Azərbaycanlı alimin Atatürk mükafatı
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Görkəmli Azərbaycan alimi, akademik Əhəd Canəhmədov Atatürk Beynəlxalq Mükafatına layiq görülüb.
Akademik Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2026-cı il 28 oktyabr tarixli qərarı ilə təltif edilib. Alim bu mükafata Türk dünyasının elm və təhsil sahəsinə verdiyi müstəsna töhfələrə görə layiq görülüb. Mükafatın təqdimetmə mərasimi Ankarada keçirilib.
Bu təltif akademik Əhəd Canəhmədovun uzunillik elmi fəaliyyətinə, eləcə də Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılmasına verdiyi töhfələrə göstərilən yüksək qiymətin ifadəsidir.
Əhəd Canəhmədov dünyaşöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru, professordur. O, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiridir. 2005-ci ildən Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti və baş elmi katibi vəzifələrini icra edir. Həmçinin “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının baş redaktorunun müavinidir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















