Icma.az
close
up
RU
Paytaxt Vətən qurbanlarını ehtiramla yad etdi

Paytaxt Vətən qurbanlarını ehtiramla yad etdi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 27-si həm Zəfərə gedən yolun başlanğıcı, həm də müqəddəs amal uğrunda canlarından keçən qəhrəmanların qədirbilənliklə anıldığı gündür. Azad edilmiş ərazilərdə dalğalanan üçrəngli Azərbaycan bayraqlarının kölgəsində minlərlə şəhidimizin xatirəsi yaşayır. Həmin gün paytaxt Bakının bütün inzibati rayonlarında, idarə və müəssisələrdə, təhsil və mədəniyyət ocaqlarında şəhidlərin xatirəsi yad edilib, məzarları ziyarət olunub və onların ruhuna dərin ehtiram göstərilib.

Nəsimi rayonu

Anım Günü ilə bağlı paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər təşkil olunub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılıb.

Mərasimdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, rayondan seçilmiş deputatlar, YAP Nəsimi rayon təşkilatının, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, ictimai təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçısı Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən hərbçilərə və bütün şəhidlərə dərin ehtiramın ifadəsi olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Həm kədərləndiyimiz, həm də qürur hissi keçirdiyimiz həmin gün dövlətimizin, ordumuzun və xalqımızın birlik və iradəsi nəticəsində əldə olunan tarixi Zəfərin möhkəm təməli qoyulub.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrin rəşadəti, şəhidlərin və qazilərin qəhrəmanlığı nəticəsində 30 ildən artıq işğal altında olan ərazilərimiz azad edilib. Vətən müharibəsində əldə olunan Zəfər nəticəsində Azərbaycanın dövlət bayrağı ölkənin suverenliyinin bərqərar olduğu bütün ərazilərdə dalğalanır.

Tədbirdə şəhid Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Digər natiqlər Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyətindən danışaraq bildiriblər ki, Böyük Zəfər Azərbaycanın hərbi qüdrətinin, xalqın birliyinin və dövlətin həyata keçirdiyi uzaqgörən siyasətin vəhdəti və məntiqi nəticəsi kimi qiymətləndirilir.

Nizami rayonu

Anım Günü ilə əlaqədar olaraq Nizami rayonunun ictimaiyyəti “Vətən Müharibəsi Şəhidləri” memorial kompleksi önündə toplaşıb.

Mərasimdə idarə və müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər. Dövlət himni səsləndiriləndən və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad ediləndən sonra icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətənimizin azadlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar və can sağlığı diləyib.

Rayon rəhbəri bildirib ki, 27 sentyabrda düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu elə ilk gündən dünyanın hərb tarixinə düşəcək bir peşəkarlıqla, misilsiz qəhrəmanlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurdu, Ermənistan hərbi birləşmələrinin canlı qüvvəsini, 30 ilə yaxın dövr ərzində qurduğu güclü hərbi istehkamlarını və müdafiə xətlərini darmadağın etdi, strateji yüksəkliklər və əzəli torpaqlarımız işğaldan azad olundu, məğlub düşmən ordusu torpaqlarımızdan qovuldu.

Vurğulanıb ki, öz qanları və canları ilə Zəfər dastanı yazan şəhidlərimiz və qazilərimiz qürur mənbəyimizdir. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna dərin ehtiram göstərir, xatirəsini uca tutur. Bu gün biz təkcə torpaqlarımız uğrunda canından keçən qəhrəman şəhidlərimizi yad etmirik, həm də xalqımızın 30 illik həsrətə, haqsızlığa və işğala son qoyduğu tarixi dirçəliş gününü qeyd edirik.

Binəqədi rayonu

Balkının Binəqədi rayonunda 27 Sentyabr Anım Gününün 6-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər reallaşıb.

Rayonda şəhidlərin xatirəsinə ucaldılmış Memorial Kompleks ziyarəti edilib. Abidə önünə gül dəstələri qoyularaq qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad edilib. Rayonun ümumtəhsil müəssisələrində, o cümlədən Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə şagird və müəllim heyətinin iştirakı ilə xüsusi anım proqramları təqdim olunub. Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə qazilər və şəhid ailələri ilə gənclərin görüşü keçirilib. Görüşdə səmimi söhbətlər aparılıb, gənclər igid Vətən oğullarının keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat alıblar.

Rayon ərazisində ağacəkmə aksiyası da keçirilib. İcra Hakimiyyətinin, yerli bələdiyyələrin və Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin birgə təşkilatçılığı ilə “Dərnəgül” metrostansiyasının ətrafında, rayonun Xocəsən qəsəbəsi 348 nömrəli uşaq bağçasının həyətyanı sahəsində, M.Ə.Rəsulzadə qəsəbəsi – Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında və Biləcəri qəsəbəsi ərazisində yaşıllıq zolaqlarında ağacəkmə aksiyası keçirilib. Aksiyada 140 ədəd Eldar şamı, 80 ədəd zeytun ağacları əkilib, mövcud olan ağaclara isə aqrotexniki qulluq göstərilib.

Suraxanı rayonu

Rayonda şəhid məzarları elliklə ziyarət edilib.

Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza sonsuz ehtiram ifadə olunub. İcra hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Qaya Məmmədov, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti Bakıxanov, Bülbülə, Əmircan, Yeni Suraxanı, Binə, Hövsan, Zığ və Qala qəsəbələrində şəhid məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ziyarətlər zamanı şəhidlərin ruhuna dualar oxunub, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib. İcra başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda qəhrəmancasına döyüşərək canından keçmiş şəhidlərimizin göstərdikləri misilsiz şücaət və fədakarlıq xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının birliyinin, Ordumuzun qüdrətinin və qəhrəman övladlarımızın Vətənə sonsuz sədaqətinin təntənəsidir. Bu möhtəşəm Zəfərin qazanılmasında canlarını fəda edən şəhidlərimizin xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur, onların ailələri hərtərəfli diqqət və qayğı ilə əhatə olunur.

RİH başçısı vurğulayıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın şərəfli həyat və döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik, mərdlik və qəhrəmanlıq nümunəsidir. Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və daim böyük ehtiramla yad ediləcək.

“Azərxalça”

Anım Günü ilə əlaqədar “Azərxalça” ASC İdarə Heyətinin üzvləri və kollektivi Zəfər parkını ziyarət edib.

Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

“Azərxalça” ASC-nin Qazax, Qarabağ, İsmayıllı, Kürdəmir və Nardaran emalatxanalarında da şəhid xatirələri yad edilib. Toxucular və digər əməkdaşlarla yanaşı, müharibə iştirakçıları, onların yaxın qohumları və şəhid ailələrinin nümayəndələrinin də qatıldığı tədbirlərdə Vətən müharibəsinin Azərbaycanın şanlı tarixinin mühüm səhifələrindən biri, şəhid və qazilərimizin isə xalqımızın qürur mənbəyi olduğu vurğulanıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Milli Ordumuzun əsgər və zabitlərinin, arxa cəbhədə çalışan mülki insanların, bütövlükdə, xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması və çoxsaylı müharibə cinayətləri xalqımızın Qələbə əzmini sarsıda bilməyib. Görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə daim yüksək ehtiram göstərdiyi, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərin müalicəsi və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxladığı vurğulanıb.

Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Anım Günü ilə əlaqədar Vətən müharibəsinə həsr olunan “İnanıram” adlı tamaşa nümayiş olunub.

Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyevadır. Səhnə əsərində ana obrazını Zemfira Əbdülsəmədova canlandırıb. Qadının arzuladığı kimi, işğaldan azad olunmuş yerlərə qayıtması Böyük Zəfərin təntənəsi kimi təqdim olunur.

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see268

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see253

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

FHN kollektivi Zəfər parkında Fotolar+Video

27 Sentyabr 2026 16:17see161

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri