Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Paşinyanın təbriki: Səmimi jest, yoxsa siyasi riyakarlıq? ŞƏRH

Paşinyanın təbriki: Səmimi jest, yoxsa siyasi riyakarlıq? ŞƏRH

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. İlk baxışdan bu addım regionda sülhə və qarşılıqlı hörmətə doğru atılmış müsbət bir jest kimi görünə bilər. Lakin təbrikin fonuna və Paşinyanın ötən dövrlərdəki siyasətinə nəzər saldıqda, bu jestin səmimiyyətindən çox, siyasi riyakarlıq əlamətləri daşıdığı açıq şəkildə ortaya çıxır.

Paşinyan bir tərəfdən Azərbaycanın suverenliyini tanıdığını və sülhə hazır olduğunu bəyan edir, digər tərəfdən isə Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyəni qızışdırmaqda davam edir. O, beynəlxalq tribunalarda sülh mesajları verir, lakin ölkə daxilində bunun ziddi yaşanır. Qurban bayramı təbriki də məhz bu ikili siyasətin bir parçası kimi görünür.

Səmimi bir sülh niyyəti konkret və ardıcıl addımlarla müşayiət olunmalıdır. Paşinyan isə Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini bəyan etməsinə baxmayaraq, hələ də ölkəsində anti-Azərbaycan ritorikasını tamamilə aradan qaldırmayıb. Ermənistanın bəzi rəsmi qurumları və ictimai xadimləri Azərbaycan əleyhinə təbliğatı davam etdirir, bu da baş nazirin verdiyi təbrikin yalnız kağız üzərində qaldığını göstərir.

Paşinyanın Qurban bayramı təbriki həm də beynəlxalq ictimaiyyətə və xüsusilə də İslam dünyasına yönəlmiş görüntü yaratmaq cəhdidir. Belə jestlər vasitəsilə Ermənistan rəhbərliyi özünü tolerant və sülhsevər dövlət kimi təqdim etməyə çalışır. Halbuki, bu cür mesajlar gerçək niyyətlərlə üst-üstə düşmədikdə, sadəcə riyakar siyasi gediş kimi qəbul olunur.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qurban bayramı münasibətilə sosial şəbəkə hesabında Azərbaycan dövlətini və xalqını təbrik etməsi riyakarlıq nümunəsidir.

"Çünki özünü sülh göyərçini kimi təqdim etməyə çalışan Ermənistanın baş naziri, yaxşı olardı ki, konkret faktiki addımlarla, əməlləri ilə sülhə sadiq olduğunu nümayiş etdirərdi. Bu xüsusda Ermənistanın Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa, ədalətə söykənən tələbləri mövcuddur. Bu tələbləri yerinə yetirmək əvəzinə riyakarlıq etmək heç də təhlükəsizliyə və sülhə xidmət etmir. Biz tarixən də bilirik ki, dara və çətinə düşəndə erməni siyasətçilər bu cür quyruq bulayırlar, bu cür "sülhpərvər" olduqlarını dilə gətirir, açıq bəyanatlar səsləndirirlər".

Politoloq qeyd edib ki, bu, həmin Nikol Paşinyandır ki, sərxoş halda Cıdır düzündə yallı gedərək Azərbaycana meydan oxuyurdu.

"“Qarabağ Ermənistandır, nöqtə” ifadəsinin müəllifi də Paşinyandır. "Yeni ərazilər üçün yeni müharibələr" hərbi-siyasi doktrinasının da altında Paşinyanın imzası var. Müharibə dövründə dinc insanlara qarşı hərbi güc tətbiq edən və Gəncə, Bərdə, Tərtər və digər ərazilərimizin raket atəşinə tutulmasının da səbəbkarı Paşinyandır. Çox tez sima dəyişən, cild dəyişən Paşinyanın bu cür sülhə vurğunluğunu və sülhpərvər olduğunu düşünmək, anlamaq və qəbul etmək hələ çox tezdir. Yaxşı olardı ki, Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi onu daha çox sülhdə maraqlı olduğunu nümayiş etdirərdi. Bu cür siyasi gedişlər edərək Azərbaycan ictimaiyyətini aldatmaq, manipulyasiya etmək tamamilə yolverilməzdir, çünki Azərbaycan xalqı hər şeyi çox gözəl bilir və nəticə çıxardır", - deyə İ.Hüseynov deyib.

Əgər Paşinyan doğrudan da regionda sabitlik və əməkdaşlıq istəyirsə, bu yalnız təbrik mesajları ilə yox, konkret, ardıcıl və etibarlı addımlarla mümkün ola bilər. Azərbaycan xalqı riyakarlığı deyil, dürüst və səmimi münasibəti qiymətləndirir. Sülh təkcə sözlə yox, əməl və əməllə qurulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 10 İyun 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri