Icma.az
close
up
RU
Görkəmli alim İshaq Cəfərzadənin 130 illiyi münasibətilə Gəncədə elmi tədbir

Görkəmli alim İshaq Cəfərzadənin 130 illiyi münasibətilə Gəncədə elmi tədbir

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar elm xadimi İshaq Məmmədrza oğlu Cəfərzadən (1895-1982) Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən olub. Onun ömür salnaməsi qədim Gəncənin torpaq altında gizlənmiş tarixini üzə çıxarmaq, dahi Nizaminin müqəddəs türbəsini açmaq, Qobustanın əfsanəvidaş təsvirlərinin mahiyyətini kəşf etmək də daxil olmaqla, Azərbaycanın dörd bir tərəfində saysız-hesabsız ekspedisiyaları ilə yenilikçi arxeoloji, tarixi-etnoqrafik araşdırmalara təkan vermək və digər bu kimi köklü, konseptualişləri əhatə edib. Alimin tədqiqatları MDB, İngiltərə, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Almaniya, İtaliya, İspaniya, Kanada və digər ölkələrinelmi ictimaiyyəti tərəfindən daim yüksək dəyərləndirilib.

Bu ilin avqust ayında görkəmli alimin anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə AMEA-nın Gəncə Bölməsində "İshaq Cəfərzadənin Azərbaycan tarixinin elmi tədqiqindəki misilsiz xidmətləri" mövzusunda tədbir keçirilib. Dəyirmi masa xarakterli elmi görüş Bölmənin Diyarşünaslıq İnstitutu tərəfindən təşkil edilib.

Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq,  görkəmli alim İshaq Cəfərzadənin Azərbaycan tarix elminin inkişafına verdiyi töhfələrdən, onun  milli arxeoloq kadrların yetişdirilməsində misilsiz xidmətlərindən danışıb. O, qeyd edib ki,  Gəncədə anadan olan və buranın  köklü milli ənənələrə bağlı mühitində boya-başa çatan İsaq Cəfərzadənin elmi fəaliyyətində bu qədim şəhərimizlə bağlı arxeoloji araşdırmaların xüsusi yeri var.

Akademik Fuad Əliyev alimin Gəncədə və Azərbaycanın müxtəlif bölgələrində apardığı tədqiqat işlərinin çoxşaxəliliyinə diqqət çəkərək bildirib ki, İshaq Cəfərzadə xalqımızın qədim tarixini, məişət və təsərrüfatını, mədəniyyət və incəsənətini öyrənmək məqsədilə, Azərbaycan torpağını qarış-qarış gəzərək Abşeron, Gəncə-Qazax, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran-Astara və digər bölgələrdəki çöl-tədqiqat işləri zamanı çoxsaylı arxeoloji abidələr qeydə almış və xalqımızın etnoqrafiyasına dair zəngin materiallar toplamışdır və 20-dənartıq arxeoloji və etnoqrafik ekspedisiyanın təşkili və fəaliyyəti bilavasitə məhz bu alimin adı ilə bağlıdır.

Elmi tədbirdə alim və gənc tədqiqatçıların “Qədim tariximizin işıqlandırılmasında böyük rolu olan İshaq Cəfərzadə”, “Gəncənin arxeoloji irsi İshaq Cəfərzadənin elmi tədqiqatları işığında”, “Qobustanın sirrini açan alim”, “İshaq Cəfərzadənin arxeoloji tədqiqatlarının istiqamətlərinə dair”, “Gəncəli alimin həyat yolu” mövzuları üzrə məruzələr dinlənilib.

Çıxışlarda alimin ömür yoluna və milli arxeologiya və etnoqrafiya elmimizin təşəkkül tapmasındakı xidmətlərinə nəzər salınaraq, xatırladılıb ki, İsahaq Cəfərzadə 1927-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix fakültəsini, 1930-cu ildə isə  Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə bitirib. O, hələ tələbə ikən tarixçi dərnəklərdə və yeni yaradılmış “Azərbaycanı tədqiq edən cəmiyyət”in işində fəal iştirak edib. Buna görə də İshaq Cəfərzadə hələ universitetdə oxuyarkən – 1926-cı ildə Azərbaycan Dövlət Tarix Muzeyinə elmi işçi kimi qəbul olunub.1925-1926-cı illərdə o, akademik İ.İ.Meşşaninovun başçılıq etdiyi ekspedisiyaların tərkibində Xocalıda və Qızılvəngdə, Çovdar və Yaloylutəpədə arxeoloji qazıntılar aparıb, olduqca maraqlı etnoqrafik məlumatlar toplayıb.

Elmi təcrübəsini artırmaq məqsədi ilə İ.Cəfərzadə 1929-cu ildə Qara dəniz sahilindəki qədim yunan şəhəri olan Oliviyanın arxeoloji qazıntılarını həyata keçirən sovet ekspedisiyasının heyətində olub, həmçinin Odessa, Xersones və Kiyev muzeylərinin strukturu və təşkili təcrübələrini yaxından öyrənib və bu təcrübəni Azərbaycan Tarix Muzeyinin Arxeoloji fondunun təşkilində tətbiq edib.

Topladığı təcrübə İshaq müəllimə az vaxt içərisində Azərbaycan Dövlət Muzeyində zəngin arxeoloji fond yaratmağa və xüsusi şöbə açmağa imkan verib. 

1933-cü ildən ömrünün sonuna qədər İ.Cəfərzadə Elmlər Akademiyasında çalışıb, 1938-1964-cü illərdə Tarix İnstitutunun Arxeologiya şöbəsinin rəhbəri olub. Bu isə o dövrdə respublikada aparılan arxeoloji tədqiqat işlərinə bilavasitə elmi-təşkilati rəhbərlik edilməsi demək idi.

Orta əsrlər dövrü tarixinin tədqiqində səmərəli fəaliyyət göstərən alim 1934-cü ildən Mil düzündə Örənqala arxeoloji ekspedisiyasında iştirak edib. Burada aparılan qazıntılar əsasında yazdığı əsərində İ.Cəfərzadənin irəli sürdüyü bir sıra müddəalar onilliklər sonra aparılan arxeoloji qazıntılar nəticəsində də öz təsdiqini tapıb.

Alim 1937-1939-cu illərdə Kiçik Qafqaz silsiləsinin əlçatmaz yerlərində son tunc ilk dəmir dövrünə aid 120-dən artıq möhtəşəm divarlı qalalar qeydə alıb və bunları elmi əsaslarla tədqiq edib.

İshaq Cəfərzadənin axtarışlarında qədim Gəncə qazıntıları da xüsusi yer tutur. Dahi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla bağlı təşkil edilən bu arxeoloji tədqiqatlara bilavasitə İshaq Cəfərzadə rəhbərlik edib. Onun səyi nəticəsində az vaxt ərzində qədim Gəncə şəhərinin yeri dəqiq şəkildə müəyyənləşdirilib və geniş qazıntılar nəticəsində burada qala divarlarının, sənətkarlıq məhəllələrinin, şəhər körpülərinin və başqa tikililərin qalıqları üzə çıxarılıb və yüzlərcə dəyərli maddi mədəniyyət nümunələri əldə edilib. Maraqlıdır ki, təcrübəli alim qədim Gəncənin ətrafında Nizami dövründən daha qədimə – tunc dövrünə aid çoxlu abidələr də aşkar edib. 

Qədim Gəncə qazıntıları üzrə yazdığı  “Qədim Gəncənin tarixi-arxeoloji oçerki” kimi ciddi  elmi əsəri əsasında o, 1944-cü ildə namizədlik dissertasiyası müdafiə edib.

1947-ci ildən başlayaraq İ.Cəfərzadənin rəhbərliyi ilə Qobustanda 20 ildən artıq müddətdə ardıcıl sistemli arxeoloji tədqiqatlar aparılıb. Görkəmli alim Qobustanda 730 daş üzərində 5300-dən artıq müxtəlif məzmunlu qayaüstü təsvirlər qeydə alıb. Bu rəsmlərin hamısı alimin həyat yoldaşı,  tədqiqatlarda ən yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülüb.

İ.Cəfərzadə bu rəsmlər üzərində illər boyu tədqiqatlar aparıb və onların sirlərini açıb. Bu davamlı və səmərəli iş alimi bütün dünyada qədim qayaüstü təsvirlərin ən istedadlı və təcrübəli tədqiqatçılarından biri kimi tanıdıb və bu, xarici alimlər üçün də gözəl məktəb olub.

İsahaq Cəfərzadənin tədqiqatlarından bəlli olur ki, qədim qayaüstü təsvirlər dünyanın bir çox yerlərində aşkar edilsə də heç yerdə Qobustanın təsvirləri qədər geniş xronoloji çərçivəli, mövzu cəhətdən rəngarəng, orijinal süjetli və bədii dəyərli təsvirlərə təsadüf olunmamışdır. İshaq müəllim Qobustan təsvirlərinin ən qədim nümunələrini orta daş - mezolit dövrünə aid etmiş, onların 9-10 min il əvvəl çəkildiyini sübuta yetirmişdi.

Təsadüfi deyil ki, İshaq Cəfərzadənin “Qobustan” kitabı 1999-cu ildə “Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan və rus dillərində yenidən nəşr edilmişdir. Alimin apardığı tədqiqatlar nəticəsində Azərbaycanın qədim dövr tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malik Qobustan abidələri bütün dünyada məşhurlaşmışdır. 2007-ci ildə isə Qobustan abidələri kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmişdir.

İshaq Cəfərzadə həmçinin Bakı limanında yerləşən sirli “Şəhri Səbayıl”da və Yaloylutəpədə başlanan arxeoloji tədqiqatlara da rəhbərlik edib. 1938 və  1946-cı illərdə dörd tərəfdən Xəzərin dalğaları ilə yuyulan “Şəhri Səbayıl” tədqiqatları zamanı o, ağır və gərgin zəhmət hesabına dənizin dibindən 250-dən artıq iri ölçülü yazılı daş kitabə çıxarmağa müvəffəq olub.

Zakir Muradov, Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see155

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see145

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see144

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see144

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see138

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see135

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see131

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see127

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see125

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see123

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see121

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see120

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see118

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see118

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see117

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see116

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see115

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri