Payızın ilk maqnit fırtınası başlayıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Yer kürəsində payızın ilk G1 səviyyəli maqnit fırtınası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın məlumatına görə, maqnit fırtınası Moskva vaxtı ilə saat 11:00 radələrində başlayıb və hazırda zəif səviyyədədir.
Bir neçə gün əvvəl Günəşdən ayrılan plazma buludu Yerə çataraq təxminən 24 saat davam edən geomaqnit pozuntularına səbəb olub. Daha sonra maqnit fırtınası həddi keçilib.
Alimlərin proqnozuna görə, geomaqnit aktivliyin tam sabitləşməsi iki günə qədər davam edə bilər. Bu müddətdə daha güclü, G2 və G3 səviyyəli maqnit fırtınalarının baş verməsi ehtimal olunur.
Baxış sayı:107
Bu xəbər 08 Sentyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















