Paytaxta kütləvi dron hücumu: Güclü partlayış və yanğın baş verdi
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, növbəti pilotsuz uçuş aparatı hücumu Rusiyanın paytaxtı Moskvanı hədəf alıb.
Turkustan.az xəbər verir ki, gecə saatlarında həyata keçirilən hücum şəhərdə təşviş yaradıb və bir sıra obyektlərə ziyan vurub.
Hücumla bağlı ilk rəsmi açıqlamanı Moskva meri Sergey Sobyanin verib. O, sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri paytaxta yönələn intensiv dron hücumlarını dəf edib.
Sobyaninin sözlərinə görə, gecə ərzində Moskvaya doğru hərəkət edən təxminən 180 pilotsuz uçuş aparatı məhv edilib. Bununla belə, bəzi dronlar müdafiə sistemini keçərək Moskva Neft Emalı Zavoduna çatıb. Mer hücumun nəticələrinin aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlərin davam etdiyini qeyd edib.
Hadisənin ən təsirli görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda neft emalı zavoduna endirilən zərbədən sonra güclü partlayışın baş verdiyi, binanın damının havaya qalxdığı və ərazidən qalın tüstünün yüksəldiyi görünür. Yanğınsöndürmə briqadaları hadisə yerində alovun söndürülməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 İyun 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















