Paytaxtda svetoforların elektrik xəttinə qanunsuz müdaxiləsinə rast gəlinib FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtda bəzi hallarda ayrı-ayrı şəxs və ya şəxslər tərəfindən svetoforların elektrik xəttinə qanunsuz müdaxilə hallarına rast gəlinir.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, belə bir hal Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində Yenil il işıq çilçırağının naqilinin açıq formada işıqforun elektrik xəttinə quraşdırılması ilə bağlı olub.
Bildirilib ki, qısa müddət ərzində bu cür qanunsuz hərəkətin qarşısı alınıb, təhlükəsizlik təmin olunub.
"Svetoforların elektrik xəttinə hər hansısa bir avadanlığın quraşdırılması, xüsusilə də yağışlı havalarda qısaqapanmalara səbəb olur və nəticədə də nizamlayıcının kabel-kommunikasiya xətləri, idarəetmə qurğusu sıradan çıxır. Belə olduğu təqdirdə yol hərəkəti iştirakçılarının yoldan təhlükəsiz istifadə etməsində problemlər yaranır. Xatırlatmaq istərdik ki, svetoforlara kənar avadanlıqların quraşdırılması və qoşulması qadağandır və bu məsuliyyət yaradır", - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















