Icma.az
close
up
RU
Paylaşıb biabır edəcəyəm Tanınmış bloger

Paylaşıb biabır edəcəyəm Tanınmış bloger

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Tanınmış bloger Aygül Quliyeva (ayaprima) ilə psixoloq Samirə Bağırova arasında sosial şəbəkələrdə yaşanan qalmaqal daha da böyüyb. Buna birincinin yaxın qohumlarının məsələ ilə bağlı rəy bildirməsi səbəb olub.

Bakupost.az xəbər verir ki, bu barərə Aygül Quliyeva (ayaprima) sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, yayımladığı videolardan birinə bibisi qızı tərəfindən tənqidi şərh yazılıb:

“Sonra soruşurlar ki, niyə mən ata tərəfi qohumlarımı sevmirəm, niyə onları danışdırmıram, dindirmirəm. Deməli, axırıncı məsələ (psixoloqla qalmaqal-red.) ilə bağlı o qədər videolar paylaşmışam, minlərlə insan həm instaqramda, həm TikTokda mənə dəstək verib, şərhlər yazıb. Çünki hər şey göz qabağındadır. Amma bir qadın girib belə bir şərh yazıb.

Və tam səmimi deyirəm, əgər mama mənə bu şərhi atmasaydı ki, "bunu yazan sənin doğma bibin qızıdır, onu oradan sil", həyatım boyu bu qadının mənim qohumum olduğunu bilməzdim. Yəni nə tələbə olanda, nə xaricdə yaşadığım vaxtlarda, nə də gəlib burada bir il işsiz qaldığım dövrdə bu insan bir dəfə də olsun məni axtarıb soruşmayıb ki, bəlkə nəyəsə ehtiyacın var, dərslərin necədir, işin necədir, sağlamlığın necədir? Bu insanın mənə nə maddi, nə mənəvi cəhətdən bir qəpik, bir qram xeyri dəyib. Amma indi yazır ki, “səni tanıyıram”. Hardan tanıyırsan məni? Necə tanıyırsan? Mən səni xatırlamıram. Çöldə-bayırda görsəydim, heç bilməzdim ki, sən mənim doğma bibimin qızısan. Və səni burada paylaşıb biabır edə bilərdim. Anasan, uşaqların var, müəlliməsən, şagirdlərin var. Sadəcə olaraq onu demək istəyirəm ki, qurban olasan, qurban olasız hamınız, mənim o bəyənmədiyiniz anama! Qurban olasan o yaşlı bibimə! Ona görə səni paylaşmır və biabır etmirəm. Amma yenə deyirəm, bir də hansısa qohumumun belə bir şərh yazdığını görsəm, özünüz görəcəksiz!”

Xatırladaq ki, bir neçə gün öncə Aygül Quliyeva ilə psixoloq Samirə Bağırova arasında sosial şəbəkələrdə qalmaqal yaşanmışdı. Səbəb Quliyevanın yazıçı Elxan Elatlının “Şantaj” adlı kitabındakı bir hissəni tənqid etməsi olub. Psixoloq isə bu tənqidə sərt və təhqiramiz ifadələrlə cavab verib.

O, Elxan Elatlının “Qızıl Qələm” mükafatı sahibi olduğunu qeyd edərək Aygül Quliyeva haqqında aşağılayıcı ifadələr işlədib:

“Bilinmir hansı kökdən gəlir. Bir az da araşdırsan, ulu nənəsi erməni çıxacaq. 62 yaşında, ömrünü yazıçılığa həsr etmiş bir insanı tənqid edir. Heç bir kitabını oxumayıb. Tərbiyə görməmiş biri gəlib azad-azad danışır. Tüpürəsən belə tərbiyəyə. İzləyicilərinə də ar olsun, onun tayıdırlar. Sən kimsən ki, belə fikirlər səsləndirirsən?”

Aygül Quliyeva təhqirlərə görə Samirə Bağırovanı məhkəməyə verdiyini qeyd edib. O həm də bildirib ki, dövlət qurumlarına müraciət edəcək və Samirə Bağırovanın psixologiya üzrə təhsilinin və lisenziyasının olub-olmamasının araşdırılmasını tələb edəcək.

Lalə,

BakuPost


View this post on Instagram

A post shared by Aygul Guliyeva (@ayaprima_)


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 İyul 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri