Icma.az
close
up
RU
Paşinyanın növbəti sınağı Tezliklə ABŞ İran gərginliyi başlayacaq... AzPolitika onlayn siyasiictimai qəzet

Paşinyanın növbəti sınağı Tezliklə ABŞ İran gərginliyi başlayacaq... AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Trampın ABŞ-də hakimiyyətə gəlməsi qlobal proseslərə multiplikativ təsir göstərəcək və bu, təbii ki, regionumuzda da öz əksini tapacaq.

Trampın ABŞ - Avropa münasibətləri və Ukraynadakı müharibəyə dair mövqeyilə yanaşı, onun Yaxın Şərq böhranı və İsrail - İran münaqişəsinə yanaşması da geniş müzakirə olunur. ABŞ ənənəvi olaraq İsraili silah təchizatı ilə dəstəkləyib. Yəməndə İranın proksilərinin dəniz ticarəti yollarında hərəkət edən gəmilərə hücumlarından sonra ABŞ Yəməndə husilərə qarşı zərbələr endirməyə başlayıb. Vaşinqton İranın İsrailə hücumunun dəf edilməsində də birbaşa iştirak edib. Lakin ABŞ İsrailin İrana hücumunda rəsmən iştirak etməyib. Yəni öz ərazisinə və hava məkanına nəzarət etməyən dövlətlərin ərazisində İranın proksi qüvvələrinə zərbələr endirməkdə ABŞ-nin bilavasitə iştirakı var. Lakin birbaşa İran ərazisinə zərbələr artıq başqa bir qarşıdurma səviyyəsidir və ABŞ hələ ki, bu səviyyəyə çatmayıb.

Trampın dövründə İsrailə silah tədarükü dayanmayacaq, bəlkə daha da artacaq. Belə görünür ki, ABŞ İrana birbaşa zərbə endirmək səviyyəsinə qalxmayacaq. Suriya, Livan, İraq və Yəməndəki müqavimət oxu çətin anlar yaşayacaq. Bu qruplar tam şəkildə təqib ediləcək. İranın regionda təsirini azaltmaq ABŞ-nin maraqlarına uyğundur və bu məqsədə yalnız Tehranın proksi qruplarının hərbi infrastrukturunu dağıtmaqla nail olmaq mümkündür. İran da öz növbəsində İsrailə mümkün hücum mövzusunda ABŞ ilə sövdələşməyə çalışacaq, lakin bunun heç bir nəticəsi olmayacaq.

İran tərəfi seçkilər ərəfəsində verdiyi açıqlamalar və İsrailə zərbənin qaçılmazlığına dair bəyanatları ilə Trampın əlinə oynayıb. Trampın Yaxın Şərqdə İrana qarşı mübarizə təcrübəsi var. Birinci dövründə o, bəzi ərəb monarxiyalarının İsraillə normallaşmasını rəsmiləşdirdi, onları silahla təmin etdi və neftin qiyməti ilə bağlı məsələlərin həlli yollarını tapdı. Baydenin prezidentliyi dövründə Çin təşəbbüsü öz əlinə aldı, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyni İranla barışdıraraq Trampın nailiyyətlərini təkrarladı. Belə görünür ki, Tramp Körfəz monarxiyaları ilə İsraili Qəzzaya nəzarətə cəlb etməklə münasibətləri normallaşdırmağa davam edəcək.

Bununla yanaşı, Körfəz monarxiyaları Suriya, Livan, İraq və Yəməndə iranyönlü qüvvələrin hərbi infrastrukturunun dağıdılmasının əleyhinə deyillər. Onlar İranla qarşıdurmaya getməyəcəklər, lakin İranın bölgədə məhdudlaşdırılmasına qarşı çıxmayacaqlar. Odur ki, yaxın həftələrdə və aylarda Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar.

Bayden Administrasiyası İranla əlaqə kanallarını qoruyub saxlayır, İran - İsrail zərbələrini yumşaltmağa çalışırdı. Trampın dövründə isə vəziyyət dəyişəcək.

Cənubi Qafqaz regionunda ABŞ Ermənistanla hərbi əməkdaşlığı artırıb. Ermənistan Müdafiə Nazirliyində ABŞ-nin hərbi müşavirinin əyləşməsi İran üçün xoşagəlməz haldır. Lakin Tehran üçün bu faktın özü Bayden və Tramp dövründə iki fərqli məna daşıyır. Ermənistanın xarici siyasət prioritetlərini dəyişməsi Paşinyanın Rusiya ilə Qərb arasında qalmaqla ilk sınağına səbəb oldu. Etiraf edək ki, Paşinyan bu sınağa tab gətirdi. Tezliklə ABŞ ilə İran arasında növbəti gərginlik dövrü başlayacaq və Ermənistanın ABŞ ilə hərbi əlaqələrinin fəallaşması İranın reaksiyasına səbəb olacaq. Məhz bu zaman Paşinyan Vaşinqtonla Tehran arasında qalaraq ikinci analoji sınaqla üzləşəcək. İran artıq il yarımdır ki, Ermənistana hərbi saziş imzalamağı təklif edir. Layihə İrəvanın müraciəti əsasında İran silahlı qüvvələrinin Ermənistana yerləşdirilməsini nəzərdə tutur. Əgər əvvəllər Ermənistan nümayəndələri Rusiya sərhədçilərinin Ermənistan - İran sərhəddində olmasını bəhanə gətirərək belə bir sazişi imzalamaqdan imtina edirdilərsə, 2025-ci il yanvarın 1-dən Meğridəki sərhəd məntəqəsi Ermənistanın nəzarətinə keçdikdən sonra İran, şübhəsiz ki, öz təklifini yenidən gündəmə gətirəcək.

Beləliklə, Ermənistanın növbəti çağırışa necə reaksiya verəcəyini maraqla izləyəcəyik.

(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Noyabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri