Icma.az
close
up
RU
Paşinyanın qələbəsində bizim də maraqlı olduğumuzu nəzərə alsaq, bu davranışa anlayışla yanaşmalıyıq

Paşinyanın qələbəsində bizim də maraqlı olduğumuzu nəzərə alsaq, bu davranışa anlayışla yanaşmalıyıq

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan son aylarda mövzuya dair çıxışlarında "Zəngəzur dəhlizi" ifadəsindən israrla yayınır və bunun əvəzinə "Tramp marşrutu" terminindən istifadə edir. Bu, təsadüfi dil seçimi deyil. Ermənistan daxilində siyasi mübarizə daha da kəskinləşib, parlament seçkiləri yaxınlaşır və Paşinyan üçün hər kəlmənin ağırlığı var.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, Zəngəzur dəhlizi ifadəsini dünyaya Azərbaycan Prezidenti qəbul etdirib. Lakin onun sözlərinə görə, heç bir rəsmi sənəddə "Zəngəzur dəhlizi" ifadəsi yoxdur.

"Ancaq dünya bu ifadəni Azərbaycanın göstərdiyi qətiyyət nəticəsində qəbul edib. Paşinyan “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdən həmişə çəkinib, çünki Ermənistanda buna çox ciddi qorxu ilə yanaşırlar və Ermənistanın ərazisindən keçəcək 43 kilometrlik yola “Zəngəzur dəhlizi” deyilməsini qətiyyən qəbul etmirlər. Bu təbiidir, qarşıdan parlament seçkiləri gəlir və Paşinyan indiki şəraitdə xüsusilə bunu nəzərə almalıdır. Ancaq eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan da bu yola həm "Zəngəzur dəhlizi", həm də "Tramp marşrutu" deyir və Vaşinqtonda imzalanmış sənəddə bu yolun, bu dəhlizin "Sülh və Əməkdaşlıq naminə Tramp marşrutu" adlandırılması öz əksini tapıb", - deyə müsahibimiz qeyd etdi.

Onun sözlərinə görə, dünyanın həmin yola "Zəngəzur dəhlizi" deməsi Azərbaycanın gücünün göstəricisidir:

"Baxmayaraq ki, heç bir rəsmi sənəddə - nə 10 noyabr bəyanatında, nə də digər sənədlərdə "Zəngəzur dəhlizi" ifadəsi yoxdur, ancaq dünya həmin yola uzun müddətdir "Zəngəzur dəhlizi" deyir. Rəsmi olaraq 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış memorandumda “Sülh və Əməkdaşlıq naminə Tramp marşrutu” ifadəsi yer alıb və Azərbaycan da 43 kilometrlik dəhlizi həm də "Tramp marşrutu" kimi adlandırır. Paşinyan kifayət qədər çətin vəziyyətdədir. Rusiyayönlü qüvvələr ona qarşı birləşiblər və nəyin bahasına olursa-olsun parlament seçkilərini udmağa çalışırlar. Bu səbəbdən o, işlətdiyi ifadələrə xüsusi diqqət göstərmək məcburiyyətindədir. Paşinyanın qələbəsində bizim də maraqlı olduğumuzu nəzərə alsaq, bu davranışa anlayışla yanaşmalıyıq. Paşinyanın "Zəngəzur dəhlizi" ifadəsini işlətməkdən çəkinməsi təbiidir və o, ən azı seçkilərə qədər əlindən gələni edəcək ki, bu ifadəni işlətməsin".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Dekabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri