Icma.az
close
up
RU
Paytaxt məktəblərində böyük ədibin yubileyi qeyd olunub FOTOLAR

Paytaxt məktəblərində böyük ədibin yubileyi qeyd olunub FOTOLAR

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycan poeziyası tariхində özünəməхsus yеri və mövqеyi ilə seçilən qüdrətli qələm sahiblərindən biri kimi B.Vahabzadənin ədəbiyyatımıza təsiri, böyük ziyalı kimi ictimai fəaliyyətinin əhəmiyyəti barədə danışılıb, qələminin və sözünün gücü ilə əbədi ömür qazanmış şairin nəinki Azərbaycanın, eləcə də türk dünyasının qüdrətli söz ustalarından biri olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, ədəbi yaradıcılığını Azərbaycanın azadlığı, müstəqilliyi və tərəqqisinə həsr edən B.Vahabzadə ədəbiyyatımızda, ictimai fikrimizdə böyük vətənpərvər şair, Azərbaycan dilinin mübariz müdafiəçisi kimi  qalıb. Həmçinin vurğulanıb ki, dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şairin zəngin poeziyası xalq tərəfindən daim rəğbətlə qarşılanıb, sözlərinə çoxsaylı mahnılar bəstələnib.

Tədbirlərdə məktəblilər böyük ədibin Vətən, dil, millət sevgisi ilə qələmə aldığı əsərlərindən ibarət ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndiriblər. Həmçinin təhsil müəssisələrində yubiley münasibətilə “Açıq dərs”lər, bədii qiraət və bilik yarışları keçirilib, məktəb kitabxanalarında şairin əsərlərinin müzakirəsi təşkil olunub.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində keçirilən silsilə tədbirlərin əsas məqsədi böyük ədibin zəngin irsinin gənc nəslə tanıdılması, milli-mənəvi dəyərlərin təbliği və ədəbiyyata marağın artırılmasından ibarətdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri