Icma.az
close
up
RU
Paul Hindemitin 130 illiyi münasibətilə musiqi gecəsi

Paul Hindemitin 130 illiyi münasibətilə musiqi gecəsi

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində böyük alman bəstəkarı Paul Hindemitin (1925-1963) anadan olmasının 130 illiyinə həsr olunmuş gecə keçirildi. Tədbir Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutdu. Əvvəlcə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Rahib Azəri "Almanlar Azərbaycanda" mövzusunu işıqlandıraraq, Bakı memarlığında yer alan alman irsindən danışdı. Sonra söz musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadəyə verildi. Zümrüd xanım konsert barədə təəssüratlarını  bizimlə bölüşüb.

Paul Hindemiti XX əsrin birinci yarısının Şönberq, Stravinski və Bartok kimi ən mühüm simalarından biri adlandırırlar. Hindemit deyirdi ki, "ənənə - külə sitayiş deyil, odu qorumaqdır". Bəstəkar bu odu həssaslıqla qoruyanlardan, eyni zamanda yeni, kəşf edilməmiş üfüqlərə can atanlardan biri idi.

Hindemit ənənəvi olaraq neoklassisizmin parlaq nümayəndəsi hesab olunur. Lakin onun yaradıcılığı müəyyən olunmuş çərçivələrə sığmır, çətin bir araya gələn xüsusiyyətlərin uzlaşması ilə səciyyələnir. Belə ki, Hindemit dərin fəlsəfi konsepsiyalara əsaslanan əsərlərlə ("Rəssam Matis", "Dünyanın harmoniyası") yanaşı, epataj xarakterli opuslar da (musiqidə qəzet elanlarından, qatar cədvəllərindən istifadə) yaradırdı. Onun yaradıcılığında yüksək akademizm - mükəmməl konstruksiyalar, hər bir elementi düşünülüb daşınılmış polifonik musiqi toxuması üstünlük təşkil edir. Amma eyni zamanda o, geniş auditoriyanı musiqiyə cəlb etmək məqsədi daşıyan "tətbiqi musiqi" (Gebrauchsmusik) hərəkatının təşəbbüskarı idi.

Sovet dönəmində Hindemit sənətinə münasibət birmənalı olmasa da, bəstəkarın əsərləri mütəmadi olaraq Bakıda, xüsusən də Qara Qarayev adına Müasir Musiqi Festivallarında səslənirdi. Bu, "Biz də dünyanın bir hissəsiyik" deyən Q.Qarayevin  qəti mövqeyini əks etdirərək,  Azərbaycanın həmişə dünya musiqi mədəniyyətindəki ən yeni təmayüllərə açıq olduğunu əyani şəkildə sübut edir.

Hindemiti adətən "XX əsrin Baxı" adlandırırlar. Buna görə də konsertdə bəstəkarın Klavierstück əsəri ilə yanaşı, İ.S.Baxın musiqisinin (orqan üçün e-moll sonatasından Adagio A.Stradalın fortepiano versiyasında) səslənməsi tamamilə təbii idi. Gecədə "lied" janrında bəstələnmiş alman vokal musiqisinin gözəl çələngi də təqdim olundu. Mahnı janrını simfoniya səviyyəsinə yüksəldən Şubertin bir neçə mahnısı, "beyni ilə hiss edən və ürəyi ilə düşünən" Bramsın miniatürləri, həmçinin XX əsrdə romantizmin qürub çağını təmsil edən və romantizmin "vida mahnıları"nı yazan R.Ştrausun mahnıları çox təbii səsləndi.

Gecənin baş qəhrəmanları isə  ifaçılar idi. Konsertin baş tutmasında beynəlxalq müsabiqələr laureatı, müxtəlif festivalların iştirakçısı pianoçu Tofiq Şıxıyevin rolu müstəsnadır. O, mütəmadi maraqlı çıxışları ilə sevindirərək, hər bir konsertin proqramına ciddi yanaşma nümayiş etdirir. Yaxınlarda Tofiq Şıxıyevin Osman Əyyublu və Aleksey Miltıxla ansamblda Şubertin fortepiano triosunu (op.100) səsləndirməsi yaddaqalan hadisə oldu.

Pianoçunun soprano Nigar Cəfərova ilə dueti sözügedən  gecədə öz nadir ahəngdarlığı, hər bir əsərin mahiyyətinə nüfuz etnək iqtidarı ilə sevindirdi. Qeyd edək ki, N.Cəfərova Bakı Musiqi Akademiyasını Fidan Qasımovanın sinfində bitirdikdən sonra Qalina Vişnevskayanın opera mərkəzində ustalığını təkmilləşdirib. Hazırda Azərbaycan Opera və Balet Teatrının solisti olan N.Cəfərova müxtəlif vokal gecələrində uğurla çıxış edir. Məsələn, onun Fərhad Bədəlbəyli ilə birlikdə ifa etdiyi Raxmaninov romansları xoş təəssüratlar doğurmuşdu.

Hiss olunurdu ki, Muğam Mərkəzindəki konsert arxasında ciddi yaradıcı iş durur. İki musiqiçi bir-birini çox yaxşı anlayır və duyurdu: odur  ansamblın ifası harmonik və bədii cəhətdən inandırıcı idi.

Konsertin özəl cəhətləri  sırasında R.Ştrausun son opuslarından biri - "Soprano və orkestr üçün 4 mahnı" silsiləsindən miniatürün (Herman Hessenin sözlərinə "Beim Schlafengehen" - "Yuxuya gedərkən") Bakıda ilk ifası oldu. Səs və fortepiano üçün təqdim olunan versiyada duet iştirakçıları bərabərhüquqlu tərəfdaşlar kimi çıxış etdilər. Həmin kövrək vokal kompozisiyanın piano intermediyasında səhnədəki musiqiçilərə qəflətən qoşulan violinin səsi xüsusi bədii effekt yaratdı.

Konsert Hindemitin xatirəsinə ehtiramı ifadə edərək, eyni zamanda Baxdan Hindemitə qədər alman musiqisi tarixinə bir səyahət kimi düşünülmüşdü. Belə ki,  musiqiçilər proqramı elə qurmuşdular ki, alman musiqi ənənəsinin təkamülünü onun görkəmli nümayəndələrinin yaradıcılığı timsalında - Baxın polifoniyasından Şubert və Bramsın vokal miniatür janrında yazılmış şah əsərləri, Hindemitin novator eksperimentləri və Rixard Ştrausun qürub romantizminə qədər göstərməyi bacardılar.

Konsert proqramında Hindemit bir əsərlə təmsil olunsa da, onun musiqisinin alman bəstəkarları əhatəsində təqdim olunması, bu sənətkarın musiqi kontinuumundakı yerini daha dərindən hiss etməyə və yaradıcılığının qaynaqlarını daha yaxşı anlamağa imkan verdi.

Hindemitin yubiley ili davam edir. Musiqisinin mürəkkəbliyinə baxmayaraq, XXI əsrdə də dinləyicilərin ürəklərinə yol tapmağa davam edən, yeni nəsil musiqiçilər və sənət həvəskarları üçün aktual və ilhamverici qalan bu ustadın sənət dünyası ilə yeni görüşlərin olacağına ümid edirik.

Hindemit "Bəstəkarın dünyası" kitabında yazırdı ki, musiqi tarixini saysız-hesabsız təpələr və dağ zirvələrindən ibarət olan  landşaftla müqayisə etmək olar. Özü də həmin yüksəkliklərdən heç birini daha əhəmiyyətli adlandırmaq olmaz. Buna baxmayaraq, düşünürəm ki, Hindemiti musiqi tarixinin zirvələrindən biri kimi səciyyələndirsək, yanılmarıq. Çünki Hindemit XX əsrin musiqiyə hədsiz sevgi, ali sənət prinsiplərinə nadir sədaqət sərgiləyən nəhəng simalarından biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri