Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Sarkis Xandanyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində qaçılmaz irəliləyişin olduğunu açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında danışıb.
“Bu gün Türkiyədə olarkən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyi ifadə etməyə bilmərəm”, - Xandanyan bildirib.
Onun sözlərinə görə, hazırda aparılan konstruktiv və fəal siyasi dialoq ümid verir ki, bu dialoq tezliklə əlaqələrimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcək”.
Xandanyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh artıq bərqərar olub.
Xatırladaq ki, bu yaxınlarda Türkiyə parlamentinin keçmiş üzvü Karo Palyan gələn il yanvar-fevral aylarında Ermənistan-Türkiyə sərhədinin açılacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















