Icma.az
close
up
RU
Patrik Andrade: “Aris”lə oyunda xarakter göstərdik

Patrik Andrade: “Aris”lə oyunda xarakter göstərdik

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 avqust, AZƏRTAC

Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Yunanıstanın “Aris” komandası ilə 2:2 hesablı heç-heçə edən “Araz-Naxçıvan”nın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.

İki görüşün nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanan Naxçıvan təmsilçisinin üzvü azarkeşlərin təzyiqinə rəğmən yaxşı oyun nümayiş etdirdiklərini deyib: “Yaxşı və maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik”.

O, İqor Ribeyronun qırmızı vərəqə alaraq meydandan qovulmasına da münasibət bildirib: “İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdır”.

Futbolçu III mərhələdə qarşılaşacaqları Kiprin “Omoniya” klubu ilə şanslarını da dəyərləndirib: “Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə ayın 14-də baş tutacaq. “Araz-Naxçıvan” birinci matçını evdə keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see216

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see155

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see149

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see149

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see149

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see148

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see147

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see147

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see146

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see145

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see144

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see143

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see143

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see142

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see141

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see139

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see138

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see136

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri