Icma.az
close
up
RU
Payız fəslinin ən faydalı məhsulları...

Payız fəslinin ən faydalı məhsulları...

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın zamanlarda qışın yaxınlaşmasına görə, payız aylarında orqanizmi lazımi vitamin və mikroelementlərlə təmin etmək gərəkdir.

Payız fəslinin, bütün qış ərzində sizi enerji ilə təmin edə biləcəyi bir çox energetik meyvə və tərəvəzləri vardır. Onlardan ən faydalı olanlarını sizə təqdim edirik:

1. Balqabaq - tərkibində dəmirin çoxluğuna əsasən tərəvəzlər arasında lider  olan bu məhsul, B, C, E, D, PP vitaminləri və həmçinin orqanizmdə mübadilə prosesslərinə təsir edən çox nadir  T vitamini ilə zəngindir. Balqabaq, pektin telləri sayəsində orqanizmdən artıq xolesterini, toksin və şlakları çıxarma gücünə malikdir.

2. Alma - payız aylarında tez tez rast gəlinən, halsızlıq, anemiya və ürək damar xəstəlikləri zamanı köməyimizə çatır. Alma dərini sağlamlaşdırır, həzmə kömək edir və görmə qabiliyyətini yaxşılaşdırır.

3. Çuğundur - selülloz, dəmir, maqniy, mis, fosfor və C vitamini ilə çox zəngindir. Tərkibində orqanizmi enerji və davamlılığı təmin edən xeyli miqdarda karbohidratların olmasına baxmayaraq, az kalorili sayılır.

4. Kök - karotinin 1 nömrəli mənbəyi. Bu məhsul, qanı təmizləyir, orqanizmdən toksin və ziyanlı maddələri çıxarır, maddələr mübadiləsini normallaşdırır və həmçinin bütün daxili orqanların aktivliyini artırır.

5. Üzüm - güclü antioksidant. O, miqrenlə mübarizədə çox kömək edir, üzüm şirəsi isə orqanizmi bir anda enerji ilə təmin edən təbii energetik içki sayılır.

6. Gavalı - hipertoniyanın ən yaxşı dərmanı. Bu meyvə kəllədaxili qan dövranını yaxşılaşdıraraq baş ağrılarının qarşısını alır.

7. Göbələk - tərkibində zülalın miqadrına görə lider sayılır. Aterosklerozun və orqanizmdə xolesterinin yığılmasının qarşısına almağa kömək edir .

8. Moruq - orqanik turşular, efir yağları və vitaminlərin mənbəyi. Giləmeyvə kapilyarları möhkəmləndirir və iltihab xəstəlikləri ilə mübarizədə kömək edir.

9. Armud - təbii enerji mənbəyi. Yorğunluq və depressiya ilə mübarizədə kömək edir. Tərkibi çoxlu sayda bioaktiv maddələrlə zəngindir.

10. Kələm - bitki zülalı və vitaminlərlə zəngindir. Selüllozun olması isə onun orqanizmdən şlak və xolesterinin çıxarılmasını təmin edir.

Tutqun hava qəmginlik, halsızlıq və depressiya üçün əsas deyil. Sadaladığımız meyvə və tərəvəzlər bu kimi problemlərlə mübarizə üçün yaxşı üsuldular. Rasionunuza bu məhsulları əlavə etməklə siz orqanizminizi  vitamin, mikroelement  və makroelemetlərlə təmin etmiş olacaqsınız...bu isə həm sağlamlıq,  həm də əhval ruhiyyə baxımından çox xeyirlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri