Icma.az
close
up
RU
Paşinyanın Azərbaycana yeni təklifinin arxasında hansı məqsəd dayanır?

Paşinyanın Azərbaycana yeni təklifinin arxasında hansı məqsəd dayanır?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Burada söhbət Ermənistandan keçən bütün kommunikasiyaların açılmasından gedir. Paşinyan təklif edilən yol hazırda hazır vəziyyətdədir və təkcə avtomobillər üçün nəzərdə tutulub".

Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana tranzit yolu təklif etməsinə cavab olaraq, erməni baş nazir Nikol Paşinyanın da anoloji təkliflə çıxış etməsini şərh edərkən deyib.  

"Yəni bu yolda dəmir yolları yoxdur. Zəngilan dəhlizi isə ən yaxşı halda 2028-ci ildə açılacaq. Belədə onun açılmasına hələ 3 il zaman var", deyə ekspert bildirib.


Həmsöhbətimiz qeyd edir ki, Paşinyanın təklifi yaranan yeni situasiyaya onun cavabıdır:

"Ona görə də Paşinyan həmin dövrə qədər Türkiyə ilə Azərbaycan arasında yük dövriyyəsinin alternativ marşrutla həyata keçirilməsini təklif edir. Hansı ki, bu təklif Azərbaycanın Ermənistana gedən tranzit yollarının önünü açmasından sonra baş verdi. Bu, yeni situasiyaya cavab olaraq Paşinyan da 2028-ci ilə, Zəngəzur yolu açılana qədər göstərdiyi yoldan istifadə edilməsini təklif edir".

Partiya sədri deyir ki, göstərilən bu yol heç bir halda Zəngəzur dəhlizinə alternativ deyil:

"Ola da bilməz, çünki orada dəmir yolu yoxdur. Zəngəzurun əsas önəmi isə məhz dəmir yolunun olması və onun açılmasıdır. Zəngəzur həm də Naxçıvana gedən yoldur. Paşinyanın təklif etdiyi yolda isə Naxçıvan istiqaməti yoxdur. Burada problem yoxdur. Əslində, gələcəkdə bütün problemlər həll olunanda Ermənistan üzərindən keçən bütün kommunikasiyalardan istifadə etmək mümkün olacaq".

Ekspert düşünür ki, Paşinyanın bu təklifi həmçinin daxili auditoriyaya hesablanıb: 

"Bu kimi addımla Paşinyan gələcək seçkilərdə Ermənistanın iki seçiminin olduğunu da cəmiyyətə çatdırmaq istəyir. Bununla Paşinyan mesaj verir ki, onlarla davam ediləcəksə, sülh olacaq, yollar, kommunikasiyalar açılacaq, biznes imkanları yaranacaq. Əks halda müharibə təhlükəsi yenidən yaranacaq. Yəni Paşinyanın bu mesajı həm də Ermənistan cəmiyyətinə yönəlib".

Qeyd edək ki, Qazaxıstanda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Ermənistanla tranzit yolunun açıldığının anonsunu verdi. Ermənistan baş naziri Nikol Paşinyan da Azərbaycanın tranzit jestinə cavab olaraq yeni təkliflə çıxış edib. O bildirib ki, Ermənistan Türkiyədən Azərbaycana gedən yük maşınları üçün Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutunu təklif edir.

Bu təklifə görə, yük maşını Türkiyədən Ermənistana Marqara vasitəsilə daxil olur. Sonra yük maşınları Ermənistan daxilində təxminən 270 kilometr hərəkət edir və son olaraq Gorusa, Laçınla sərhədə gəlir. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri