Icma.az
close
up
RU
Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ yə jestdir RƏY

Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ yə jestdir RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Tramp yolu”nun sirri açılır


Paşinyanın Moskvaya səfərindən sonra "Zəngəzur" ifadəsinin əleyhinə çıxması, Rusiya tərəfindən verilmiş bir göstəriş kimi təqdim edilməməlidir


Ermənistan Baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” ifadəsinin Ermənistan ərazisi ilə bağlılığı olmadığını bildirib. Onun sözlərinə görə, bu termin yalnız yol marşrutuna verilən ad kimi qəbul edilə bilər və rəsmi İrəvan üçün problem yaratmır: “Azərbaycan “Zəngəzur dəhlizi” deyir? Qoy desin, söhbət Ermənistan ərazisindən getmir. Min dəfə üzr istəyirəm, bəlkə də, Albert Eynşteynin adını qoymağa qərar veriblər, qoy versinlər, bunun bizim suveren ərazimizlə heç bir əlaqəsi yoxdur, imzalı kağızım var”. “Zəngəzur dəhlizi” termininin Ermənistanla bağlı olmadığını israrla iddia edən Paşinyan “Horadiz-Zəngilan” yolunun daha uzun olduğunu vurğulayıb və  razılaşdırılmış adın TRIPP marşrutu adlandırıldığını dilə gətirib.  Paşinyan “razılaşdırılmış ad TRIPP marşrutudur” deyə vurğulasa da, beynəlxalq leksikonda və siyasi müzakirələrdə yol daha çox “Zəngəzur dəhlizi” kimi tanınır. Ermənistan tərəfinin bu terminologiyaya qarşı xüsusi həssaslıq nümayiş etdirməsi isə diqqət çəkir. Siyasi ekspertlərin fikrincə, Ermənistan tərəfinin “Zəngəzur dəhlizi” terminindən narahatlığı daha çox simvolik xarakter daşıyır. Bu ifadənin beynəlxalq leksikonda geniş yayılması, həm də yolun coğrafi reallığını əks etdirməsi İrəvanın siyasi mövqelərini zəiflədir. Ermənistan “Zəngəzur dəhlizi” adının işlədilməsini öz suverenliyi üçün təhdid kimi qələmə verir və buna qarşı alternativ terminlər irəli sürür.


Politoloq Fərhad Məmmədov Teleqraf-a müsahibəsində Ermənistan tərəfinin Zəngəzur terminologiyasından narahatlığına toxunub. Onun sözlərinə görə,  terminologiya ilə bağlı olan məsələlər Zəngəzur dəhlizinin, yəni Tramp marşrutunun parametrləri aydınlaşdıqdan sonra səngiyəcək: 


“Nəzərə almaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhlizi termininə qoyduğu məna ilə Tramp marşrutunun miqyası üst-üstə gəlmir. Azərbaycan üçün Araz çayı boyunca keçən yol və bu dəhlizin Türkiyə ilə birləşdirilməsi, böyük bir layihənin həyata keçirilməsi Zəngəzur dəhlizi adlanır. Tramp marşrutu isə ancaq 44 km-i əhatə edir. Bu, sadəcə olaraq, Ermənistan ərazisində olan Zəngəzur dəhlizinə daxil olan bir layihədir”.


Politoloqun sözlərinə görə, etiraf etməsə belə, Ermənistanın Baş naziri Nikol Paşinyanı da Zəngəzurla bağlı terminologiya məsələsi narahat edir: 

“8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmadan sonra proseslərə yanaşma dəyişib. Ermənistan daxilində də Paşinyana qarşı bu mövzuya dair tənqidlər səslənir. Ona qarşı irad tutulan mövzulardan biri də məhz Azərbaycan Prezidenti tərəfindən "Zəngəzur dəhlizi" termininin istifadəsidir. Amma bu da öz növbəsində müəyyən müddət tələb edir ki, cəmiyyətlər liderlərin mövqeyinə adaptasiya olsun”.


Siyasi şərhçi Vüqar Dadaşov da “Sherg.az”a açıqlamasında bildirib ki, Paşinyanın “Zəngəzur dəhlizi” ifadəsinə qarşı çıxışı, əslində, Ermənistanın bu terminə qarşı uzun müddətdir göstərdiyi narahatlığın davamıdır. Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” anlayışının beynəlxalq leksikonda möhkəmlənməsi İrəvanın siyasi maraqlarına uyğun deyil: 


“Buna görə də rəsmi İrəvan alternativ terminlər irəli sürməyə çalışır. Bəzən bu mövqeni Rusiyanın təzyiqi və yaxud göstərişi kimi təqdim edirlər, lakin əsas səbəb Ermənistanın özünün terminoloji həssaslığıdır. Ona görə də Paşinyanın Moskvaya səfərindən sonra "Zəngəzur" ifadəsinin əleyhinə çıxması, Rusiya tərəfindən verilmiş bir göstəriş kimi təqdim edilməməlidir. Əslində, Rusiya özü Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına qədər bütün platformalarda “Zəngəzur dəhlizi” terminindən istifadə edib. Lakin Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından və Zəngəzur dəhlizi ilə bağlı razılaşmadan sonra, həmçinin Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılması, təbii ki, dəhlizə nəzarətdən uzaqlaşdırılan Rusiyanın maraqlarına uyğun gələ bilməz. Buna görə də Rusiyanın heç bir halda “Zəngəzur dəhlizi” terminindən geri çəkilməsi mümkün deyil”.


V. Dadaşov hesab edir ki, Ermənistan Baş naziri Paşinyana Rusiyaya səfəri zamanı Vaşinqtonda Azərbaycanla sülh müqaviləsinin paraflanması və "Zəngəzur dəhlizi", yəni "Tramp yolu" ilə bağlı güclü təzyiqlər edilib və Paşinyan Rusiyanın istəyinin tam əksinə, “Zəngəzur dəhlizi” terminindən imtina etməyi qabartmaqla ABŞ-ni “Tramp yolu” ilə Rusiyaya qarşı çıxarır: 

“Şübhəsiz ki, rəsmi Moskva “Tramp yolu” razılaşmasını özünün maraqlarına əks layihə görür. Bu da Rusiyanın “Zəngəzur dəhlizi” termini ilə Ermənistan arasında fikir ayrılığının təsdiqidir. Xüsusilə bu günlərdə Ermənistanda “Tramp yolu”nun fəaliyyətinin detalları ilə bağlı ABŞ-dən nümayəndə heyəti ilə müzakirələrin aparılması fonunda Paşinyanın Rusiya səfərindən sonra “Zəngəzur dəhlizi” termininə qarşı çıxmasının Rusiya ilə əlaqələndirilməsi sadəlövhlükdür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Oktyabr 2025 05:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri