyişməz olaraq qalır.
Putin Rusiyanın Ermənistanla münasibətlərdə strateji tərəfdaşlıq prinsiplərinə tərəfdar olduğunu, Rusiyanın təxminən 30 faiz payla respublikanın əsas ticarət-iqtisadi tərəfdaşı və investor olduğunu vurğulayıb. Cari ilin birinci yarısında əmtəə dövriyyəsi 2,5 milyard dollar təşkil edib.
Rusiya lideri qeyd edib ki, Ermənistanın Aİ-yə can atması ölkənin Aİİ bazarlarındakı üstünlüklərinin sıfırlanmasına və ticarət zəncirlərinin qırılmasına səbəb ola bilər. Halbuki Aİİ-də olduğu illər ərzində Ermənistanın ÜDM-i təxminən iki dəfə artaraq 10,6 milyard dollardan 29,2 milyard dollara çatıb.
Putin ölkənin gələcək kursu ilə bağlı Ermənistan xalqının açıq şəkildə fikrini bildirməli olduğunu, Rusiyanın istənilən seçkiyə hörmətlə yanaşacağını, lakin İrəvanın bu məsələdə tezliklə qərarlaşmalı və ticarət-iqtisadi siyasətin buna uyğun tənzimlənəcəyini qeyd edib. Öz növbəsində, Nikol Paşinyan Rusiya ilə münasibətləri çox yüksək qiymətləndirdiklərini və bu əlaqələrə çox həssas yanaşdıqlarını bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Sentyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















