Icma.az
close
up
RU
Payız sessiyasında seçicilərimi narahat edən məsələləri hökumətin diqqətinə çatdırmağı planlaşdırıram

Payız sessiyasında seçicilərimi narahat edən məsələləri hökumətin diqqətinə çatdırmağı planlaşdırıram

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azər Badamov: "Prezident İlham Əliyevin Qusara olan xüsusi diqqəti və qayğısı sayəsində Qusar yenidən qurulub"
Bu ayın sonunda parlamentin payız sessiyası öz işinə başlayacaq. Bəs görəsən payız sessiyasına deputatlar hansı təkliflərlə gedəcək və seçicilərini narahat edən hansı məsələləri qaldıracaqlar?. Bu və ya digər suallarla Milli Məclisin deputatı Azər Badamova müraciət etdik.
-Azər müəllim, parlamentin yay tətili müddətində deputat seçildiyiniz rayonda seçicilərlə çoxsaylı görüşlər keçirdiniz. Payız sessiyasına rayon üçün spesifik olan hansı təkliflər, seçki istəkləri ilə gedirsiniz?
-Yay tətilim seçilərimin yanında mütəmadi olmaq və onları dinləyərək narahat edən məsələləri öyrənmək baxımından yaxşı fürsət oldu. Təmsil olunduğum rayon turizm bölgəsi olduğundan həm də Qusara gələn bəzi qonaqlarla da rayonumuz haqqında yaxşı təəssüratları dinləmək xoş oldu. Heç də sirr deyil ki, Qusar rayonu özünün inlişaf dövrünü yaşayır. Bir çox istiqamətlərdə yol infrastrukturu müasirəşib, yeni təhsil müəssisələri istifadəyə verilib və digərlərində tikinti təmir işləri davam etdirlir. O cümlədən Qusar şəhər sakinlərini narahat edən şəhər daxili yolların yenidən qurulması da davam etdirilir. Rayonda istifadəyə verilmiş turizm infrastrukturu qonaqlar üçün istirahət etməyə yaxşı şərait olmaqla yanaşı gənclərimizin işlə təmin olunmasında, rayonun iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Yaşayış məntəqlərinin qazlaşdırılması prosesi yavaş getsə də davam etdirlir. Bu ay Avaran kəndinin qaz çəkilişinin açılışı, Xürel kəndinə qaz çəkilişinə başlanması gözlənilir. Təbii ki, seçicilərim görülən işlərdən, rayonun inkişafından məmnunluqlarını ifadə edirlər. Amma bununla yanaşı görülməli bir çox işlər də qalmaqdadır. Məsələn, Yasab kəndində orta məktəb binasının yenidən qurulması, kəndlərin qaz çəkilişinin sürətləndirilməsi, Urva kəndini birləşdirən yolun asfaltlaşdırılması, rayonda uşaq bağçalarında əsaslı təmir işlərin aparılması və yeni bağçaların tikintisi, kəndlərin elektrik şəbəkəsinin yenidən qurulması və.s belə məsələlər hələ də qalmaqdadır. Qarşıdan gələn payız sessiyasında seçicilərimi narahat edən bu və digər məsələləri hökumətin diqqətinə çatdırmağı və dövlətin investissiya imkanları çərçivəsində rayonun inkişaf planına salınaraq həll edilməsi üçün təşəbbüslərlə çıxış etməyi planlaşdırıram. Təbii ki, həyat inkişaf etdikcə bir çox məsələlər həll olunur və rahatlığın özünün gətirdiyi yeni məsələlər ortaya çıxır. Xalqın səsi ilə səlahiyyət qazanmış şəxslər olaraq hər bir seçicini dinləyərək onları narahat edən məsələlərin səlahiyyətlərimiz çərçivəsində həll edilməsinə çalışmaq vəzifə borcumzudr.
-Əvvəlki illərlə müqayisədə seçici istəkləri, şikayət və müraciətlərində azalma müşahidə edilir?
-Əlbəttə. 2010-cu ildə ilk dəfə deputat seçiləndə Qusar rayonunda yol infrastrukturu, şəhərin içməli su ilə təminatı, elektrik şəbəkəsi, qaz təminatı ilə bağlı məsələlər, təhsil müəssisələri və.s tamailə köhnəlmişdi. Bu illər ərzində deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin Qusara olan xüsusi diqqəti və qayğısı sayəsində qaldırdığımız bir çox məsələlər öz həllini tapmiş, rayon demək olar ki, yenidən qurumuşdur. Əvvəlki çağırışlarda seçicilərimizlə görüşlərimiz zamanı bir çox yaşayış məntəqələrdə qaldırılan məsələlər artıq öz həllini tapmışdır. İndi görüşlərimiz zamanı həmin yaşayış məntəqələrinin sakinlərindən dövlət başçımıza ancaq minnətdarlıqlarını eşidirik və bu çox xoşdur. Yəni son 15 ildə rayon sakinlərini narahat edən bir çox məsələlər əsaslı şəkildə öz həllini tapmışdır. Qalan məsələlər də zaman keçdikcə mərhələli şəkildə öz həllini tapacaqdır. Həyat davam edir və yaşadığımız hər bir gündə həyatımıza kifayət qədər rahatlıq gəlir.
-Deputat seçildiyiniz rayon turizmi ilə tanınır. Bu rayon üzrə turizm göstəriciləri cari il üçün qaneedici oldumu. Hər halda müşahidələriniz hansısa nəticəyə gəlməyə əsas verər.
-Bəli, seçildiyim rayon turizm potensialı ilə respublikada seçilir. Bu gün Bakıda insanlar arasında sorğu aparılıb hansı rayonda istirahət etməyinə üstünlük verdiyini soruşanda Qusarın adının çəkilməsi çox xoşdur. Təbii ki, bu, rayonumuzda yaradılmış turizm infrastruktur və Allahın verdiyi təbii gözəllik ilə bağlıdır. Çünki təkcə təbii gözəllik turistlərin gəlməsi üçün kifayət deyil. 25 il əvvəl Qusar rayonunda həmin təbii gözəllik olmasına baxmayaraq bir dalan rayonu kimi turistlərin marağını çəkmirdi. Amma Prezident İlham Əliyevin tapşırığı ilə Lazada Şahdağ Turzim Kompleksinin tikilməsi rayonun ümumi turizm potensialının üzə çıxarılması baxımndan çox əhəmiyyətli oldu. Qusarda çoxlu sayda turizm mərkəzləri istifadəyə verilmişdir. İndi isə Qusar ilin 4 fəsilində turistlərin istirahət etmək üçün üz tutduğu bir rayona çevrilmişdir. Qusarın qışı da, yayı da gözəldir. Təbii ki, Qusarın turizm rayonuna çevrilməsi rayon iqtisadiyyatının inkişafına da öz müsbət təsirini göstərdi. Qeyd etmək istəyirəm ki, təkcə Şahdağ Turizm Kompleksində 800-ə yaxın gənc çalışır. Digər turizm mərkəzləri də qusarlı gənclərin işlə təmin olunmasında xüsusi rol oynamağa başlayıb. Turizm sektorunun inkişafı həm də fermer təsərrüfatlarının inkişafına da öz müsbət təsirini göstərib. Kəndlilər öz həyətlərində istehsal etdikləri məhsulları bazarda rahat şəkildə sata bilir. Təbii ki, rayona gələn turistlərin çoxalması kənd təsərrüfatı məhsullarına təlabatı artırır. Qısa olaraq deyə bilərəm ki, turizm sektorunun inkişafı Qusarın iqtisadiyyatının və soisial şəraitinin inkişafına da öz müsbət təsirini göstərib.
Süleyman İsmayılbəyli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Sentyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri