Paxlava satıb sərvət qazandı Ayda 20 min dollar...
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də yaşayan 30 yaşlı Ceykob Komarou paxlava satmaqla qurduğu biznesi qısa müddətdə böyüdüb. Əvvəlcə konsertə gedərkən aldığı üç sini türk paxlavasını satan gənc indi ayda 20 min dollardan çox satış edir.
“Yeni Sabah” xəbər verir ki, Komarou 2021-ci ildə dostunun çağırışından sonra paxlava satmağa başlayıb. Əvvəlcə bunu sadəcə əyləncə üçün etsə də, qazanc əldə etdikdən sonra işi davam etdirmək qərarına gəlib.
Onun paxlava satmaq macərası 2021-ci ildə Kaliforniyada keçirilən "Phish" konsertinə gedərkən başlayıb. Gənc konsertdən əvvəl Yaxın Şərq məhsulları satan mağazadan üç sini hazır paxlava alıb. Daha sonra konsertə gələnlərə şirniyyatları satmağa başlayıb. O, həmin gün üç sininin hamısını satıb və özünün sözlərinə görə, qoyduğu pulu təxminən üçqat artırıb. Marqarita pizza
Komarounun işində əsas dəyişikliklərdən biri 2022-ci ildə baş verib. O, Nyu-Cersinin Paterson şəhərində bir türk satıcıdan paxlava alıb. Türk paxlavasını bəyənən Komarou daha sonra Qaziantepdə fəaliyyət göstərən şirniyyat istehsalçısı ilə əlaqə yaradıb. Hazırda onun “Good Baklava” adlı biznesində satılan məhsullar Türkiyədəki təchizatçıdan alınaraq Nyu-Yorka göndərilir.
“Good Baklava”nın tanınmasında Nyu-York “Knicks” basketbol komandasının oyunları da mühüm rol oynayıb. Komarou “Madison Square Garden” ətrafında “Knicks” azarkeşlərinə pulsuz baklava paylayıb. Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra onun şöhrəti artıb.
Komarou həmin hadisədən sonra bir gecə ərzində “Instagram”dakı izləyicilərinin sayının 20 faiz artdığını bildirib. “Good Baklava” son 9 ay ərzində küçə satışı, müvəqqəti satış məntəqələri, kafelərə topdan satış və internet sifarişləri hesabına ayda orta hesabla 20 min dollardan çox satış həyata keçirib.
Baxış sayı:161
Bu xəbər 22 Sentyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















