Paşinyanın partiyasından Rusiyaya sərt TƏPKİ: “Bizə diktə edə bilməzlər”
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiyanın bizə Ermənistanı necə xilas etməyi göstərəcəyinə imkan verməyəcəyik, bizdə kifayət qədər xilaskar var, erməni xalqı Ermənistan xaricində xilaskarlara ehtiyac duymur.”
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat Sarkis Xandanyan 12-ci plenar sessiyada söyləyib.
Deputat əlavə edib ki, vəziyyət dəyişib və Ermənistanla Azərbaycan arasında çox həssas bir sülh təmin olunub. Xandanyan vurğulayıb ki, bu sülhü möhkəm etmək üçün əlimizdən gələni etməliyik.
Onun qənaətinə görə, kommunikasiya xətlərinin açılması və TRIPP layihəsinin həyata keçirilməsi yalnız Ermənistanı deyil, həm də Mərkəzi Asiyanı da AB-yə yaxınlaşdıracaq.
“Bu, regionda təhlükəsizliyin dəyərli zəmanətidir,” — deyə Xandanyan yekunlaşdırıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 28 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















