Icma.az
close
up
RU
Paşinyanın bəyanatları və reallıq İRƏVANI GÖZLƏYƏN TARİXİ SINAQ

Paşinyanın bəyanatları və reallıq İRƏVANI GÖZLƏYƏN TARİXİ SINAQ

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əliməmməd Nuriyev,

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları, xüsusilə də Almaniyaya səfəri çərçivəsində səsləndirdiyi fikirlər bu gün regionda geniş müzakirələrə səbəb olub. Bu bəyanatlarda tonun dəyişməsi görünür, amma siyasi kursun dəyişdiyini real şəkildə təsdiqləyən hələ ki, yalnız sözlərdir. Ermənistan uzun illər boyunca separatizmi və revanşizmi qidalandıran ideoloji çərçivə formalaşdırmışdı. Əgər İrəvan bu gün fərqli istiqamətdən danışmaq istəyirsə, həmin çərçivənin daşıyıcılarının təsir imkanlarının məhdudlaşdırılması əsas başlanğıc nöqtəsidir.

Çünki Ermənistan cəmiyyətində və dövlət institutlarında hələ də mövcud olan müəyyən terminlər, düşüncə modelləri və struktur qalıqları reallıqdan uzaq siyasi təsəvvürləri yaşadır. Bu baxımdan “Artsax” ifadəsindən imtina yalnız dil məsələsi deyil. Bu termin 30 ilə yaxın müddətdə separatizmin legitimləşdirilməsi üçün əsas simvol kimi istifadə olunub və Ermənistan cəmiyyətində yanlış hüquqi-siyasi təsəvvürlərin kök salmasına səbəb olub. Bu simvolik bağın qırılması həm dövlət siyasəti üçün, həm də Paşinyanın atmağa çalışdığı addımlar üçün zəruridir. Terminologiyanın dəyişməsi ictimai düşüncənin yenilənməsi prosesinin ayrılmaz hissəsidir.

Separatizmin təkcə ideoloji tərəfi yox, onun təşkilati quruluşları da Ermənistan üçün ciddi yükdür. Qarabağ separatçılarının keçmişdə yaratdığı bütün qurumlar — istər “parlament”, istər “hökumət strukturları”, istərsə də müxtəlif ictimai təşkilat adı altında fəaliyyət göstərmiş şəbəkələr bu gün də bəzi dairələrdə siyasi romantizmin predmeti olaraq qaldıqca, İrəvanın yeni kursunun ciddiliyi barədə suallar davam edəcək. Bu strukturların hüquqi və siyasi baxımdan tam ləğvi Paşinyanın öz islahatlarının uğur qazanması üçün vacibdir. Çünki separatizmin institut qalıqları aradan qaldırılmadığı halda, istənilən islahat addımı daxildə müqavimətlə üzləşəcək və bu müqaviməti idarə etmək Ermənistan hökumətinin imkanlarını xeyli məhdudlaşdıracaq.

Ermənistanın daxili transformasiyası üçün xüsusi rol oynayan başqa bir amil isə kilsənin uzun illər ərzində apardığı siyasi-ideoloji fəaliyyətin xarakteridir. Ermənistan Apostol Kilsəsi bir çox hallarda dini institut kimi deyil, siyasi-ideoloji aktor kimi çıxış edib və cəmiyyətdə düşmənçilik, etnik qarşıdurma və dini ədavəti qızışdıran mövqelər sərgiləyib. Bu fəaliyyət yalnız regional münasibətlərə zərbə vurmayıb, eyni zamanda Ermənistanın öz içində də modernləşmə prosesini əngəlləyib. Kilsənin bu istiqamətdəki təsirinin məhdudlaşdırılması Paşinyanın planlaşdırdığı islahatların uğur qazanması üçün həyati əhəmiyyət daşıyır. Əks halda, cəmiyyətin müəyyən hissələri yenə radikal təsəvvürlərin orbitində qalacaq və dövlətçiliyin yenilənməsi mümkün olmayacaq. İdeoloji çərçivənin yenilənməsi Konstitusiyaya da toxunmağı tələb edir. Ərazi iddialarına işarə edən müddəalar yerində qaldıqca, istənilən sülh gündəliyinin etibarlılığı sorğulanacaq. Əsas qanunda dəyişiklik aparılması Ermənistanın yeni reallığı qəbul etdiyini təsdiqləyən ən vacib addımlardandır. Bu dəyişiklik həm Ermənistanın öz dövlətçilik konsepsiyasını müasirləşdirəcək, həm də Paşinyanın bəyanatlarının praktiki qarşılığını göstərəcək.

Bəzi Avropa strukturları ilə imzalanan sənədlərdə Qarabağı tərk etmiş ermənilərin geri qaytarılması mövzusunun dolayı şəkildə də olsa gündəmə gətirilməsi də sülh prosesinə mənfi təsir göstərir. Bu, cəmiyyətdə real əsası olmayan ümidlər yaradır və müəyyən qruplara siyasi manipulyasiya üçün əlavə imkan verir. Azərbaycan XİN-in bu yanaşmaya verdiyi reaksiyanın mahiyyəti də məhz budur — region artıq yeni mərhələyə qədəm qoyub və köhnə siyasi təsəvvürlər əsasında konstruktiv dialoq aparmaq mümkün deyil. Hazırki şəraitdə Ermənistan qarşısında konkret seçim dayanır: ya keçmişdə formalaşmış təsəvvürlərə bağlı qalmaqla daimi gərginlik mühitini davam etdirmək, ya da siyasi, hüquqi və ictimai sahələrdə yeni yanaşmanı formalaşdıraraq sülhə real imkan yaratmaq. Bu seçim, hər şeydən əvvəl, Ermənistanın öz təhlükəsizliyi, iqtisadi inkişafı və dövlətçilik perspektivi üçün həlledici əhəmiyyət daşıyır.

Azərbaycan isə artıq regionun yeni siyasi arxitekturasını müəyyənləşdirən başlıca aktordur və sülh prosesində açıq mövqe nümayiş etdirir. Bakı bu gün daha çox strateji sabitlik və uzunmüddətli inkişaf müstəvisində düşünür və Ermənistanın hansı qərarı verəcəyinə uyğun olaraq regionda yeni nizam formalaşır.

Paşinyanın son bəyanatları müəyyən istiqamət göstərir, amma hələ ki bu, siyasi dəyişikliyin təsdiqi deyil. Siyasi kursu sözlər yox, addımlar formalaşdırır. “Artsax” kimi terminlərdən imtina, separatçı strukturların tam ləğvi və kilsənin radikal ritorikasına son qoyulması Ermənistan üçün təkcə sülhün deyil, ümumiyyətlə, müasir dövlətçiliyin əsas şərtləridir. Bu addımlar atılarsa, regionda yeni dayanıqlı sabitlik dövrü başlaya bilər. Atılmasa, həm sülh prosesi, həm də Ermənistanın öz daxili inkişaf perspektivləri yenə qeyri-müəyyənlikdə qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri