Icma.az
close
up
RU
Paşinyanın yeni konstitusiya planı Ermənistanın siyasi gələcəyini necə dəyişdirəcək?

Paşinyanın yeni konstitusiya planı Ermənistanın siyasi gələcəyini necə dəyişdirəcək?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan xalqı konstitusiyada dəyişiklik etmək üçün yola gətirməyə çalışır. Lakin bu dəyişiklikdə Azərbaycana qarşı olan torpaq iddialarının ləğv ediləcəyi haqqında maddənin olacağı hələ ki, məlum deyil. Ekspertlərin bəziləri Paşinyanın bu hərəkətinin "səmimi" olduğunu qiymətləndirsə də, digərləri baş nazirin erməni xalqının başına açacağı növbəti "oyun" olduğunu iddia edirlər.Paşinyanın konstitusiya dəyişikliyi təşəbbüsü Ermənistanın regional siyasətində yeni bir səhifə aça bilərmi? Bu dəyişiklikdə Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi ehtimalı nə dərəcədə realdır və bu, Ermənistan cəmiyyətində və siyasi dairələrində hansı reaksiyalara səbəb ola bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq, millət vəkili Elçin Mirzəbəyli bildirib ki, Nikol Paşinyan Ermənistan Konstitusiyasının dəyişdirilməsi təşəbbüsü ilə ilk dəfə 2018-ci ildə çıxış edib:
“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən və Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra Ermənistanın baş naziri "konstitusiya islahatları" mövzusunu bir neçə dəfə gündəmə gətirib. Nikol Paşinyan son açıqlamasında yeni konstitusiyanın qəbulu ilə bağlı mövqeyini daha öncəki konstitusiyaların qəbulu prosesinin legitim əsaslara malik olmaması ilə əlaqələndirib. Bu, daha öncəki fikirlərlə müqayisədə tamamilə yeni hesab oluna və açıqlama sahibinə daha geniş manevr imkanları verə biləcək bir yanaşmadır. Ermənistanın baş nazirinin yeni konstitusiyanın qəbul olunmasında, ilk növbədə, öz maraqları var. Bu, hazırda Ermənistanda qüvvədə olan Konstitusiyanın 18 və 19-cu maddələri ilə bağlıdır. Ermənistan Konstitusiyasının 19-cu maddəsi Erməni Apostol Kilsəsinə xüsusi imtiyazlar verib və bu imtiyazlar Konstitusiyaya istinadla qəbul edilən qanunvericilik aktları ilə möhkəmləndirilib. 18-ci maddənin birinci bəndində qeyd olunur ki, Ermənistan Respublikası Erməni Apostol Müqəddəs Kilsəsinin milli kilsə kimi erməni xalqının mənəvi həyatındakı, onun milli mədəniyyətinin inkişafı işindəki və milli özünəməxsusluğunun qorunmasındakı müstəsna missiyasını qəbul edir. Eyni maddənin ikinci bəndində isə deyilir ki, "Ermənistan Respublikası ilə Erməni Apostol Müqəddəs Kilsəsinin münasibətləri qanunla tənzimlənə bilər".
Ermənistan Konstitusiyasının bu maddələrinə istinadən, 2007-ci ildə Ermənistan Respublikası ilə Erməni Apostol Kilsəsinin münasibətləri haqqında qanun qəbul edilib və bu qanunda kilsəyə Ermənistandakı ictimai-siyasi, mədəni və ideoloji proseslərə birbaşa müdaxilə etmək imkanları verilib.
Ermənistan Konstitusiyasının 19-cu maddəsi isə erməni diasporu ilə bağlıdır. Bu maddə də əsasən daşnak qrupları tərəfindən idarə olunan erməni diaspor təşkilatlarına Ermənistanın daxili və xarici siyasətinə müdaxilə etmək imkanları verir. Daşnaksütunun idarəçiliyində olan ənənəvi erməni diaspor təşkilatlarının və Erməni Apostol Kilsəsinin Nikol Paşinyana qarşı aqressiv münasibətini nəzərə alsaq, baş nazirin Konstitusiyadan sözügedən maddələri çıxarmaq istiqamətindəki narahatlığının səbəblərini müəyyənləşdirmək mümkündür. Paşinyan kilsənin və diasporun ilk növbədə, onun hakimiyyətinə təhdid yaradan konstitusion səlahiyyətlərinə son qoymaq istəyir”.
Millət vəkili onu da qeyd edib ki, Nikol Paşinyan Konstitusiya ilə bağlı açıqlamalarında Azərbaycanın tələbləri haqqında bir qayda olaraq heç nə demir:
“Lakin onun yeni konstitusiyanın qəbulunun strateji məqsədləri haqda söylədikləri, həm də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı istiqamətlərə işarə etdiyini düşünməyə əsas verir. Paşinyan deyir ki, yeni konstitusiyanın qəbulunun strateji məqsədi dövlətsiz bir millətin qalıq fəaliyyətindən dövlətçilik təfəkkürü olan bir xalqın fəaliyyətinə keçiddir. Bu yanaşma Paşinyanın daha öncə səsləndirdiyi "real Ermənistan" haqqında mülahizələrin hüquqi-siyasi müstəvidə ifadə edilmiş nümunəsidir. Ermənistanın "dövlətsiz millət" ifadəsi, əslində, "diaspor xalqı" deyiminin ekvivalenti hesab oluna bilər. Bu, o deməkdir ki, ermənilər "diaspor xalqı" olmaqdan və ərazilərində hazırda, yaxud nə zamansa yaşadıqları dövlətlərə qarşı ərazi iddiaları irəli sürməkdən əl çəkməli, onlara tarixi Azərbaycan torpaqlarında yaradılan təsisatın real sərhədləri çərçivəsində dövlət qurmaq haqqında düşünməlidirlər. Bütün bunlarla yanaşı, Nikol Paşinyanın zahiri görkəmi kimi fikirlərini də tez-tez dəyişdiyini nəzərə alsaq, onun son nəticədə hansı qüvvənin təhriki ilə hərəkət edəcəyini, yaxud hansı situativ qərar verəcəyini ehtimal etmək çətindir. Onun fikirləri arasındakı fərq, saqqallı Paşinyanla saqqalsız Paşinyan arasındakı fərq qədərdir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri