Paşinyanın bu hərəkəti Ankaranın səbrini tükəndirir: İrəvana qarşı hansı addım atılacaq?
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Türkiyə Ermənistana sülh müqaviləsinin bağlanması üçün ciddi təzyiqlər edəcək. Ermənistan Baş naziri Nikol Paşinyan sülhü gecikdirməsi Ankaranın regional siyasətini təhdid edir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələrin sərhəddə görüşü bu xüsusdadır: "Ermənistan "Müstəqillik Bəyannaməsindən" Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır və digər şərtlərdən geri çəkilməli, "Zəngəzur" dəhlizini açmalıdır".
Politoloq bildirib ki, artıq İranın da prosesdə rolu zəifləyib: "İranın Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri neytrallaşıb. Ermənistan Baş naziri Paşinyanın Fransa prezidenti E.Makrona arxalanması isə, öz hakimiyyətinin itirilməsi ilə nəticələnə bilər. Regionda əsas söz sahibi Türkiyədir. Vaxt Ermənistan hakimiyyətinin əleyhinə işləyir. Prezident İlham Əliyev Türkiyə həmkarı Ərdoğanla Suriya məsələsində danışıqlar aparsa da, Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı müəyyən qərarlar qəbul edilməsi istisna deyil".
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 11 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















