Icma.az
close
up
RU
Ən faydalı payız tərəvəzləri

Ən faydalı payız tərəvəzləri

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsti yay günlərini geridə qoyduq. Qarşıdan gələn payız fəslinin özünə xas meyvə və tərəvəzləri var.

“Qafqazinfo” bu tərəvəzlər arasında ən faydalı olanları təqdim edir.

Kərəviz özünə xas ətri və dadı ilə az kalorili qidalar arasında birincidir. K vitamini ilə zəngindir. Pəhriz saxlayanların sevimlisi olan kərəvizin 100 qramı sadəcə 16 kaloridir.

Kələm yaşlanmanı əngəlləyəcək mineral olaraq qəbul edilən seleniumla zəngindir. Dəriyə gözəllik verir. Mədə və qida borusu xərçəngi riskini azaldır. Kələmdə olan U vitamini mədə və bağırsaqların iç toxumasını qoruyur və oralardakı yaraların sağalmasına kömək edir.

Qara kələm kalsium, dəmir, potasium, C vitamini baxımından zəngindir. Kükürd tərkiblidir. Çiy yemək, ya sıxaraq suyunu içmək daha faydalı olar. Qan azlığını yox edir, sidik qovucudur. Mədə və bağırsaq yaralarını yumşaldır. Qandakı şəkər miqdarını aşağı salır. Bədəni xəstəliklər və xərçəngə qarşı qoruyur. Sarılıq, öd kisəsi xəstəliklərinə çox faydalıdır. Astma, revmatizmə qarşı faydalı olub,  səs qısıqlığını yox edir, iştahanı açır.

Balqabaq. 100 qr balqabaq gündəlik fol turşusu ehtiyacının dörddə birini qarşılayır. Qaynadılmış balqabağın tərkibindəki karoten maddəsi təsirli antioksidandır. Potasiumla zəngindir.

Kök A, B1, B2 vitaminləri və lif qaynağıdır. Enerji verir. Qaraciyərin öd ifrazı və xolesterolu nizamlamasına kömək edir. Su tərkibi bol olduğu üçün şəkər xəstələri rahatlıqla yeyə bilər. Mədə və bağırsaq narahatlıqlarına müsbət təsir edir. Bişirildikdən sonra içindəki maddələr çox qısa bir müddətdə toksik maddələrə çevrilə bildiyi üçün dərhal yeyilməlidir.

Təzə lobyanın kalorisi olduqca azdır. Çiy halda 10 qramı 31 kalori tərkiblidir. Doymuş yağlar yoxdur. Vitamin, mineral, mikro qida elementləri ilə zəngindir. Göz sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var.

Lobya xoranı əngəlləyir, həzm sistemindəki asiti neytrallaşdırır. Stress və depresiyyanı azaldarkən sinir sistemini də qorumağa kömək edir.

Kəvər bol miqdarda C, K, B vitaminləri, potasium, kalsium, silisium, manqan, kükürd  yod, dəmirlə zəngindir və qida dəyəri yüksəkdir. Bədənə qüvvət verir. Qanı artırır. Həzm sistemi üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Sinirləri qüvvətləndirir. Böyrək, bağırsaq və mədəni işlədir, gücləndirir.

Qarğıdalı vitamin qaynağıdır. B1, B5, B3 vitaminilə, lif, fosfor, maqnezium, fol turşusu ilə son dərəcə zəngindir.

Qırmızı bibər maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaq istəyənlərə çox faydalıdır. İfraz etdiyi histamin sayəsində baş dərisində keçəlləşmiş bölgələrdə tüklərin yenidən çıxmasına kömək edir.

İspanaq dəmir, proteinlə zəngindir. Təzyiqi aşağı salır, qan laxtalanmasını yox edir. Betakaroten tərkibli olduğu üçün yaşla birgə ortaya çıxan göz xəstəliklərinə qarşı faydalı olur. Mədə xərçənginin qarşısını alır və immunitet sistemini gücləndirir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri