Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Paşinyanın son seçimi “ya sülh, ya müharibə”dir MÜSAHİBƏ

Paşinyanın son seçimi “ya sülh, ya müharibə”dir MÜSAHİBƏ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Natiq bəy, Ermənistanda gələn ilin yayında keçiriləcək parlament seçkiləri öncəsi daxili gərginlik bir qədər artıb. Revanşist kəsim sülhdən imtina, yenidən müharibə və Qarabağın geri qaytarılması kimi absurd iddialarla çıxış edir. Erməni cəmiyyətinin buna münasibəti necə olacaq?

- Əslində bu gün Ermənistanda nə baş verirsə, bunu gələn il keçiriləcək parlament seçkiləri kontekstində dəyərləndirmək lazımdır. Seçkiyə 7-8 ay vaxt qalıb. Ona görə də Ermənistanın daxili və xarici siyasətində nə baş verirsə, bu seçkiyə hesablanıb. Nə qədər qəribə səslənsə də, Ermənistanda revanşistlərin istənilən açıqlaması əslində Baş nazir Nikol Paşinyanın əlini gücləndirir. Çünki erməni cəmiyyətində də müharibəyə isti baxanların nisbəti 15-20 faizi keçmir. Bir müddət öncə Eçmiədzində erməni kilsəsinin daha güclü olduğu bir ərazidə baş tutan bələdiyyə seçkilərində də bu özünü göstərdi. Bu Paşinyan üçün də yaxşı bir nəbz yoxlaması idi. Bu, o deməkdir ki, erməni cəmiyyətinin əksər hissəsi reallıqlardan dərs çıxarmağa çalışır. Ona görə də Ermənistanda müharibə tərəfdarlarının “bəyanatları” nə qədər gur səslənsə də, hətta Paşinyandan narazı olanlar, bəyənməyənlər belə alternativin müharibə olması ehtimalını nəzərə alaraq ona səs verməyə üstünlük verirlər. Bu mənada gələn ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində “ya müharibə, ya da sülh şüarı” ilə gedəcək Paşinyan üstünlük qazanacaq.

- Erməni kilsəsinin proseslərə təsir imkanları nədən ibarətdir?

- Hazırda Paşinyan və onun komandası artıq erməni cəmiyyətinin böyük bir hissəsini inandıra bilib ki, Qriqoryan kilsəsi XX əsrin əvvəllərindən bəri Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə edilən bir qurumdur. Artıq erməni cəmiyyətində kilsə faktiki olaraq, iki yerə bölünüb və yeni formalaşmış din xadimləri Paşinyanı dəstəkləməyə hazırdırlar. Hətta bir neçə gün öncə yeni din xadimlərinin baş nazirlə görüşü də baş tutdu. Onlar erməni kilsəsini köhnə sterotiplərdən təmizləməyi üzərilərinə öhdəlik kimi götürüblər. İndi bir çoxları bunu Paşinyanın kilsə daxilində təmizləmə əməliyyatı kimi dəyərləndirir.

- Bir çox ekspertlər Rusiyanın bölgəyə mümkün təsirlərinin artacağını, Ukrayna müharibəsindən sonra Kremlin regiona daha açıq şəkildə müdaxilə edəcəyi ilə bağlı iddialar səsləndirir. Bu nə dərəcədə məntiqlidir?

- Rusiya-Ukrayna müharibəsinin artıq 4 ildir davam etməsi Kremlin mövqelərinin ciddi şəkildə zəifləməsinə səbəb olub. Bunun da təsirləri var. Rusiya-Ukrayna müharibəsi fonunda Orta Asiya və Cənubi Qafqaz ölkələri artıq yeni təhlükəsizlik formatları və çətirləri axtarmağa başladılar. Bunun ən uğurlu nümunəsini də məhz Azərbaycan yaratdı. Çünki Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etməklə yanaşı, təhlükəsizlik çətiri yaradan və onu işlək səviyyəyə gətirə bilən ölkəyə çevirildi. Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi, Pakistan, İsrail və Böyük Britaniya ilə hərbi əməkdaşlıq sahəsində əldə edilən nəticələr bunun bariz nümunəsidir. Həmçinin son zamanlarda ABŞ ilə bu istiqamətdə əldə edilən uğurlar var.

- Kremlin Ermənistandakı daxili proseslərə təsir imkanlarını necə dəyərləndirirsiniz?

- Əslində keçmiş Qarabağ münaqişəsinin həlli Ermənistanın da müstəqil siyasət yürütməsinə imkanlar açır. Bu xüsusda Zəngəzur dəhlizi (Tramp marşrutu) Ermənistan üçün təhlükəsizlik çətiri rolunu oynayır. Bütün bunlar Rusiyanın Ukrayna müharibəsindən sonra bölgəyə mümkün müdaxilə cəhdlərini də azaldır. Çünki bu gün Rusiyanın bölgədə maraqları çox zəifləyib. Cənubi Qafqazda, Orta Asiyada o cümlədən Ermənistanda cəmiyyət Rusiyanı qəbul etmir. Ona görə də kənardan gətirib kimisə rəhbər elan etmək indiki şəraitdə elə də asan deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri