Icma.az
close
up
RU
Paşinyanın “B” planı...

Paşinyanın “B” planı...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Debat çağırışı”nın arxasında nə dayanır?

2025-ci ilin astanasında Cənubi Qafqaz üçün ən mühüm perspektiv sülhdür. Bayden administrasiyasının kölgəsinə sığınıb, Fransanın destruktiv oyunlarına alət olaraq bu günə qədər sülhdən yayınan Ermənistan artıq dalana dirənib - yeni dövrdə İrəvanın manipulyasiya imkanları demək olar ki, yoxdur. Məhz bu səbəbdəndir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “məsuliyyətin bölüşdürülməsi” üçün hətta özünün əsas rəqiblərini, revanşist komandanın üzvlərini “debata” çağırır.

Paşinyandan rəqiblərinə “çağırış”...

Belə ki, Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə canlı debatlar formatında dediklərini əsaslandırmağa hazır olduğunu bildirib. “Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə “Dağlıq Qarabağ” üzrə danışıqlar prosesi ilə bağlı mənim yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm. Məncə, onların da gizlənməməsi düzgün olardı. Mənim yazdıqlarımı mübahisələndirən prezidentlərin reaksiyasını gözləyirəm”, - Paşinyan yazıb.

Xatırladaq ki, Paşinyan sosial şəbəkə hesabında 1994-cü ildə imzalanan atəşkəsdən sonra bütün danışıqların keçmiş “Dağlıq Qarabağ”ın Azərbaycanın nəzarətinə qaytarılması istiqamətində getdiyini bildirmişdi. O vurğulamışdı ki, Ermənistan əvvəlcədən Qarabağı nə “müstəqil dövlət” kimi tanımayıb, nə də öz daxilində ona hansısa bir perspektiv formalaşdırmayıb.

Eks prezidentlər Paşinyana “yox” dedi...

İndiki halda vəziyyət demək olar ki, aydındır - aylardır davam edən siyasi oyunlar bitmək üzrədir. “5 aprel” kimi “sığınacaq durumu” yaradan “müttəfiqliklər” daşa dəyir. Ukryna müharibəsi isə başa çatmaq üzrədir. Beləliklə, bölgədə yeni siyasi situasiya formalaşır. Artıq Ermənistanın siyasi hakimiyyətinin sülhlə bağlı şərtləri qəbul etməmək “lüksü” yoxdur. Paşinyan isə özünün siyasi gələcəyini sığortalamaq fikrindədir. Bunun üçün ən “rahat yol” Qarabağın işğalında birbaşa iştirak edən şəxsləri - Ermənistanın keçmiş rəhbərlərini “prosesə qarışdırmaq”, “siyasi indulgensiya” əldə etmək üçün məsuliyyətin hədəfini özündən yayındırmaqdır. Təbii ki, Azərbaycana qarşı hərbi cinayətlər törədən Köçəryan-Sarkisyan cütlüyü belə bir debatdan “çəkinir” - onlar dərk edirlər ki, Paşinyan seçicilərin etimadını qazanmaq üçün keçmiş prezidentlərin bütün “gizli kartlarını”, cinayətlərini və Qarabağın işğalı ilə əlaqəli şəkildə formalaşdırdıqları korrupsiya bataqlığını (xaricdən gələn milyonlarla ianələr məhz Qarabağla əlaqələndirilərək mənimsənilib) ifşa edəcək. Boğulmamaq üçün “saman çöpü”ndən yapışmağa belə hazır olan Paşinyan üçün bu, problem deyil. Bu baxımdan da, keçmiş dövlət başçıları gözlənildiyi kimi debatdan boyun qaçırıblar. Belə ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan Nikol Paşinyanın debatda iştirak etmək çağırışına cavab verib. “Köçəryan uzun müddətdir ki, baş nazirin qocalıq qeydlərini oxumur. Müzakirə üçün mübahisəli mövzu olmalıdır. Artsax və Ermənistanın suveren ərazilərinin təhvil verilməsinin indiki baş nazirin şəxsi “xidməti” olması isə danılmaz tarixi faktdır və bütün ağıl sahibləri üçün aydındır” - ofis rəhbəri iddia edib.

O deyib ki, 2018-2024-cü illərdə Ermənistanda bütün hakimiyyət bir nəfərə məxsus idi və bütün hadisələrə görə bu şəxs tam məsuliyyət daşıyır: “Bu adam indiki baş nazirdir. Heç kim “TikTok”da komik personajlarla ciddi mövzuları müzakirə etməyəcək. Mən isə minlərlə polis və mühafizəçinin arxasında gizlənən eyham barədə susacağam. Bunu söyləməyin ən yaxşı yolu bunkerlərin möhkəm divarlarıdır”.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi də Paşinyanın debat çağırışına cavab verib. “Aşkar şeylər haqqında mübahisə etmək mənasızdır. Xüsusən ona görə ki, hakimiyyətin ələ keçirilməsinə qədər hər şey təfərrüatlı şəkildə ortadadır. Üstəlik, Ermənistan lideri danışıqlar prosesinin baş tutmaması üçün hər şeyi etdi. Əgər o, həqiqətən də debat keçirmək istəyirsə, onda biz bunu Rusiya, ABŞ və Fransa prezidentləri ilə həyata keçirməyi tövsiyə edirik”.

Paşinyanın özünüxilas planı...

Bir sıra erməni siyasətçiləri isə Köçəryan-Sarkisyan tandeminin məqsədli şəkildə Paşinyana kömək etdiyi düşüncəsindədir. Belə ki, bir müddət öncə “Parlaq Ermənistan” partiyasının sədri, keçmiş səfir Edmon Marukyan bildirmişdi ki, eks-prezidentlər hazırkı baş nazirin reytinqini iki dəfə artırırlar. Marukyanın sözlərinə görə, Köçəryan və Sarkisyanın yeni müxalifət qüvvələrinin yaranmasına və ya müxalifət meydanında siyasi qüvvələrin fəaliyyətinə mane olması barədə bəyanatları reallığı əks etdirmir. “Onlar Ermənistanın gələcəyi naminə Nikol Paşinyanın getməsini istədiklərini bildirirlər. Lakin əgər həqiqətən də Köçəryan və Sarkisyan Paşinyanın getməsini istəyirlərsə, bununla yanaşı, onun reytinqinin artmasına töhfə verməməlidirlər. Sosioloji sorğulara görə, Paşinyanın reytinqi ayrı-ayrılıqda bir rəqəmdir, lakin eyni reytinq Köçəryana və ya Sarkisyana qarşı qoyulduqda ikiqat artır,” - deyə Marukyan vurğulayıb.

Bu baxımdan da, son debat çağırışının da Paşinyanın bu tipli yeni gedişi sayırlar. Nəticə etibarı ilə, Ermənistan cəmiyyəti anlayır ki, sülhdən başqa çıxış yolu qalmayıb - Paşinyanın özünüxilas planı da məhz sülhün qaçılmazlığı ilə izah edilir.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri