Icma.az
close
up
RU
Paşinyanın bu ehtiyatlı davranışı təkcə qorxu ilə bağlı deyil... Qafar Çaxmaqlı

Paşinyanın bu ehtiyatlı davranışı təkcə qorxu ilə bağlı deyil... Qafar Çaxmaqlı

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana paralel şəkildə Qarabağ ermənilərinin qayıdışı və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələlərini bağlamağı təklif edib. O, bu iki mövzunu paralel bağlamaq üçün birgə yol xəritəsi qəbul etməyə çağırıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qafar Çaxmaqlı bildirdi ki, Nikol Paşinyanın Qarabağ ermənilərinin qayıdışı ilə bağlı mövqeyi son zamanlar bu dövlət başçısının apardığı siyasətin tərkib hissəsidir. Onun sözlərinə görə, Qarabağ ermənilərinin geri dönüşü ilə bağlı real bir məsələ yoxdur:

"Ermənistanın siyasi gündəmində belə bir mövzunun olmadığını Paşinyan dəfələrlə vurğulayıb və bildirib ki, bu məsələ çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Çünki Ermənistan dövləti bu mövzunu gündəmə gətirsə, Azərbaycan ərazilərinə iddialar yenidən ortaya çıxa bilər və bu da müharibəyə səbəb ola bilər. Azərbaycan öz ərazisində hər hansı separatçı qüvvənin, separatçı meyilli insanların mövcudluğunu istəmir. Qarabağdan çıxan ermənilər isə bu separatizmi Ermənistanda davam etdirirlər. Nikol Paşinyan da bu məsələyə münasibətdə çox ehtiyatlı davranır. Bu ehtiyatlı davranış təkcə qorxu ilə bağlı deyil, həm də Azərbaycanla yeni bir münaqişəyə girməkdən çəkinmək deməkdir.

İkincisi, Qərbi Azərbaycan türklərinin öz tarixi vətənlərinə qayıtması məsələsi tamamilə fərqli bir situasiyadır, fərqli bir siyasi hadisədir. Azərbaycan haqlı olaraq, yəni bu gün ölkədə yaşayan insanlar öz tarixi yerlərinə, tarixi vətənlərinə qayıtmaq hüququna malik vətəndaşlara dəstək verir. Bu dəstək ondan ibarətdir ki, onların beynəlxalq hüquqla tanınan haqqı var. Unutmamalıyıq ki, biz həmin ərazilərdə əsrlər boyu yaşamışıq və orada dövlətimiz olub. 1828-ci ildə bu dövlətə Rusiya tərəfindən son qoyulub, İrəvan xanlığı işğal edilib. Xanlıq isə balaca bir dövlət idi və Azərbaycan türklərinə, türklərin bir qisminə aid olan bir dövlət kimi tarixdə mövcud olub. Ermənilərin isə nə Azərbaycan torpaqlarında, nə də Şərqi Anadoluda, yəni indiki Türkiyə ərazisində heç vaxt belə bir dövləti olmayıb. Buna baxmayaraq, belə iddialarla çıxış etmələri sadəcə olaraq gülüncdür".

Qafar çaxmaqlı hesab edir ki, Paşinyanın belə paralel aparması bir qədər şişirdilir:

"Çünki Paşinyan heç vaxt belə paralellər aparmır. O, qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə bir neçə dəfə münasibət bildirib və bunu qəti şəkildə qəbul etməyən siyasi mövqe ortaya qoyub. Amma bu məsələ Ermənistanın siyasi palitrasında müzakirə mövzusu olaraq qalır və bu müzakirələr nəticəsində müəyyən bir mövqeyə gəlmək mümkün ola bilər. Çünki qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq haqqı beynəlxalq haqqdır və beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi, həyata keçirilməsi mümkündür. Bu məsələ gələcəkdə Ermənistan dövləti ilə qərbi azərbaycanlıların təşkilatları arasında aparılacaq danışıqların da predmeti ola bilər. Bu isə gələcəyin işidir. Mənə elə gəlir ki, bu məsələ Ermənistanda iddia edildiyi kimi Azərbaycanın basqısı deyil, əksinə, bu ölkədən çıxarılmış milyonlarla insanın real və qanuni haqqıdır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri