Icma.az
close
up
RU
Paşinyanın qayıdışla bağlı təklifinə REAKSİYA: Tarixi faktları inkar edir

Paşinyanın qayıdışla bağlı təklifinə REAKSİYA: Tarixi faktları inkar edir

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana paralel şəkildə Qarabağ ermənilərinin qayıdışı və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələlərini bağlamağı təklif edib. O, bu iki mövzunu paralel bağlamaq üçün birgə yol xəritəsi qəbul etməyə çağırıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi ki, Paşinyanın bu təklifi növbəti manipulyasiya cəhdidir və tarixi faktları inkar etmək üzərində qurulub:

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını, Qarabağ ermənilərinin qayıdışı ilə paralel şəkildə təqdim etmək çox təhrikedici və anlaşılmazdır. Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması, əslində, bir xalqın doğma yurduna geri dönməsi haqqıdır. O torpaqlara ki, həmin torpaqlar sovetlər dövründə Azərbaycandan qoparılaraq Ermənistan birləşdirilib. 1980-ci illərin sonunda və 1990-cı illərin əvvəlində Ermənistandan zorla qovulmuş azərbaycanlılar, beynəlxalq hüquq baxımından öz yurdlarına geri dönmə haqqına malikdirlər. Lakin Paşinyan, bu tarixi haqqı qəsdən inkar edir və onu Qarabağ ermənilərinin mövcud vəziyyəti ilə eyniləşdirir. Halbuki Qərbi Azərbaycandan zorla qovulmuş yüz minlərlə soyadışımızla, Qarabağa sonradan köçürülmüş və işğal dövründə də Suriya və Livandan gətirilərək həmin ərazilərə yerləşdirilmiş və 2023-cü ildə Qarabağı könüllü tərk etmiş 15-20 min erməninin vəziyyətini eyniləşdirmək qətiyyən mümkün deyil. Odur ki, Paşinyanın Qarabağ ermənilərinin qayıdışı ilə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını bir tutması, ikili bir yanaşmadır və bu, tarixi faktlara, beynəlxalq hüquqa və gerçəkliyin təhlilinə ziddir".

Müsahibimizin sözlərinə görə, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması, onların öz doğma yurdlarına dönməsi hüququdur, həm də bu hadisə bir çox beynəlxalq təşkilat və dövlətlər tərəfindən dəstəklənir:

"Paşinyanın hər iki "qayıdış" məsələsini bərabərləşdirməsi, regionda dayanıqlı sülh və etimad qurulmasına da əngəl yaradır. Digər bir tərəfdən ortaya bir sual da çıxır. Qarabağ ermənilərinin qayıdışının real olmadığını bildirən Paşinyan niyə bu mövqeni dekabrın 2-də Avropa İttifaqı ilə Ermənistan arasında “Strateji Gündəlik” adlı sənədin imzalanması zamanı ortaya qoymadı. Axı həmin sənəddə Qarabağ erməniləri “qaçqın və didərgin düşmüş” şəxslər olaraq göstərilir və onların qayıdışının vacibliyi qeyd olunur. Bu fakt özü də sübüt edir ki, Paşinyan Qarabağ ermənilərinin qayıdış məsələsinin bağlanmalı mövzu olması ilə bağlı dediklərində səmimi deyil. Odur ki, Paşinyanın bu məsələ ilə bağlı təkliflərinə ciddi yanaşmağa da ehtiyac yoxdur".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri