Icma.az
close
up
RU
“Paşinyanın iradı tamamilə əsassızdır”

“Paşinyanın iradı tamamilə əsassızdır”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” mətbuat orqanına 2004-cü il dekabrın 19-da verdiyi müsahibəsində Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və Qərbi Azərbaycan məsələsinə dair bir sıra zərərli və həqiqətə uyğun olmayan fikirlər səsləndirib. Əvvəla qeyd edək ki, Baş nazirin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır”.

“Qafqazinfo” xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

“Vurğulamaq lazımdır ki, azərbaycanlıların əsrlərlə yaşadığı və Ermənistan tərəfindən total etnik təmizləməyə məruz qaldığı keçmiş İrəvan xanlığı, Zəngəzur və digər bölgələri əhatə edən “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən bir termindir.

Qərbi Azərbaycan İcması qayıdış hədəfinə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaq üçün çalışır. Bu baxımdan, İcmanın Ermənistan hökumətinə rəsmi şəkildə müraciət edərək dialoq təklif etməsi xüsusilə qeyd edilməlidir. Ermənistan hökuməti tərəfindən etnik təmizləmə, ayrı-seçkilik, mülkiyyət və digər hüquqlarının pozulmasına məruz qalmış Qərbi azərbaycanlıların ilk addımı ataraq dialoqa təşəbbüs etməsi onların barışıq və sülh yolunu tutduğunu göstərir. Ermənistan hökumətinin İcmanın dialoq təklifini cavabsız qoyması isə təəssüf doğurur.

Apardığı silahlanma siyasətini suveren seçim kimi izah etməyə çalışan N.Paşinyana xatırlatmaq istərdik ki, revanşist və radikal ideologiyanın dərin kök saldığı Ermənistan hərbi güclə məsuliyyətlə davranmağı bacarmır. Bu və Ermənistanın aqressiv keçmişi nəzərə alınmaqla onun sərbəst şəkildə silahlanmasına yol vermək olmaz.

N.Paşinyanın Ermənistan AnchorKonstitusiyasında əks olunmuş ərazi iddiasını aradan qaldırmaqdan imtina etməsi, hələ bu azmış kimi guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının yer almasını bildirməsi onun sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən qayıdış hüququna hörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və ərazi iddiasını əsas sənədlərindən çıxarmağı tələb edir”, - bəyanatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see300

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see278

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see265

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see259

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see252

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see232

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see210

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see209

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see199

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see193

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see192

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see191

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see191

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see183

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see182

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see173

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see160

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see155

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri