Icma.az
close
up
RU
Paşinyanla kilsənin amansız savaşının pərdəarxası Rezonans doğuran məqamlar

Paşinyanla kilsənin amansız savaşının pərdəarxası Rezonans doğuran məqamlar

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Son günlərdə Ermənistan baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında savaş yenidən vüsət alıb və bu savaş hər ötən gün getidkcə daha şiddətli xarakter almaqdadır. Savaş o həddə çatıb ki, Ermənistan baş naziri Nikol Paşinyan erməni keşişlərinin ünvanına ən sərt ifadələrə işlədib, onları açıq şəkildə əxlaqsızlıqda ittiham edir. Paşinyanla erməni keşişlər arasında gedən savaş erməni cəmiyyətində ciddi rezonansa səbəb olub. 

Bu prosesdə Anna Akopyan da əri Nikola Paşinyanla eyni cəbhədə yer alaraq erməni keşişlərinə qarşı amansız savaşın ön cəbhəsinə yer almaqdadır. Anna Akopyan erməni keşişlərini pedofilyada, xəyanətdə, şeytançılıqda ittiham edib.

Hər ötən gün bu savaş yeni mərhələyə qədəm qoymaqdadır. 

Baş nazir Paşinyan bu gün "Facebook" səhifəsində erməni katoliklərini yenidən hədəf seçərək onların ünvanın sərt ittiham səsləndirərək, hakimiyyətin kilsələrə əl qoymasının və din xadimlərinin seçilməsinin zəruriliyini bəyan edib.  

Paşinyan bu gün “Facebook”da paylaşdığı statusunda keşiş Mikael Acapahyanı hədəf seçərək ünvanına nalayiq ifadələr ehtiva edən yazı dərc edib:

"Mikael Adjapyan danışır (sitat): "Qoy bu söhbətçilərdən kimsə bir ay qadınsız yaşamağa çalışsın”. 

Belə çıxır ki, bu bütpərəstlər Böyük Postu belə tutmurlar.

Subaylıq andını pozan bütün kahinlər ruhani xidmətdən uzaqlaşdırılmalıdır. Başqa variant yoxdur”, - o yazıb.

Paşinyan hesab edir ki, dövlət bütün ermənilərin katolikosunun seçilməsi prosesinə müdaxilə etməlidir. Bu məsələdə Ermənistan Respublikası həlledici səsə malik olmalıdır. “Katolikos vəzifəsinə namizədlər dürüstlük yoxlamasından keçməlidirlər. Bu sualı birdəfəlik həll etmək lazımdır”, - Paşinyan yazıb.

Tərəflər arasında gedən savaşın əsas iki məqamı var:

Birincisi, qarşıdan gələn seçkilərdə Erməni Apostol Kilsəsi Nikol Paşinyan hakimiyyəti üçün ciddi rəqib qüvvə hesab edilir və hökumət başçısı bu yolla onları zərərsizləşdirməyə çalışır.

İkinci məqam isə ondan ibarətdir ki, kilsə İrəvanla Bakı arasındakı sülh müqaviləsinin imzalanması məsələsində siyasi müxalifətdən də daha radikal mövqedən çıxış edirlər. Kilsə hər vasitə ilə sülhə qarşı çıxaraq prosesə mane olmağa çalışır.  

Erməni Apostol Kilsəsi təkcə Ermənistan daxilində deyil, xaricdəki erməni lobbisi və diasporuna təsir gücü olduğundan sülhə qarşı prosesdə də onların rolundan faydalanmağa çalışır. Onlar hətta hər vasitədən istifadə edib Paşinyan hakimiyyətini devirməyə çalışırlar. Bu səbəbdən Paşinyanla kilsə arasında savaş getdikcə daha kəskin xarakter almaqdadır. 

Hələ 2024-cü ilin yazında Ermənistanın Qazaxın 4 kəndinin geri qaytarılmasından sonra erməni kilsəsinin nümayəndəsi Baqrat Srbazanın başlatdığı hərəkat da buna xidmət edirdi. Lakin kilsənin başlatdığı bu proses uğursuzluğa düçar oldu. Siyasi müxalifət son anda kilsəyə dəstək verməkdən imtina etdi. Siyasi müxalifətlər kiləsinin vahid güc kimi çıxış edə bilməməsinin səbəbi proseslərə fərqli baxışlarının və yanaşmalarının olması idi. 

Seçki yaxınlaşdıqca Ermənistan daxilində ictimai-siyasi gərginlik artmaqdadır. Bütün tərəflər bu seçkidən qazanclı şəkildə çıxmaq istəyir. Siyasi müxalifət kilsənin, kilsə də öz növbəsində siyasi müxalifətin rolundan faydalanmağa çalışır. Siyasi müxalifətlə kilsə vahid güc kimi çıxış edə bilməsə də, Paşinyanın mövqelərinin zəifləməsində eyni mövqedən çıxış edirlər. Paşinyan da bunu yaxşı bilir. O siyasi müxalifəti müəyyən mənada zərərsizləşdirməyi bacarsa da, kilsə hələ də erməni cəmiyyətinə ciddi təsir gücündə olan  qüvvə hesab edilir. O, kilsəyə qarşı ən sərt təzyiq metodlaırndan istifadə etməklə onları də zərərsizləşdirməyə çalışır.  

Üçüncü məqam isə ondan ibarətdir ki, Paşinyan kiləsinin dövlətə olan təsir imkanlarından məhrum edib dövlətdən və hakimiyyətdən asılı vəziyyətə salmağı hədəfləyib. 

Proseslərdən kim qalib çıxacaq, bunu zaman göstərəcək. Amma proseslər onu deməyə əsas verir ki, erməni cəmiyyətinin kilsəyə əvvəlkitək inam və etimadı qalmayıb. Kilsəyə olan inam və etimad getdikcə zəifləməkdədir.

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 May 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri