Icma.az
close
up
RU
Paşinyanın konstitusiya dəyişikliyi təşəbbüsü Ermənistanın regional siyasətində yeni bir səhifə aça bilər? ŞƏRH

Paşinyanın konstitusiya dəyişikliyi təşəbbüsü Ermənistanın regional siyasətində yeni bir səhifə aça bilər? ŞƏRH

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan xalqı konstitusiyada dəyişiklik etmək üçün yola gətirməyə çalışır. Lakin bu dəyişiklikdə Azərbaycana qarşı olan torpaq iddialarının ləğv ediləcəyi haqqında maddənin olacağı hələ ki, məlum deyil. Ekspertlərin bəziləri Paşinyanın bu hərəkətinin "səmimi" olduğunu qiymətləndirsə də, digərləri baş nazirin erməni xalqının başına açacağı növbəti "oyun" olduğunu iddia edirlər.
Paşinyanın konstitusiya dəyişikliyi təşəbbüsü Ermənistanın regional siyasətində yeni bir səhifə aça bilərmi? Bu dəyişiklikdə Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi ehtimalı nə dərəcədə realdır və bu, Ermənistan cəmiyyətində və siyasi dairələrində hansı reaksiyalara səbəb ola bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Mübariz Göyüşlü bildirib ki, Paşinyanın bu konstitusiya çalışmaları, İkinci Qarabağ müharibəsindən sonra onun ikinci cəhdidir:
“Bir dəfə də konstitusiya ilə bağlı müzakirələri Paşinyan gündəmə gətirmişdi. Sonra görünür ki, daxili təzyiq və ya hansısa digər məsələlər onun geri çəkilməsinə səbəb oldu. Təəssüf ki, geri çəkildi.İndi yenidən bu məsələni gündəmə gətirib. Bunu gündəmə gətirməyini müsbət qiymətləndirirəm. Amma Paşinyanın Azərbaycan və eləcə də Türkiyənin tələblərinə uyğun olaraq konstitusiyasında, digər əsas sənədlərində və dövlət atributlarında, gerbində Türkiyəyə ərazi iddiası var. Əgər bu məsələləri ləğv edərsə, başqa dövlətlərə qarşı ərazi iddialarını aradan qaldırarsa, normal bir konstitusiya formalaşdırarsa və xalq bunu qəbul edərsə, bu, əlbəttə, Ermənistan üçün müsbət olar. Bu addım Ermənistanın xarici və regional siyasətinə, Cənubi Qafqazdakı vəziyyətə, eləcə də Azərbaycan və Türkiyə ilə münasibətlərinə müsbət təsir edə bilər. Amma bu məsələdə o qədər də ümidli deyiləm”.
Politoloq onu da qeyd edib ki,burada Paşinyan həm Azərbaycanı, həm də erməni xalqını aldatmağa çalışır:
“Əsas məsələ Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsidir. Onun bunu reallaşdıracağını şübhə ilə qarşılayıram. Hətta bu məsələləri həyata keçirmək istədiyini də şübhə altına alıram. Üstəlik Paşinyanın bunları gerçəkləşdirə biləcək gücünün olmasını da sual altında görürəm. Ona görə də gözləyək və görək, o, hansı siyasi avantürist davranışlar sərgiləyəcək. Onun bu çıxışları cəmiyyətin müəyyən bir qrupu, xüsusən daşnaklar, kilsə və xaricdəki erməni diaspor lobbi təşkilatları tərəfindən çox aqressiv qarşılanır. Buna görə də Paşinyan bu məsələlərdə ehtiyatlı davranmağa çalışır.
Ümumiyyətlə, hesab edirəm ki, əgər Paşinyan Azərbaycanın tələblərinə və İlham Əliyevin irəli sürdüyü şərtlərə uyğun olaraq konstitusiya dəyişikliyi edərsə, bu, Ermənistan və erməni xalqı üçün də müsbət nəticələr verə bilər. Bununla yanaşı, Ermənistanın Cənubi Qafqaz siyasətində və bütövlükdə regionda müsbət dəyişikliklərə səbəb ola bilər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri