Paşinyanın müavini: ErmənistanAzərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib, növbəti görüşə hazırlıq gedir
Icma.az bildirir, Apa.az portalına istinadən.
Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib. APA-nın “Arminfo”ya istinadən xəbərinə əsasən, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - Nikol Paşinyanın müavini bildirib.
O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.
M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.

Paşinyanın müavini: ErmənistanAzərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib, növbəti görüşə hazırlıq gedir
09 Dekabr 2024 14:24
Mqer Qriqoryan: ErmənistanAzərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib
09 Dekabr 2024 14:23
Sərhədlərin delimitasiyası prosesi dalana dirənməyib Paşinyanın müavini
09 Dekabr 2024 14:24
Paşinyanın müavini: Yaxın vaxtlarda ErmənistanAzərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın iclası keçiriləcək
18 Dekabr 2024 15:50

