Icma.az
close
up
RU
Qafar Çaxmaqlı: Paşinyanın özündən əvvəlkiləri tənqid etməsi yerində yanaşmadır

Qafar Çaxmaqlı: Paşinyanın özündən əvvəlkiləri tənqid etməsi yerində yanaşmadır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda növbəti seçkilər yaxınlaşdıqca, ölkə daxilində siyasi ittihamlar və keçmişlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə Qarabağ məsələsi ətrafında gedən debatlar, Paşinyanın özündən əvvəlki rəhbərləri-Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanı məsuliyyətdə günahlandırması fonunda daha da kəskin xarakter alıb. Bu ittihamlar təkcə daxili siyasətə hesablanmayıb, eyni zamanda Ermənistanın regionda dəyişən geosiyasi reallıqlarla necə barışdığını və barışmaq istəməyən qüvvələrin mövcudluğunu da ortaya qoyur. Əsas məsələ isə Ermənistanın keçmişin xəyalları ilə yaşamağa davam edəcəyi, yoxsa reallığı qəbul edib sülhə yönələcəyidir.


Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında Paşinyanın özündən əvvəlki Ermənistan rəhbərləriz- Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanı ittiham etməsinin yerində bir yanaşma olduğunu söyləyib: 


"Məhz onların hakimiyyəti dövründə  Qarabağ və ətraf rayonlar işğal edilmişdi və bu işğal uzun müddət davam etdirildi. Atəşkəsdən sonra yaradılan ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda əsas məqsəd Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılması idi. O dövrdə Qarabağdakı separatçı rejim heç vaxt danışıqlarda tərəf kimi tanınmamışdı və beynəlxalq vasitəçilər də bu quruma rəsmi status verməmişdilər.

Əvvəlki Ermənistan rəhbərləri danışıqları məqsədli şəkildə uzadır, status-kvonu qorumağa çalışır və işğal olunmuş əraziləri Azərbaycana qaytarmaq istəmirdilər. Halbuki, həmin dövrdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağ ermənilərinə müəyyən status verilməsi imkanları mövcud idi. İndi isə Paşinyan bu məsələni qabardaraq demək istəyir ki, keçmiş rəhbərlər bu fürsəti itiriblər. Bu gün bəzi dairələr Paşinyanı ittiham edirlər ki, guya "Dağlıq Qarabağ"ı Azərbaycana təhvil verib. Amma bu tamamilə yanlış yanaşmadır. Çünki həmin ərazilər beynəlxalq hüquqa görə həmişə Azərbaycanın tərkib hissəsi olub. Ermənistanın 30 ildən artıq davam edən işğal siyasətinə qarşı Azərbaycan heç vaxt susmadı və Minsk Qrupu çərçivəsində irəli sürülən təkliflər də Bakı üçün qəbuledilməz idi. Çünki bu təkliflər ərazi bütövlüyümüzə təminat vermirdi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Ermənistan isə BMT-nin 4 qətnaməsini yerinə yetirmədiyi üçün faktiki olaraq hərbi və siyasi cavab aldı. Azərbaycan həmin ərazilərdə öz suverenliyini tam bərpa etdi və Ermənistan ordusu bölgədən çıxarıldı".


Ekspert 2022-ci ildə Praqada keçirilən görüşdə Ermənistanın rəsmən Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etdiyini xatırladıb: 

"Bu, artıq dəyişməyəcək bir reallıqdır. Ermənistanda isə hələ də bəzi dairələr bu reallıqla barışmaq istəmir və keçmişdə guya daha “gözəl həll variantları” olduğu iddiasını irəli sürürlər. Halbuki, əgər Qarabağda yaşayan erməni əhali Azərbaycan vətəndaşlığını qəbul etsəydi, bölgədə birgəyaşayış mümkün olardı. Lakin onlar bu variantı rədd etdilər və nəticədə bölgəni tərk etdilər.

İndi Ermənistanda seçki ərəfəsində bu məsələnin yenidən siyasi mübarizəyə çevrilməsi başadüşüləndir. Lakin “günah keçisi” axtarmaqdansa, artıq mövcud reallıqla barışmaq və sülhə doğru addım atmaq daha məqsədəuyğundur. Paşinyan da dəfələrlə bildirib ki, alternativ yoxdur. Azərbaycan öz haqlı mövqeyini təsdiqləyib və bu, bütün dünyada qəbul olunub.

Ermənistanın bu reallığı qəbul etməsi və Azərbaycanla qonşuluq münasibətlərini tənzimləmək üçün sülh sazişini imzalaması vacibdir. Vaşinqtonda imzalanması nəzərdə tutulan sülh sənədinin ertələnməsi də Ermənistanın hələ bəzi öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Bu öhdəliklərdən biri də Ermənistan Konstitusiyasında Azərbaycanın ərazilərinə olan iddialardan imtina edilməsidir".


Müsahibimiz bundan əlavə, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz keçidin əldə etməsi məsələsinin də gündəmdə olduğunu bildirib: 

"Bu, təkcə Azərbaycanın deyil, həm də Ermənistanın regional inteqrasiyası baxımından əhəmiyyətlidir.

Nəticə etibarilə, bölgədə davamlı sülh və sabitlik üçün Ermənistan real vəziyyəti qəbul etməli və revanşist yanaşmalardan uzaq durmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri