Icma.az
close
up
RU
Paşinyanın adamı Azərbaycana gəldi, meydan bağlandı Bu ərazilərin qaytarılması...

Paşinyanın adamı Azərbaycana gəldi, meydan bağlandı Bu ərazilərin qaytarılması...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri açıqlanıb. Məlumata görə, bu səfərlər həm Azərbaycanın, həm də Ermənistanın ərazisində baş tutub.

Tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının növbəti görüşü ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin (hissələrinin) delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Bu kimi proseslər yekun sülh sazişinin imzalanmasına necə təsir göstərəcək? Sözügedən məsələ hazırda hansı mərhələdədir?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimov deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində proseslərin inkişaf dinamikası son dövrlər getdikcə sürətlənməkdədir:

“Tərəflər həm xarici ölkələrdə vasitəçilərlə, həm də vasitəçilər olmadan görüşərək mövcud problemləri müzakirə edirlər. Hər iki ölkənin təmsilçilərinin sərhəd bölgələrində görüş keçirmələri kimi nümunələr də var. Bu, əslində ən təqdir olunan variantdır, çünki qarşılıqlı etimad yaradır və onu möhkəmləndirir.

Həmçinin oxuyun:

Qriqoryan və bir neçə erməni Azərbaycana daxil oldu – Tarixi an

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri problemlərin həllinə praktiki xidmət edəcək. İlk növbədə, burada vasitəçilər olmadığından onların maraqları prosesə daxil edilmir. Həmçinin görüşün problemin olduğu məkanda keçirilməsi onun yalnız nəzəri xarakter daşımadığını və həll variantlarının axtarıldığını göstərir. Bu fakt belə görüşlərin keyfiyyət göstəricilərini artırır.


Mütəllim Rəhimli

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, işğal altındakı 4 kəndimizin geri qaytarılması, sərhəd xəttində atəşkəsə əməl olunması və s. məsələlər çox güman ki, bu görüşlərin mövzusu olub. Eyni zamanda, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi də danışıqlar predmeti ola bilər.

Nəticədə, bu görüşlər iki dövlət arasında münasibətləri pozmağa, sülh prosesini uzatmağa çalışanlara meydan buraxmır. Həmçinin, anlaşılmazlıq mühitini müəyyənləşdirərək onu aradan qaldırır. Artıq Ermənistanın normallaşma prosesində bəhanələrinə də yer qalmır. Bu isə iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində prosesləri sürətləndirir”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri