Icma.az
close
up
RU
Pasiyentinin çılpaq şəklini paylaşan həkimi hansı cəza gözləyir?

Pasiyentinin çılpaq şəklini paylaşan həkimi hansı cəza gözləyir?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Məlhəm" klinikasının mammoloq-radioloqu Günel Qəmbərovanın sosial mediada etdiyi paylaşımdan sonra Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) araşdırma aparmağa başlayıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Bildirilib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən, əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan hallarla bağlı rəsmi müraciət daxil olduqda, təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq, məsələ ətraflı şəkildə araşdırılır:

"Əgər qanunvericiliyin pozulması halları müəyyən edilərsə, plandankənar yoxlama həyata keçirilir.

Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir.

Mediada və sosial şəbəkələrdə yayılan "Məlhəm" klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək.

Ümumiyyətlə, qeyd olunan fəaliyyət, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, reklam hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, reklamı qadağan olunmuş müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının təqdiminə görə vəzifəli şəxslər 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək, hüquqi şəxslər isə 1000 (bir min) manatdan 2000 (iki min) manatadək cərimə edilə bilər.

Belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunurlar. Onlara əməliyyat zamanı çəkiliş aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilir. Bundan əlavə, AEM tərəfindən həkimlər səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli 137 nömrəli əmri - "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" sənəd barədə məlumatlandırılır.

Həmin sənədin VI bəndinə əsasən, tibbi nəşrlər, həkimlərin elmi forum və cəmiyyətlərdə çıxışları, habelə media vasitəsilə maarifləndirmə fəaliyyəti etik normalara uyğun olmalı, yalnız obyektiv elmi-praktik məlumatlarla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünüreklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin vurğulanır ki, həkim öz vəzifəsindən digər fiziki və hüquqi şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə etməməlidir.

Bu kimi hallarda həkimlərdən izahat alınır və analoji hadisələrin təkrarlanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə onlara rəsmi şəkildə xəbərdarlıq edilir.

Qeyd edək ki, mərkəzin rəsmi saytında əməliyyat zamanı canlı yayım etmək istəyən həkimlərə dair xəbərdarlıq yerləşdirilir.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qarşılaşdıqları hər hansı problem barədə AEM-in "bir pəncərə" sistemi, qaynar xətti (012-596-05-20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırma aparılır və zərurət yaranarsa, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri