Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir?

Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” informasiya agentliyində “Ermənistanla Azərbaycan arasında əlaqə kanalları haqqında” başlıqlı məqalə dərc etdirib.

Nikol Paşinyan yazır ki, regional kommunikasiyalar Azərbaycanın ən çox istifadə etdiyi və ya daha da dərinləşdirdiyi problemdir:

“Ermənistanla Azərbaycan arasında rabitə kanallarının bağlı olduğu məlum faktı əsas gətirərək Azərbaycan Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini iddia edir. Əvvəla, qeyd etmək lazımdır ki, Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağı öhdəsinə götürüb.

Bu gün Azərbaycanda heç bir nəqliyyat və iqtisadi kommunikasiya nə Ermənistana, nə də Ermənistandan keçən nə bir yola, nə bir dəmir yoluna, nə bir boru xəttinə, nə bir elektrik xəttinə, nə də bir kabelə açıq deyil. 

Ermənistanın bütün yolları Azərbaycana açıqdır. Hələ 2022-ci ildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd keçidinin açılması ilə bağlı qərar layihəsi təqdim etmişdi ki, bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistana daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək. 

Bu qərarlar yalnız Azərbaycanın mövqeyinə və imtinasına görə qəbul edilməyib və Ermənistan Respublikası hökuməti tərəfindən bir-iki həftə ərzində qəbul edilə bilər. Təbii ki, Naxçıvana daxil olmaq üçün heç bir infrastruktur yoxdur və onu qurmaq lazımdır. Lakin bunu da kifayət qədər tez etmək olar”.

Baş nazirin məqaləsinin bu hissəsi nəqliyyat-kommunikasiya əlaqələrinin indiyə qədər blokadada qalmasına görə məsuliyyəti Azərbaycanın üzərinə atmaqdan başqa məna daşımır.

İlk növbədə, regional kommunikasiyaların açılması üçün Ermənistanın öhdəliyi var. Azərbaycan, Ermənistan və Rusiya arsında 2020-ci il noyabrım 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd edilən bu öhdəliyi Nikol Paşinyan özü imzalayıb. Həmin razılaşma Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan vasitəsilə nəqliyyat vasitələrinin, vətəndaşların və yüklərin təhlükəsiz hərəkətini nəzərdə tutur. 

Nəqliyyat-kommunikasiya vasitələrinin təhlükəsizliyi isə Rusiya Federal Təhlükəsilik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməlidir. 

10 noyabr Bəyanatı müvəqqəti deyil, müddətsiz sənəd olduğundan Ermənistan bu öhdəlikdən imtina edə bilməz və 9-cu bəndin tələbinə əməl etməlidir. 

4 il 5 aydır Ermənistanın Zəngəzur dəhlizinin açılmasından yayınmasının başlıca səbəblərindən biri Paşinyan hakimiyyətinin nəqliyyat-kommunikasiya əlaqələrinin təhlükəsiliyinin Rusiya tərəfindən təmin olunmasınaqarşı çıxması olub. Yəni bu, Ermənistanın Azərbaycanla deyil, Rusiya ilə münasibətlərindəki problemdən qaynaqlanır.

İkincisi, nəqliyyat yollarını və kommunikasiya xətlərini sıradan çıxaran tərəf Ermənistandır. Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərini işğal edən Ermənistan 30 ildən artıq davam edən blokada şəraitində qalmağı sülhdən və əlaqələrin bərpasından üstün tutub. 

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan əlaqələrin bərpasında maraqlı görünmür və bu məsələdə daha çox manipulyasiya edir. Halbuki, 44 günlük müharibədən dərhal sonra Azərbaycan Ermənistana “3+3” platformasına qoşulmağı təklif edib. 

Üç Cənubi Qafqaz dövlətinin Rusiya, Türkiyə və İranla birgə regional əməkdaşlığı Ermənistanın Azərbaycan üzərindən dünyaya çıxışını nəzərdə tutur. Lakin Ermənistan rəsmiləri bir neçə dəfə “3+3” platforması çərçivəsində iclaslara qatılsa da, real təklifləri maraq göstərməyib daha çox “Sülh kəsişməsi” layihəsindən danışıblar. Bu isə nəqliyyat-tranzit əlaqələrinin blokdan açılmasını əngəlləyib. 

Eyni zamanda, Azərbaycan Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin Azərbaycan ərazisindən keçməklə Rusiyaya, Mərkəzi Asiya və digər ölkələrə çıxışını təmin etməyə hazır olduğunu bildirib. Hətta bu məqsədlə Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inşası ilə bağlı fəaliyyətini genişləndirib.

110,4 km-lik Horadiz-Ağbənd dəmir yolunun inşasının bu il başa çatacağı gözlənilir. Ermənistan isə Sovet dövründə mövcud olmuş, əslində Azərbaycanın dövlət mülkiyyətində olan Mehri-Arazdəyən dəmir yolu xəttini tamamilə dağıdıb. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət işçi qrupun iclasında 2022-ci ilin iyun ayında dəmir yolunun bərpasına dair razılaşma əldə olunsa da, indiyə qədər rəsmi İrəvan bunun icrasından yayınır. 

Halbuki, həmin vaxt Ermənistan tərəfi razılaşmaya əməl etməyə başlasa, artıq 43 kilometrlik dəmir yolu xəttinin yenidən qurulması yekunlaşmışdı. Prosesin yenidən start götürməsi isə xeyli vaxt itkisi deməkdir. 

Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpasında digər vacib məqam sülh müqaviləsi ilə bağlıdır. Yəni tərəflər arsında sülh və qarşılıqlı etimad olmadan nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası barədə danışmaq çətindir. Azərbaycanın 4 anklav kəndi hələ də Ermənistanın işağlı altındadır. 

Münaqişədən öncə mövcud olmuş Bakı-İcevan dəmir yolu xəttinin keçdiyi Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri Ermənistan tərfindən işğal edilib. 

Sülhün imzalanması isə Ermənistanın həmin yaşayış məntəqələsini geri qaytarması, Azərbaycana və Türkiyəyə ərazi iddialarını Konstitusiyadan və digər qanunvericilik aktlarından çıxartdıqdan sonra mümkündür. 

Rəsmi Bakı hazırda Azərbaycandan-Azərbaycana yəni, Naxçıvan MR-a və əks istiqamətdə əlaqələrin bərpasına üstünlük verir.

Paşinyan yazır ki, hazırda fiziki infrastrukturun hazırlığı baxımından, məsələn, yük maşınları Kornidzor (Gorunzor) keçid məntəqəsi vasitəsilə Laçın-Kornidzor hissəsi ilə Ermənistan Respublikasının ərazisinə daxil olaraq, Ermənistan-Türkiyə sərhədinə qədər yollarla hərəkət edərək Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər:

“Eyni şeyi əksinə də etmək olar. Bu cür tranzit yüklərin daşınması üçün lazım olan fiziki infrastruktur artıq mövcuddur. Azərbaycan və Türkiyədən maraq olarsa, bu qərarı qəbul etməyə hazırıq”. 

Göründüyü kimi, Nikol Paşinyan bu ideyanı ortaya atmaqla iki məqsədə nail olmaq istəyir. Birincisi, Zəngəzur dəhlizi məsələsini arxa plana keçirmək, ikincisi Azərbaycanı prosesə cəlb etməklə Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq. 

Bu planı həyata keçirmək üçün Ermənistanın baş naziri hiyləgər gediş edərək avtomobil yolunun açılmasının vacibliyini önə çəkir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Ermənistan Paşinyan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri