Icma.az
close
up
RU
Paşinyanın bu çıxışı bizim üçün təbliğat baxımından dəyərli material ola bilər Qafar Çaxmaqlı

Paşinyanın bu çıxışı bizim üçün təbliğat baxımından dəyərli material ola bilər Qafar Çaxmaqlı

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan arasında olan münaqişəni SSRİ KQB-si yaradıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qafar Çaxmaqlı bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin KQB tərəfindən yaradıldığı və onun dövriyyəyə daxil edildiyi barədə fikirlər həm Ermənistanda, həm Azərbaycanda, həm də dünya alimləri tərəfindən dəfələrlə qeyd olunub. Onun sözlərinə görə, xüsusilə 1990-cı illərdə bu münaqişənin daha da gərginləşməsi üçün Rusiyanın xüsusi xidmət orqan Dövlət Təhlükəsizliyi Komitəsi bu məsələyə xüsusi diqqət ayırıb, xalqların bir-biri ilə geniş şəkildə əlaqələrinin və münasibətlərinin normallaşmasını istəməyib:

"Bunun ən mühüm nümunələrindən biri Sumqayıt hadisələri idi. Sumqayıtda törədilən faciə göstərdi ki, Sovetlər Birliyinin (indiki Rusiyanın) Dövlət Təhlükəsizliyi Komitəsi bu hadisələrdə maraqlı olub. Çünki Dağlıq Qarabağla bağlı erməni iddiaları ortaya atılmışdı və məqsəd Dağlıq Qarabağı Azərbaycandan qoparmaq idi. Sumqayıtda belə bir faciənin törədilməsi bu fikri formalaşdırmaq məqsədi daşıyırdı ki, guya bu iki xalq bir yerdə yaşaya bilməz və Dağlıq Qarabağı ayırıb Ermənistana vermək lazımdır. Bu cür fikir Moskva səviyyəsində yaradılmış, münaqişəni daha da dərinləşdirmək üçün planlar hazırlanmışdı. Sumqayıt hadisələri ilə bağlı hüquqşünas Aslan İsmayılovun maraqlı bir kitabı nəşr olunub və müxtəlif dillərə tərcümə edilərək yayılıb. Müəllif bu əsərində münaqişənin, xüsusilə Sumqayıtda törədilən cinayətlərin bütün detalları üzərində dayanıb, həmin dövrdə KQB-nin bu prosesdə maraqlı olduğunu əsaslandırıbdır".

Politoloq hesab edir ki, Paşinyanın bu mövzuda dediyi fikirlər yenilik deyil, lakin siyasi baxımdan böyük əhəmiyyət kəsb edir:

"Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ərəfəsində bu iki xalqın bir-birinə qarşı nifrət hissi ilə yaşaması mümkün deyil. Əgər sülh bağlanacaqsa, Ermənistandakı və Azərbaycandakı insanlar arasında müəyyən yaxınlaşma olmalıdır ki, bölgədə sabitlik və davamlı sülh təmin edilsin. Paşinyanın bu fikri deməsi xalq tərəfindən o qədər də rəğbətlə qarşılanmayıb. Paşinyana qarşı olan qüvvələr bu faktı onun əleyhinə istifadə etməyə çalışırlar. Çünki onlar hələ də Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyasını erməni ümumi ideologiyasının bir parçası kimi görürlər. Dağlıq Qarabağın Azərbaycan tərəfindən aparılan antiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü çərçivəsinə daxil edilməsi Ermənistandakı bəzi qüvvələri narazı salıb. Buna görə də Paşinyanın bu fikirlərinə qarşı çıxan siyasi dairələr mövcuddur".

Qafar Çaxmaqlının fikrincə, Paşinyanın bu çıxışı bizim üçün təbliğat baxımından dəyərli material ola bilər:

"Bu fikri əsas tutaraq biz də öz arqumentlərimizi irəli sürə bilərik. Çünki o dövrdə Ermənistanda fəaliyyət göstərən şovinist qüvvələr azərbaycanlı əhalini ölkənin müxtəlif bölgələrindən qısa müddət ərzində qovub çıxarmışdılar. Azərbaycanda da münaqişənin dərinləşməsi üçün Moskva, yəni onun KQB-si tərəfindən ciddi şəkildə gərginlik yaradılmışdı. Biz bu tariximizi öyrənməli, həmin hadisələri gündəmdə saxlamalı və bununla da sübut etməliyik ki, bu münaqişə süni şəkildə yaradılmış, planlı şəkildə alovlandırılmışdır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri