Icma.az
close
up
RU
Paşinyanın Rusiyaya səfəri Ermənistan üçün dönüm nöqtəsi ola bilər Politoloq

Paşinyanın Rusiyaya səfəri Ermənistan üçün dönüm nöqtəsi ola bilər Politoloq

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın sabahkı Rusiya səfəri kritik bir dönəmdə baş tutur və bu səfərin arxasında çoxqatlı siyasi gündəm dayanır. Ermənistanın son aylarda Qərbə meyilli siyasət yürütməsi, xüsusilə ABŞ və Fransa ilə hərbi və siyasi yaxınlaşmaları, Moskvanın narazılığına səbəb olub. Rusiya bu səfəri Ermənistanın “yolunu azmaması” üçün təzyiq mexanizmi kimi də dəyərləndirə bilər. Paşinyan artıq bir neçə dəfə Rusiyanın regional təsirini balanslaşdırmaq istədiyini göstərib, lakin bu balansın qorunması çox incə xətt üzərində gedir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Nikol Paşinyanın Rusiyaya gözlənilən sabahkı səfərindən danışarkən bildirdi.

"Səfər zamanı Rusiya ehtimal ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi İttifaqına sadiq qalmağa məcbur etməyə çalışacaq. Kremlin məqsədi Paşinyanı Qərb orbitindən çəkib yenidən öz orbitinə qaytarmaqdır. Bunun üçün Rusiya iqtisadi güzəştlər, enerji təminatı və təhlükəsizlik zəmanətləri təklif edə bilər. Lakin Paşinyan bu səfərdə çox ehtiyatlı davranmalıdır, çünki o, daxili ictimai rəydə “Kremlə boyun əyən lider” kimi görünmək istəmir. Moskva isə Ermənistanın Zəngəzur dəhlizi və sərhəd məsələlərində öz maraqlarına uyğun hərəkət etməsini tələb edə bilər", - deyə o, qeyd etdi.

Politoloqun sözlərinə görə, Rusiya bu səfəri Ermənistanın “son xəbərdarlıq nöqtəsi” kimi də istifadə edə bilər ki, ya bizimlə qal, ya da nəticələrinə qatlaş.

"Paşinyanın bu təzyiqlərə necə cavab verəcəyi həm daxili siyasətini, həm də regiondakı balansları müəyyənləşdirəcək. Rusiya Paşinyanı dəyişmək yerinə onu yönləndirmək, "rahat manevr edən" bir fiqura çevirmək istəyir. Əgər Paşinyan səfərdən sonra daha neytral və Rusiya ilə uzlaşmaya açıq ritorika sərgiləyərsə, bu, Kreml təzyiqlərinin işə yaradığı anlamına gələr. Əks halda, münasibətlər daha da soyuyacaq. Bu səfər Ermənistanın xarici siyasət prioritetlərinin gələcəyini müəyyən edə biləcək bir dönüm nöqtəsi ola bilər. Tərəflər açıq təhdidlərdən çox, diplomatik dillə mesajlar verəcək, amma alt məna sərt olacaq. Rusiya Ermənistanı uduzmaq istəmir, çünki bu, Cənubi Qafqazda nüfuz itkisi deməkdir. Nəticə etibarilə, Paşinyanın bu səfərdən “daha az Qərbli, daha çox neytral” çıxması mümkündür – əks halda qarşısını Moskva deyil, iç siyasi xaos kəsə bilər", - deyə Tural İsmayılov vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri