Icma.az
close
up
RU
Paşinyanın “xalqla təmas” siyasəti: sadəlik, yoxsa fəndgirlik?

Paşinyanın “xalqla təmas” siyasəti: sadəlik, yoxsa fəndgirlik?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Radikal revanşistlər bu davranışları seçkiqabağı kampaniyanın tərkib hissəsi sayır

Ermənistanın Baş naziri Nikol Paşinyan son aylarda ictimai fəallığını nəzərəçarpacaq dərəcədə artırıb. Onun əvvəlki illərdə də cəmiyyətlə açıq təmasda olması yaxşı məlumdur. Lakin indi bu təmaslar daha planlı, sistemli və intensiv xarakter alıb. Baş nazirin velosipedlə hərəkət etməsi, ictimai nəqliyyatdan yararlanması, bazarlarda və səyyar ticarət məntəqələrində vətəndaşlarla söhbətə qoşulması artıq siyasi jest yox, idarəetmə tərzinin bir parçasına çevrilib.

Bu davranış Ermənistan cəmiyyətində ümumilikdə, müsbət qarşılanır. İnsanlar baş nazirin onlara yaxınlaşmasını, gündəlik qayğılarla maraqlanmasını səmimi addım kimi dəyərləndirirlər. Hər dəfə bu cür səhnələr sosial şəbəkələrdə geniş paylaşılır, hökumət tərəfdarları tərəfindən “xalqla bir yerdə olan lider” obrazı kimi təqdim olunur.

Əvvəlki korrupsioner-oliqarxik hakimiyyətin tör-töküntüləri, indi özünü cəmiyyətə “qalib prezidentlər” kimi sırımağa çalışan Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan, bütövlükdə, radikal revanşist düşərgə isə bu davranışa fərqli prizmadan baxır. Onlar Paşinyanın aktivliyini 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqələndirir, bunun “gizli kampaniya” xarakteri daşıdığını iddia edirlər. Həmin çevrələrə görə, baş nazirin rayonlara səfərləri, küçə gəzintiləri, vətəndaşlarla şəkil çəkdirməsi və ya bazar günü kafedə oturub kofe içməsi, sadəcə, siyasi texnologiyadır. Ancaq obyektiv baxış göstərir ki, bu addımlar təkcə seçki ilə bağlı deyil. Son bir ildə Ermənistan cəmiyyətində sosial gərginliyin artması, iqtisadi problemlərin dərinləşməsi və Qarabağ hadisələrindən sonra yaranmış psixoloji gərginlik hökuməti ictimai münasibətləri yumşaltmaq zərurəti qarşısında qoyub. Paşinyanın son dönəmdəki davranışları da məhz bu psixoloji fonu idarə etməyə yönəlmiş kimi görünür.

Revanşist düşərgənin etirazları, əslində, daha dərin səbəblərlə bağlıdır. Onlar Paşinyanın xalqla birbaşa ünsiyyətinin artmasını öz siyasi təsir imkanlarının azalması kimi qəbul edirlər. Çünki Paşinyan küçələrdə, bazarlarda, avtobus dayanacaqlarında sadə insanlarla təmasda olduqca, cəmiyyətin diqqət mərkəzindəki əsas fiqura çevrilir. Bu mənzərə revanşistlər üçün xoş deyil. Onlar ictimai dəstəyin yenidən baş nazirin ətrafında formalaşmasından ehtiyat edirlər. Ona görə də sosial şəbəkələrdə və bəzi media platformalarında bu səfərləri “şou” kimi təqdim etməyə çalışırlar. Halbuki, erməni ictimai rəyi artıq bu tip arqumentlərə əvvəlki kimi həssas yanaşmır.

Qeyd etmək lazımdır ki, Ermənistanda hakimiyyətin ictimai dəstəyə ehtiyacı heç vaxt bu qədər aydın görünməmişdi. Paşinyan 2018-ci ilin mayında Qarabağ klanını siyasi səhnədən süpürüb ataraq, onları tarixin zibilliyinə göndərərək, başqa sözlə, xalqın etimadı yolu ilə hakimiyyətə gəlmişdi. Lakin sonrakı illərdə baş verən hadisələr – İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı, bu səbəbdən baş verən daxili siyasi gərginlik, iqtisadi durğunluq onun reytinqini müəyyən qədər azaldıb. İndi baş nazirin məqsədi həmin etimadı qismən bərpa etmək, ən azı, sosial narazılığın qarşısını almaqdır. Xalqla birbaşa təmas isə bu baxımdan mühüm vasitədir. Çünki Ermənistan kimi kiçik və emosional cəmiyyətdə liderin şəxsi davranışı, jestləri, insanlara yaxın görünməsi çox vaxt siyasi qərarların effektindən daha güclü təsir bağışlayır. Paşinyanın son aylarda nümayiş etdirdiyi bu davranış tərzi həm də simvolik siyasətin elementlərini daşıyır. Yəni burada məqsəd sadəcə fiziki təmas deyil, psixoloji inandırıcılıqdır. Sadə geyimdə küçəyə çıxan, velosiped sürən və ya avtobusda vətəndaşla söhbət edən baş nazir “bizim kimi” imicini formalaşdırmaqla dövlət-vətəndaş münasibətlərinə yeni ton gətirməyə çalışır. Belə yanaşma əvvəlki rejimlər dövründə Ermənistanda ya praktiki olaraq müşahidə olunmur, ya da nadir hallarda müşahidə olunurdu. Çünki hər üç keçmiş prezident çox zaman xalqla müəyyən məsafədə dayanmağa üstünlük verirdilər. Paşinyan isə əksinə, bu məsafəni qısaltmaqla özünü fərqli təqdim edir.

Maraqlıdır ki, Ermənistan cəmiyyətində də bu prosesə münasibət birmənalı deyil. Bəzi dairələr bunu populizm kimi qəbul etsələr də, əhalinin böyük hissəsi üçün bu, real siyasi təmas formasıdır. Məhz bu səbəbdən Paşinyanın sosial mediada yayımlanan video və fotoları minlərlə baxış toplayır, vətəndaşlar onun “adi insan” davranışını bəyənirlər. Hətta 2019-cu ildə Paşinyan bütün dünya üzrə “Facebook” sosial şəbəkəsindən ən çox istifadə edən liderlərin ilk onluğunda qərarlaşmışdı. Müharibədən sonra Paşinyanın sosial şəbəkədəki aktivliyi xeyli azalmışdı. İndi isə o yenidən sosial şəbəkələrdə, necə deyərlər, sürət toplayır. Bununla belə, qarşıdakı dövrdə bu tendensiyanın davamlı olub-olmayacağı çox şeyi müəyyən edəcək. Əgər Paşinyan bu təmasları sosial dialoqa, ictimai müzakirəyə çevirə bilsə, bu, onun üçün real siyasi dividendlər gətirə bilər. Əks halda, bu davranış sadəcə vizual jest olaraq yadda qalacaq...

Onu da qeyd edək ki, Ermənistan baş nazirinin Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra Parisə köçən məşhur rusiyalı rok ifaçısı Zemfiranın mahnısını dinləyərkən kədərlənməsi sosial şəbəkələrdə böyük rezonans doğurub. Bu epizod bir çoxları tərəfindən sadəcə emosional an kimi dəyərləndirilsə də, əslində, siyasi kontekstdə də diqqətçəkicidir. Çünki Paşinyanın ictimai obrazında rasional siyasətçi ilə duyğusal insanın sərhədləri bəzən bir-birinə qarışır. Zemfiranın mahnısının seçilməsi də təsadüfi görünmür. Rok musiqi adətən azadlıq, fərdiyyət və daxili təlatümlərin ifadəsidir. Paşinyanın bu melodiyaya köklənməsi, müharibə sonrası travmatik cəmiyyətin hisslərini paylaşmaq cəhdi kimi də oxunur. Bəzi müşahidəçilər bunu “siyasi səmimiyyətin jesti” adlandırır, digərləri isə “emosional teatr” kimi görür. Sosial şəbəkələrdə hadisənin memə çevrilməsi isə müasir siyasətin ironik tərəfidir. Cəmiyyət artıq liderlərə həm siyasi, həm də insani prizmadan baxır. Paşinyanın bu duyğusal epizodu bir tərəfdən onun insani simasını önə çıxarır, digər tərəfdən isə emosiyaların siyasi alətə çevrilə biləcəyini göstərir.

Bütövlükdə, Ermənistanın siyasi gündəmi bu gün iki fərqli yanaşmanın toqquşduğu məkandır. Bir tərəfdə xalqla təmasdan enerji alan Paşinyan, digər tərəfdə isə keçmişin revanşını arzulayan köhnə siyasi çevrələr dayanır. Reallıq isə göstərir ki, Ermənistan cəmiyyəti artıq keçmiş ritorikalardan çox, gündəlik həyatla bağlı konkret mesajlara üstünlük verir. Paşinyan da məhz bu sosial sifarişi oxumağa çalışır. Bu proses eyni zamanda ölkədə siyasi mədəniyyətin tədricən dəyişdiyini nümayiş etdirir. Rəhbər şəxslə vətəndaş arasında birbaşa ünsiyyətin formalaşması dövlətin sosial məsuliyyətini artırır. Bu, həm də hakimiyyətin cəmiyyət qarşısında hesabatlı olmasının yeni mərhələsidir. Əgər bu model sabit şəkildə davam edərsə, Ermənistan siyasətində populizmdən çox, dialoqa əsaslanan yeni ünsiyyət forması meydana gələ bilər.

Politoloq İlyas Hüseynov bildirdi ki, N.Paşinyanın son aylar cəmiyyətlə təmaslarını artırması sırf seçkiqabağı strategiya kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu, həm də siyasi kommunikasiya modelinin dəyişməsi deməkdir: “Ermənistan cəmiyyətində baş verən psixoloji və sosial gərginlik fonunda rəhbər şəxsin sadə davranışı vətəndaşlarda emosional rahatlıq yaradır. Radikal revanşistlərin bu tendensiyadan narazılığı, əslində, onların siyasi təcrid vəziyyətinin göstəricisidir. Çünki bu qrupun təklif edə biləcəyi alternativ ictimai model yoxdur. Paşinyanın hazırkı yanaşması isə, heç olmasa, dialoq görüntüsü yaradır və bu, hazırkı mərhələdə onun üçün ciddi üstünlükdür”.

Ekspert qeyd etdi ki, bu davranış tərzi uzunmüddətli strategiyaya çevrilərsə, Ermənistan siyasətində yeni ünsiyyət standartı formalaşa bilər. Əks halda, bu mərhələ sadəcə qısamüddətli populist jest kimi tarixə düşəcək: “Paşinyan üçün əsas məsələ bu təmasları formal jestlərdən çıxarıb real sosial dialoqa çevirməkdir. Əgər bu baş verərsə, hökumət və cəmiyyət arasında illərlə mövcud olmuş psixoloji məsafə azala bilər. Eyni zamanda, bu model digər postsovet ölkələrinə də nümunə ola bilər. Lakin bütün bunlar ardıcıl addımlardan, konkret sosial proqramların reallaşmasından və kommunikasiya mədəniyyətinin institusionallaşmasından asılıdır. Hazırda Ermənistan cəmiyyətinin əsas gözləntisi sözlə əməl arasında uyğunluqdur. Paşinyan bu etimadı qoruyub saxlaya bilsə, onun şərti olaraq “xalqla təmas” modeli adlandıra biləcəyimiz davranışları ölkənin siyasi mədəniyyətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndiriləcək”.

S.HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see208

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see208

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see188

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see181

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see172

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see152

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see149

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see140

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see138

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see138

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see136

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see128

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see124

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see122

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri