Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Dünyanı gözləyən DƏHŞƏTLİ SINAQ Beş regionda su müharibələri BAŞLAYA BİLƏR SİYAHI

Dünyanı gözləyən DƏHŞƏTLİ SINAQ Beş regionda su müharibələri BAŞLAYA BİLƏR SİYAHI

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Dünyada hər iki nəfərdən biri ildə 1 ay ciddi su qıtlığı yaşayır. Bu gün təxminən 2 milyard insan suyun məhdud olduğu yerlərdə yaşayır. Daha 2 milyard insan yeraltı suların bol olduğu regionlarda yaşasa da, su əldə etmək üçün zəruri infrastruktura malik deyil.

Birləşmiş Millətlər Təşkilatının proqnozuna görə, 2030-cu ilə qədər daha 1 milyard insan mütləq su qıtlığı olan ölkələrdə və ya bölgələrdə yaşayacaq. Beləliklə, beş ildən sonra dünya əhalisinin üçdə ikisi su problemindən əziyyət çəkəcək. Bu fəlakət proqnozunun ilkin əlamətləri artıq görünməkdədir.
 

Dünyada su çatışmazlığı artıq abstrakt problem deyil, gündəlik həyatı dəyişdirən real təhlükədir. İqlim dəyişikliyi çayların qurumasına, yağış rejiminin pozulmasına səbəb olur. Sənaye və kənd təsərrüfatına isə ehtiyatdan daha çox su sərf olunur. Böyük şəhərlərdə suya getdikcə daha çox tələbat yaranır. Təbii ki, su qıtlığının artması gələcəkdə dünyanın bir sıra bölgələrində böyük müharibələrə səbəb ola bilər.

Dnepr hövzəsi Rusiyanın hədəfində

Hazırda Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Bu müharibənin başlanması üçün bir sıra səbəblər olsa da, su faktoru çox vaxt diqqətdən kənar qalır.
Belə ki, Dnepr çayı dünyanın su ehtiyatlarına görə ən strateji hövzələrindən biridir. Bu çay öz mənbəyini Rusiya və Belarusdan götürür. Ukrayna ərazisindən keçərək Qara dənizə qədər gedir. Ukraynanın əsas su mənbəyi də Dnepr hesab olunur. Ona görə də Rusiya Dnepr çayının keçdiyi bütün ərazini öz nəzarəti altına almaq istəyir. Bununla da həm gələcəkdə Ukraynanı özündən asılı saxlamaq, həm də Qara dəniz vastəsi ilə dünyaya bolluca su satmaq Moskvanın hədəfləri sırasındadır.
Nil hövzəsi: Misir – Efiopiya gərginliyi

Nil çayı Misirin həyat damarlarından biridir. Efiopiyanın inşa etdiyi “Böyük İntibah” bəndi isə illərdir bölgədə narahatlıq yaradır. Efiopiya bu bəndi inkişaf layihəsi kimi təqdim etsə də, Misir çayın aşağı axınında suyun azalacağından ehtiyat edir.
Hazırda qarşıdurma açıq müharibəyə çevrilməyib, amma siyasətçilər və analitiklər bunu dünyanın ən ciddi su böhranlarından biri kimi qiymətləndirir.
Qeyd edək ki, Misir uzun müddət daha güclü iqtisadiyyata və orduya malik olduğu üçün qonşuları Efiopiya və Sudana Nil suyunun paylanmasını diktə edib.
Lakin 2011-ci ildə ölkə siyasi xaosa qərq oldu. İnqilabçılar uzun müddət prezident olmuş Hüsnü Mübarəki devirdi və yeni hökumət xarici siyasətdən daha çox, daxili məsələləri və siyasi rəqiblərə qarşı mübarizəni prioritet istiqamət kimi seçdi.
Nil çayının yuxarı hissəsində yerləşən Efiopiya bundan istifadə etdi. Hökumət Afrikanın ən böyük bəndinin və su elektrik stansiyasının tikiləcəyini elan etdi. "Böyük İntibah Bəndi" adının seçilməsi də təsadüf deyil. Efiopiya elektrik enerjisi çatışmazlığından əziyyət çəkirdi. Bu vəziyyət əhalinin həyat şəraiti ilə yanaşı, sənayeyə də ciddi zərbə vururdu. Məhz bu səbəbdən Efiopiya sözügedən bəndi intibahın açarı kimi görür.
Hind çayı hövzəsi: Hindistan – Pakistan qarşıdurması
Hind çayı regionda həm kənd təsərrüfatı, həm də enerji istehsalının əsas mənbəyidir. Bu vəziyyət Hindistanla Pakistan arasında tarixi gərginlik fonunda su məsələsinin geosiyasi kart kimi istifadə olunması ilə nəticələnib. İndus Su Müqaviləsi uzun illər sabitlik yaradıb, amma iqlim dəyişikliyi və artan tələbat bu balansı risk altına qoyur.
 

2025-ci ilin 4 mayında Hindistan Çenab çayındakı Bağlıhar bəndinin su bəndlərini bağladı. Bu, dərhal aşağı axında suyun səviyyəsinin azalmasına səbəb oldu . Nəzərə alaq ki, Pakistan əhalisinin təxminən 90%-i, yəni 170 milyondan çoxu içməli suyunu İndus hövzəsindən alır. İndus sistemi Pakistanda kənd təsərrüfatının təxminən 90%-ni suvarılmasında istifadə olunur və ölkə əhalisinin üçdə biri bu sahədə çalışır. Bundan əlavə, İndusdakı su elektrik stansiyaları Pakistanın elektrik enerjisinin beşdə birini istehsal edir.


Təəssüf ki, Hindistanın özü də su məsələsindən digər qonşusundan - Çindən asılıdır. Söhbət Brahmaputra çayından gedir. Onun başlanğıcı Çinin bir hissəsi olan Tibetdədir. Nəticə etibarilə, özü də şirin su çatışmazlığı yaşayan Çin Brahmaputra üzərində 10 bənd tikib və daha 18 bəndin inşası isə davam edir. Bütün bunlar Hindistana gələn suyun miqdarının daha da azalması deməkdir. Ona görə də yaxın gələcəkdə bu regionda “su müharibəsi”nin başlaması qaçılmazdır.

Yaxın Şərq: Türkiyə – Suriya – İraq
Fərat və Dəclə çaylarını bölüşən bu ölkələr su təhlükəsizliyinə görə bir-birindən asılıdır. Regionda illərdir davam edən siyasi gərginlik, iqtisadi çətinliklər və iqlim şəraitinin kəskin dəyişməsi su problemini daha da dərinləşdirir. Su ehtiyatlarının azalması bölgədə həm kənd təsərrüfatına, həm də enerji sisteminə təsir edir. Nəticədə, gələcəkdə diplomatik gərginliklərin yaranması ehtimalı böyükdür.
 

Digər tərəfdən, iqlim dəyişikliyi vəziyyəti daha da ağırlaşdırır. Əvvəllər Fərat hövzəsində 250 ildən bir baş verən quraqlıq indi 10 ildən bir yaşanır. Vəziyyət xüsusilə 2020-2021-ci illərdə təhlükəli həddə çatmışdı. Həmin vaxt çaylarda suyun səviyyəsi 1975-ci illə müqayisədə 73% azaldı və nəticədə suvarma suyunun olmaması səbəbindən kənd təsərrüfatı sektoruna ciddi ziyan dəydi.

İraq Su Ehtiyatları Nazirliyi o zaman xəbərdarlıq etmişdi ki, mövcud tendensiyalar nəzərə alınmaqla, çay 2040-cı ilə qədər tamamilə quruya bilər. Problemin həlli üçün Türkiyə və İraq 2025-ci ilin əvvəlində yeni su müqaviləsi imzalayıblar. Lakin görülməsi nəzərdə tutulan tədbirlərin su problemini tam həll edib-etməyəcəyi sual altındadır.
Mərkəzi Asiya: Aral faciəsindən sonra yeni risklər
XX əsrin ikinci yarısında Aral dənizində suyun səviyyəsinin 90% azalması və onun yerində Aralqum səhrasının yaranması antropogen - təbii ekoloji fəlakət hesab olunur. Alimlərin hesablamalarına görə, Aral dənizinin səviyyəsinin azalmasına antropogen amillərin təsiri 70%-dən çoxdur.
Ümumdünya Meteorolgiya Assosiasiyasının məlumatına görə, Aral dənizinin quruması ötən əsrin ən böyük antropogen ekoloji böhranlarından biridir. Dənizin keçmiş sərhədlərindən 100 kilometrə qədər radiusda iqlim kəskin kontinental xarakter alıb, yağıntıların miqdarı bir neçə dəfə azalıb, tuqay meşələri məhv olub, 130-dan çox heyvan və 30 növ balıq yoxa çıxıb.

Aral dənizinin quruması suyun istifadəsində yol verilən strateji səhvlərin hansı nəticələrə gətirib çıxa biləcəyinin acı nümunəsidir.

Qeyd edək ki, Aralın qurumasının əsas səbəbi Orta Asiyanın iki ən böyük çayı – Amudərya və Sırdəryanın suyundan səmərəsiz istifadə olunmasıdır. Bu gün Orta Asiyada Amudərya və Sırdərya çayının suyundan bir neçə ölkə istifadə edir. Artan əhali sayı və kənd təsərrüfatından yüksək asılılıq səviyyəsini nəzərə alsaq, bu vəziyyət gələcək gərginlikləri qaçılmaz edə bilər.
Mərkəzi Asiyada hazır münaqişə ocağı
Xatırladaq ki, Tacikistan və Qırğızıstan arasında su paylanması üstündə baş verən silahlı toqquşmalar 2021 və 2022-ci illərdə onlarla insanın ölümünə səbəb olub. Hazırda bölgədə sakitlik hökm sürsə də, münaqişənin yenidən alovlanması ehtimalı böyükdür.

Göründüyü kimi, hazırda su ehtiyatları uğrunda müharibə fazasına keçməyən dövlətlərarası gərginliklər mövcuddur. Lakin yaxın dövrdə qlobal istiləşmənin təsiri və əhali sayının artması suya tələbatı yüksəldəcək ki, bu da nəticədə su savaşlarının başlamasına səbəb ola bilər.

Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri