Icma.az
close
up
RU
Payız mövsümu yaxınlaşır: Nələrə diqqət edilməlidir?

Payız mövsümu yaxınlaşır: Nələrə diqqət edilməlidir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fəsillər dəyişdikcə, insanlar da bu dəyişikliklərə uyğunlaşmağa çalışır.

Məhz ən çox vaxt tələb edən adaptasiya dövrü payız fəsilinə keçiddə hiss olunur. Yayın isti günlərindən sonra havanın soyuması, günlərin qısalması bir çox insanda yorğunluq və narahatlıq hissi yaradır.

İnsanlar payız fəslinə adaptasiya olmaqda  niyə çətinlik çəkir?

Mövzu ilə bağlı ”Cebheinfo.az”-a açıqlama verən psixoloq NLP master trener, hipnoterapevt, həyat koçu, psixoloq Ülkər Musayeva bildirib ki, fəsil dəyişikliyində bir sıra insanlarda adaptasiya problemi yaşana bilər:

“Payızda günlər qısalır, hava tez qaralır. Bu, melatonin və serotonin kimi hormonların balansına təsir edir. Serotonin azalanda əhval düşür, melatonin artanda isə yorğunluq və halsızlıq artır. Səhər və axşam soyuq, günorta isti ola bilər. Bu, həm immuniteti, həm də psixoloji tarazlığı çətinləşdirir.

Yay çox vaxt azadlıq və istirahət, payız isə iş, öhdəliklər, yeni dövrün başlanğıcı ilə əlaqələndirilir. Bu da psixikada təzyiq və gərginlik yaradır. Çünki istirahət rejimindən iş rejiminə adaptasiya olmaq çətin görünür. Yəni payız həm bioloji, həm psixoloji, həm də sosial səbəblərə görə ən çətin adaptasiya dövrü sayılır”.

Onun sözlərinə görə, keçid dövründə bir sıra problemlərlə qarşılaşmaq mümkündür:

“Payız aylarında insanlar bir sıra problemlərlə qarşılaşa bilirlər. Ən çox rast gəlinən hallardan biri mövsümü affektiv pozuntudur, yəni payız depressiyası. Bu dövrdə əhval düşür, motivasiya azalır. Həmçinin narahatlıq və həyəcan artır, çünki yaydan sonra işə və ya dərsə qayıdış insanlarda stress yarada bilər. İnsanlar tez yorulur, halsızlıq və enerji itkisi daha çox müşahidə olunur. Havanın soyuması və günəş işığının azalması səbəbilə immunitet zəifləyir və insanlar daha tez-tez xəstələnir”.

Psixoloq qeyd edib ki, payıza uyğunlaşmaq üçün pozitiv düşünmək və kiçik hədəflər qoymaq kifayətdir:

“Bu problemlərin qarşısını almaq üçün psixoloji hazırlıq vacibdir. İlk növbədə, payızın bir dəyişiklik və planlama dövrü olduğunu qəbul etmək lazımdır. “Payız yenilik gətirir” kimi pozitiv yanaşma insana güc verir. 

Gündəlik təşəkkür qeydləri yazmaq və ya qısa meditasiyalar etmək narahatlığı azalda bilər. Həmçinin, özünüzə kiçik məqsədlər qoymaq, bu məqsədlərə çatmaq üçün plan qurmaq motivasiyanı artırır və adaptasiyanı asanlaşdırır”.

Gülər
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:499
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri