Icma.az
close
up
RU
Paşinyanın açıqlaması narahatlıq yaratdı Erməni rəsmilərin COP29a gəlməməsi…

Paşinyanın açıqlaması narahatlıq yaratdı Erməni rəsmilərin COP29a gəlməməsi…

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla sülh müqaviləsinin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcəyini deməsi diqqət çəkir.

Paşinyanın bu açıqlamasından bir neçə gün əvvəl Ermənistan hökumətində ardıcıl istefaların şahidi olduq.

İstefalar sülh müqaviləsinin imzalanmasına mane olacaq isimlərin aradan qaldırılması kimi dəyərləndirilə bilərmi? Paşinyanın planı nədir?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün müxtəlif təşəbbüslər həyata keçirilir:

“Mühüm məsələ isə Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirmək istəməməsidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Konstitusiya dəyişikliyi ilə yanaşı ATƏT-in Minsk qrupu da buraxılmalıdır. Bu da çox haqlı tələbdir. Bütün bunlara rəğmən, Nikol Paşinyan öz optimist fikirləri ilə seçilir. İlin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün çalışdığını bildirir. Ermənistanda kütləvi istefalar, vəzifədən qovulmaların baş verməsi isə Nikolun öz ətrafını təmizlədiyi təəssüratını yaradır”.

İlyas Hüseynov

Politoloqun sözlərinə görə, Paşinyan ona qarşı olan, revanşist meyilli şəxsləri özündən uzaqlaşdırmağa çalışır:

“İrəvan sülh müqaviləsini imzalamaq istəyirsə, rəsmi Bakının haqlı tələblərini yerinə yetirməlidir. Erməni rəsmilərinin ölkəmizdə baş tutan COP29 sammitində iştirak etməməsi tərəfləri sülhdən uzaqlaşdırır. Paşinyan tələbləri icra etməkdən boyun qaçırır, vaxtı uzadır. Yekun nəticənin əldə olunmasına problem yaradır. Azərbaycan uzun illər gözləyə bilməz ki, sülh müqaviləsi üçün şərait yaransın.

Nikol Paşinyanın Qərbi Azərbaycan mövzusuna toxunması da narahatlığa səbəb olan yanaşmadır. Çünki azərbaycanlıların öz tarixi torpaqlarına ləyaqətli və təhlükəsiz qayıdışı təmin olunmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri