Zəfər bayramı bütövlüyümüzün təntənəsi, xalqımızın qeyrətinin tərənnümüdür
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
8 Noyabr 2025-ci ildə Bakı şəhəri Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində "Xarıbülbüllü kəlağayım" adlı tədbir keçirildi. Tədbir zəfərimizin 5 illiyinə və Zəfər gününə həsr olunub. Tədbirdə "Kəlağayı Ev Muzeyi"nin eksponatlarına baxış keçirildi.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anıldı.
Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri , şəhid atası Mürvət Əsgərov, şəhid bacısı Aybəniz Camalova, Xətai Rayon Ağsaqqallar Şurasının müavini Nizami Gülzalı oğlu,, QHT rəhbəri Mehriban Abdullayeva, KİV nümayəndələri, qazilər çıxış etdilər. Vətənpərvərvərlik mövzusunda mahnılar oxundu, şeirlər səsləndi.
Polad Ağanın təqdimatında "Rüfət Əsgərovların cənnətdə görüşü" tamaşası təqdim olundu. "Kəlağayı Ev Muzeyi"ndən başlanan layihənin davamı bu gün də Bakı Xətai Sənət Mərkəzində keçirildi. Davamı Gəncə, Qazax, Tovuz, Biləsuvar, Şəki, Astara, Sumqayıt və digər bölgələrimizdə keçiriləcək.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Baxış sayı:88
Bu xəbər 08 Noyabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















