Icma.az
close
up
RU
Paytaxtda “Avropa və MDB Poçt Liderlərinin I Forumu” keçirilir

Paytaxtda “Avropa və MDB Poçt Liderlərinin I Forumu” keçirilir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümumdünya Poçt İttifaqı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edilən forum üç gün – 13-15 may tarixlərində davam edəcək.

“Növbəti üfüqlər: gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası” mövzusuna həsr olunmuş forumda regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji bir platforma yaradılacaq, müzakirələr qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına yönələcək.

Poçt sektorunun inkişafında növbəti mərhələyə keçidi təmin etdiyinə, eləcə də regional əhəmiyyətinə görə tədbirə marka həsr olunması da təşkilatçılar tərəfindən qərara alınıb.

Bu xatirə poçt markasında əks olunan bütün təsvirlər Bakı şəhərini xarakterizə edən elementlərin fonunda təqdim olunub. Bununla da markada Bakının poçt tarixində keçid rolu oynayan tədbirə ev sahibliyi etdiyi göstərilir. Həmçinin markanın mərkəzində yer alan fərqli tərzdə dizayn edilmiş “Alov qüllələri”Azərbaycanın Odlar Yurdu olması ilə yanaşı,tədbirin keçirilmə məkanını da bildirir. “Alov qüllələri”ni əhatə edən təchizat zəncirinin əsas komponentləri – çeşidləmə mərkəzi, yük maşınları, onlayn sifarişlərin icrası üçün elektron cihazlar və s. tədbirin məzmununu əks etdirir.

Rəqəmsal nişanlar, axan oxlar və etiketli yollar e-ticarət və rəqəmsal həllər arasındakı əlaqəni, infrastrukturu və sürəti vurğulayır. “Baku eye” çarxının fonda olması isə bu futuristik mövzunun daima dönən bir prosesdə olmasını izah edir.

Marka Azərbaycanın milli poçt mövqeyini qlobal müasirliklə birləşdirərək rəqəmsal ticarət və “ağıllı”logistika üçün regional mərkəz olmaq arzusunu əks etdirir.

Markalar 4000 tirajla, Belçikanın “Bpost Stamps Production” şirkəti tərəfindən çap edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri