Icma.az
close
up
RU
Paytaxt məktəblərində istilik böhranı: Ekspert fasiləsiz təhsil tələb edir

Paytaxt məktəblərində istilik böhranı: Ekspert fasiləsiz təhsil tələb edir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Məktəb rəhbərləri məsuliyyətini yerinə yetirməsə, distant təhsilə keçilməlidir”

Orta ümumtəhsil məktəblərinin bəzilərində istilik sistemi ilə bağlı problem yaranıb. Yanvar ayında, qrip xəstəliyinin geniş yayıldığı bir vaxtda şagirdləri soyuq sinif otaqlarında əyləşməyə məcbur etmək hansı ağılın, necə bir məntiqin məhsuludur, heyrətlidir doğrusu. Sosial şəbəkə istifadəçisi Həbibə Abdulla Sabunçu rayonundakı 311 saylı məktəbdəki durumu ictimailəşdirib:

“Biz min cür zülümlə, əziyyətlə uşaqlarımızı xəstəlikdən sağaldırıq, uşağın canı iynədə-dərmanda qalır, göndəririk məktəbə, məlum olur ki, istilik sistemi xarabdır. Yanvar ayıdır ey, yanvar! Qışın tən ortasındayıq! Məsələ ondadır ki, uşağa can yandırmayan, qayğı göstərməyən məktəb ona heç nə öyrədə bilməz! Və bu hal dünyanın hansı normal ölkəsində baş versə, əvvəlcədən xəbər edərlər ki, uşaqlar gəlməsin məktəbə. Bizdə isə susurlar və uşaqlar məktəbə gedəndən sonra deyirlər ki, gəlin tez aparın, istilik yoxdur. Halbuki bu vəziyyət dünəndən bəlli idi. Söhbət Sabunçuda yerləşən 311 saylı məktəbdən gedir. Bizim uşaqlar zatən xəstə idi, göndərməmişdim, amma camaatın uşağı var axı. Özü də hamısı xəstə”.

Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, 21-ci əsrdə, həm də paytaxtda yerləşən orta ümumtəhsil məktəbində belə bir problemin olması xoşagələn deyil: 

-Bu məsələdə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, “Azəristiliktəchizat” ASC də (əgər onların xidmət göstərdiyi əraziyə daxildirsə) cavabdehdir. Məsələyə diqqətli yanaşmalıdırlar. Biz uşaqların sağlamlığını düşünməliyik. Təhsildən öncə sağlamlıq gəlir. Sağlam olmalısan ki təhsil qazanasan, təhsil əldə edəsən. Hansı məktəbdə belə vəziyyət yaşanırsa, deməli orada işin təşkilində problem var. Məktəb rəhbərliyi diqqətli olmalıdır. Məktəbdə istilik sistemi ilə bağlı ciddi problem varsa, yuxarı instansiyalara məlumat verilməlidir ki aradan qaldırılsın. Yox əgər, problemi hansısa müddətə aradan qaldırmaq mümkün deyilsə, o zaman valideynlərə məlumat verilməlidir ki məktəbdə belə bir situasiya yaşanır, dərslər məsafədən tədris olunacaq, problem aradan qaldırıla qədər. Bu barədə məlumat verilmirsə, işə qeyri-ciddi yanaşmanın nəticəsidir. Qışa hazırlıq dövründə noyabrın iikinci yarısında müəyyənləşməlidir ki, harada problem var, aradan qaldırılmalıdır ki, tədris müddəti ərzində fasiləsiz təhsil təmin edilsin, təhsil prosesində fasilə yaranmasın. Fasiləsiz təhsil (rəsmi tətillər xaric) prioritetdir. Prosesə məsuliyyətsiz yanaşmasının nəticəsində belə vəziyyət yaranırsa, hansıa sivil ölkədə məktəb rəhbərliyi ərizə yazıb özü könüllü işdən çıxardı. Təbii ki ondan asılı məsələdirsə. Ondan asılı deyilsə, yuxarı instansiyalar qərar verməlidir. Bunlar həssas məsələlərdir. Elə vəziyyət formsalaşmalıdır ki, təhsil müəssisəsində tədrisin təşkili ilə bağlı problem yaranırsa, bütün qüvvələr səfərbər olmaldıır. Bunu etmək mümkün deyilsə, şagirdlər gəlib soyuq ainif otaqlarında əyləşməli deyillər. Distant təhsilə keçilməli, problem aradan qaldırıldıqdan sonra ənənəvi təhsilə keçid alınmalıdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri